Fevral 2013

Cümə axşamı 28 Fevral 2013

Banqladeşdə kütləvi iğtişaşlarda ölənlərin sayı 30-a çatıb, 300-dək adam xəsarət alıb PDF Çap Email
Yazıldı
28.02.13 23:50

Banqladeşin bir neçə bölgəsində bu gün baş vermiş kütləvi iğtişaşlarda ölənlərin sayı 30-a çatıb, 300-dək insan isə yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə”Frans Press” agentliyi yerli polis və həkimlərə istinadən xəbər verir.  Qeyd edək ki, iğtişaşlara səbəb hərbi tribunalın “Camaati İslami” müxalifət islamçı partiyasının 73 yaşlı lideri Delvar Hüseyn Səyedi barəsində çıxardığı ölüm hökmü olub.

 

Bundan əvvəl toqquşmalarda 17 nəfərin öldüyü bildirilirdi. Polislə etirazçılar arasında toqquşmalar paytaxt Dəkkə şəhəri daxil olmaqla bir neçə bölgədə baş verib.

 

Agentliyin məlumatına görə, ölənlərdən dördü polis əməkdaşıdır.

 

“Camaati İslami” müxalifət islamçı partiyasının lideri Delvar Hüseyn Səyedi Pakistandan ayrılmaq uğrunda 1971-ci ildə olmuş müharibə zamanı insanlığa qarşı cinayətlər törətməkdə ittiham olunub.

 

Yanvarda Banqladeş məhkəməsi başqa tanınmış islamçı lideri Əbdül Kəlam Azadı ölüm cəzasına hökm edib. O müstəqillik uğrunda müharibə dövrü soyqırım və başqa ağır cinayətlər törətməkdə ittiham olunub.

 

 

Read more
axırıncı dəyişikliklər ( 01.03.13 00:00 )

Saxta əsginasların dövriyyəsi ilə məşğul olan qrup zərərsizləşdirilib PDF Çap Email
Yazıldı
28.02.13 23:41
Bakıda polis saxta pulların dövriyyəsinə qarşı əməliyyat keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxtda saxta əsginasları dövriyyəyə buraxan 4 nəfərdən ibarət qrup zərərsizləşdirilib.

 

Qrup üzvləri - Abşeron sakini, 27 yaşlı Nizami Mahmudov və Bakı şəhər sakinləri, 30 yaşlı Rüstəm Hüseynov, 29 yaşlı Yusif Həsənov, 34 yaşlı Səkinə Əliyeva şübhəli şəxs qismində saxlanılıblar. Onların üzərindən narkotik vasitə və müxtəlif nominallarda 10 min manat dəyərində saxta əsginas aşkar edilərək götürülüb.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, qrup üzvləri narkotik vasitə müqabilində saxta pulları dövriyyəyə buraxırmışlar.

 

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.  /Apa/

 

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 23:49 )

Fransa XİN Milli Assambleyanın binasında iki azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə döyülməsi faktını pisləyib PDF Çap Email
Yazıldı
28.02.13 17:41
Fransa Xarici İşlər Nazirliyi fevralın 26-da Milli Assambleyanın binasında Azərbaycan diasporu nümayəndələrinin ermənilər və parlamentin üzvü Fransua Roşebloun tərəfindən döyülməsi faktına münasibət bildirib.
Nazirlikdə bu gün keçirilən onlayn mətbuat konfransında APA-nın Avropa bürosunun sualını cavablandıran Fransa XİN-in mətbuat katibi Filipp Layo bu hadisəni pislədiklərini deyib: “Biz belə bir hadisənin baş verməsindən təəssüflənirik və fevralın 26-da Milli Assambleyanın binasında baş vermiş bu zorakılıq aktını pisləyirik. Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinin yalnız dialoq yolu ilə mümkünlüyünə inanır və ATƏT-in Minsk Qrupunun həmsədri qismində Ermənistanla Azərbaycan arasındakı bu dialoqun tərəfdarı kimi öz üzərinə götürdüyü vəzifəni bir daha təsdiq edir”.

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 17:48 )

Vəfa Rzayeva: “mən aktrisa kimi özümdən üstün heç kimi görmürəm, mən bu sənətdə təkəm” PDF Çap Email
Yazıldı
28.02.13 16:27
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Vəfa Rzayevanın Dost jurnalına və Dostxeber.com-a müsahibəsi

Vəfa Rzayeva:mən aktrisa kimi özümdən

üstün heç kimi görmürəm,

mən bu sənətdə təkəm”

1-Necə oldu ki, aktrisalığa başladınız?


- Tam təsadüfən mən aktrisalığa başlamışam. Heç belə xülyam olmayıb. Mənim marağım sırf idmana olub. Uşağlıqdan peşəkar cidoyla məşğul olmuşam. Lakin mən birinci kursda oxuyarkən Lütfi
Məmmədbəyli məni görmüşdü və o vaxt üçün çəkiləcək olan böyük bir filmdə “Dodaqdan qəlbə” filminə məni baş rola çəkmək qərarına gəlmişdi. Mənim üçün böyük bir şans idi ki, tələbə ola ola, çoxlarının gözü olan bir filmdə baş rola çəkilmək. Bu mənim üçün ilkin yol və başlanğıcıydı. Əlbəttə ki, bu xoşbəxtlik illərlə bu sənətə əmək verənlərə qismət olmurdu. Lakin mənim o yaşda “Lamiyə” obrazını canlandırmağım böyük uğuruydu.

2-Fikirləşirdinizmi ki, böyük filmdə baş rolu ifa etmək sizə çətin olacaq? Bunun məsuliyyətini hiss edirdiniz? Özünüzə inanırdınız?


- Çaşqınlıq içindəydim. Heç bilmirdim ki, mən nə edirəm. Məsuliyyəti dərk etmirdim. Hətta Lütfi müəllim mənə irad tuturdu ki, filmdə faciə səhnələrində səsini əsdirmə, özün ol, sərbəst ol. Mənim müəllimim mənə Çaça qız deyə müraciət edirdi və hər dəfə deyirdi ki, Çaça çalış hər zaman hər yerdə özün kimi ol. Mən o vaxtlar teatrda illər keçdikcə püxtələşdim, rejisorlar tərəfindən bəyənildim həm görünüş cəhətdən, həm də istedadım olduğu üçün. Beləcə başladı


3-Qazandığınız uğurlar siz
i həvəsləndirirdi? Ucalmaq sizi qorxudurdumu?


-Mən heç zaman deməmişəm ki,mən bunu bacarmaram, əksinə daim düşünmüşəm və demişəm ki, bacararam, necə olursa olsun edəcəm! Allaha şükür ki, buna da nail olmuşam. İnşallah bundan sonra da işlərim öz axarıyla gedəcək.


4-Elə bir rolunuz olubki o obrazda siz özünüzü olduğunuz kimi hiss edəsiniz? Sizin üçün aktrisalıqda hansısa sərhəd varmı?


- Mənim üçün sərhəd yoxdu. Sadəcə bəzi çərçivələr var: “Mənim ətrafım, yaşadığımız mühit, dinimiz, mənim ailəm, övladlarım, atam və qardaşım”. Bunlarda reallıqdır. Bu reallıqlar da mənə əsas verir ki, mən müəyyən çərçivəyə daxil olum. Ümumiyyətlə mən hər hansı obrazı oynayanda “Mən” olmuram. Obraz zamanı Vəfa Rzayeva müxtəlifləşir. Mən oynadığım obraza cavabdeh deyiləm, sadəcə mən onun həyatını ifa edirəm. Mən Vəfa Rzayeva cavabdəhəm.


5- “Həkimlər”lə “Qaynana” arasında hansı fərq var?

- Onları müqayisə etmək istəməzdim. Biz də istəyirik ki, çox yaxşı büdcəli filmlərdə çəkilək. Amma aktyorlar üçün hazırda keçid dövrüdür. Tamaşaçı bizə qarşı çox aqressivdir. Belə olmasını istəməzdim. Bir ara film sahəsində durğunluq yarandı. Son iki ildə isə dövlət müəyyən məbləğ ayırıb və seriallar çəkilir. Düzdür, bu məbləğ çox azdır, amma çalışırıq ki, ortaya sanballı nəsə qoyaq. Hərənin öz işi olmalıdır. Ssenarist deyir ki, mənə az məbləğ ödənilir, niyə özümü öldürməliyəm? Amma tamaşaçı gərək serialları qınamasın, qəbul etməyə çalışsın. Mənfiliklər bilirsiz nədən başlayır? Məsələn, mən geyim, saç düzümü fikirləşirəm. Amma bunu mən yox, yaradıcı heyət düşünməlidir. Mən getməliyəm, onlar isə ssenariyə uyğun aktrisanı hazırlamalıdırlar.

Prodüserlərə yazığım gəlir. Hamı gəlib onları danlayır. Xaricdə isə hər aktyorun öz prodüseri var. Biz çabalayırıq. Çox ümid edirəm ki, növbəti beş ildə hər şey stabilləşəcək. Azərbaycanda teatr daha da maliyyələşəcək və bizə diqqət daha çox olacaq.


6- Bəs, “Qaynana” serialından ayrılanda, serialın kollektivi sizdən incimədi?

- Mən onlara üç ay əvvəldən demişdim ki, serialdan ayrılacağam. Üç ildir ki, onlarla birgə çalışırdım. Ssenaridə bəsitlik var idi, bu da məni yorurdu. Ona görə də vaxtında oradan uzaqlaşdım. Teatrda da işlərim çox oldu. Amma onu deyim ki, “Qaynana” kollektivini çox sevirdim.


7- Həm iş, həm ailə... Necə çatdırırsız?

- Həmişə dinamik həyat yaşamışam. Sağ olsun, qaynanam mənə çox kömək edir. Gecə çəkilişlərim olanda, səfərlərə gedəndə də övladlarımı ona ürək rahatlığı ilə həvalə edirəm.


8-Sizi hansı yeni layihələrdə görəcəyik?

- Türkiyədən bir film təklifi almışam. Çox böyük layihədir. Hətta burada Hollivud ulduzları da rol alacaq. Film “Trio” adlanır. Artıq razılığımı da vermişəm. Rusiya ilə Azərbaycanın birgə işi olacaq. Yeni bir layihəyədə təklif almışam. Amma bu haqda daha ətraflı danışa bilmərəm. Qeyd etmək istəyirəm ki, mənim üçün ailəm, uşağlarım daha önəmlidir. Sənətim ailəmdən sonra gəlir.


9- Sənətdə özünüzdən üstün hansısa aktrisanı görürsünüzmü?

- Xeyir mən aktrisa kimi özümdən üstün heç kimi görmürəm, mən bu sənətdə təkəm.


10- Bizimlə müsahibə sizə necə təsir bağışladı?

-Çox xoş oldu sizinlə həmsöhbət olmaq, diqqətinizə və sevginizə görə minnətdaram. Nə zaman istəsəniz sizinlə söhbətləşə bilərəm.


10- “Dost” jurnalına arzunuz

- Jurnalınıza və sizə işlərinizdə uğurlar arzulayıram. Bundan sonra mən də sizin daimi oxucunuz olacam.

Söhbətləşdi:Elvin ARİFOĞLU

Rəqsanə YUSİFZADƏ

 

 

 

 

 

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 16:56 )

Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüşüb PDF Çap Email
Yazıldı
28.02.13 15:38

Fevralın 28-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qaliblərini qəbul edib. DİN-dən APA-ya verilən xəbərə görə, tədbiri  giriş sözü ilə açan daxili işlər naziri qalibləri təbrik edərək daxili işlər orqanlarının şəxsi heyətinin 28 faizinin məhz gənc əməkdaş olduğunu diqqətə çatdırıb. O deyib ki, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan 473 nəfər daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciət edib, onlardan “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə  haqqında” Əsasnamə ilə müəyyən olunmuş tələblərə cavab verən 314 namizəd Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb. Qaydalara əsasən, test imtahanlarında  100 mümkün baldan 65 və daha çox bal toplamış 82, o cümlədən 46 ali hüquq, 36-ı ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxıb.

 

DİN Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə tədbir iştirakçılarına məlumat verib.

 

Gəncə Şəhər Baş Polis İdarəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı Rauf Quluzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında həyata keçirildiyinə, gənclərə olan bu ali diqqət və qayğıya görə təşəkkürünü bildirərək əmin edib ki, gələcək xidməti fəaliyyətlərində onlara göstərilən yüksək etimadı layiqincə doğruldacaqlar.

 

Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov polis leytenantı xüsusi rütbəsinin paqonlarını müsabiqənin qaliblərinə təqdim edib.

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 15:59 )

“Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev və Elnur Seyidov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb PDF Çap Email
Yazıldı
28.02.13 15:24
“Texnikabank”ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev, Yasamal filialının həbsdə olan sabiq müdiri Azər Cəfərli, filialın sabiq müdir müavini Elnur Seyidov və digərlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Məlumata görə, vəkillərin cinayət işinin materialları ilə tanış olması mərhələsi yekunlaşıb və cinayət işinin materialları təsdiq üçün Baş Prokurorluğa göndərilib. Yaxın günlərdə cinayət işi üzrə materiallar baxılmaq üçün məhkəməyə göndəriləcək.

 

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

 

Onu da qeyd edək ki, E. Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Onun barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib.


Təqsirləndirilənlərdən E. Seyidov isə AXCP sədri Əli Kərimlinin qaynıdır. /Apa/

 

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 15:38 )

Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib PDF Çap Email
Yazıldı
28.02.13 15:03

Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.

 

 

 

 

 

Read more

Azərbaycanda yazın ilk ayının hava proqnozu açıqlandı PDF Çap Email
Yazıldı
28.02.13 14:36

Bu ilin mart ayında havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Mart ayı keçid dövrü olduğundan hava şəraitində tez-tez dəyişmə müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 2-7 dərəcə isti təşkil edəcək. Gündüzlər havanın temperaturunun 8-13, ikinci və üçüncü ongünlüyün bəzi günlərində isə 15-18 dərəcə isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 20-27 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr temperatur 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 8-13 dərəcə isti təşkil edəcək, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 19-24 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-44 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 6-11 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 15-19 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 42-52 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Gündüzlər temperatur 9-14 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 16-20 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 6-11 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-19 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-90 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 9-14 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 18-23 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-45 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda isə 1-6 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13 dərəcə isti olacaq, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 18-23 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 56-112 mm) olacağı gözlənilir. /Trend/

 

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 14:52 )

Mixeil Saakaşvili Naxçıvana yola düşüb PDF Çap Email
Yazıldı
28.02.13 14:24

Azərbaycana rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Mixeil Saakaşvili fevralın 28-də Naxçıvan Muxtar Respublikasına yola düşüb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixeil Saakaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

 

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 14:31 )

İlham Əliyev Qəbələ şəhərində yeni məscidin açılışında iştirak edib PDF Çap Email
Yazıldı
28.02.13 14:16

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ şəhərində yeni məscidin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, məscidin tikintisinə 2010-cu ilin may ayında başlanılmışdır. Heydər Əliyev Fondunun sifarişi ilə tikilən məscid binasının layihəçisi "Konstruktor MMC", binanın podratçısı isə "Gilan inşaat" MMC-dir. Binanın tikinti sahəsi 715 kvadratmetr, minarənin hündürlüyü isə 25 metrdir.

Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla ümumilikdə 600 nəfər mömin ibadət edəcəkdir. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan naqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Dini ocağın həyətində kiçik memarlıq üslubunda iki fontan da inşa edilmişdir. Məscidin həyətində, həmçinin axund, dərs, kitabxana, mərasim, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunmuşdur. Binanın həyəti yaşıllaşdırılmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.

Prezident İlham Əliyevə Qurani-Kərim hədiyyə olundu.

Dövlətimizin başçısı məsciddə yaradılan şəraitdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 14:23 )

ABŞ dövlət katibi: “Müzakirələr müsbət olub, birbaşa dialoqa hazırıq” PDF Çap Email
Yazıldı
28.02.13 13:37
“İranla “altılıq” ölkələri arasında Qazaxıstanın Almatı şəhərində keçirilmiş müzakirələr müsbət keçib, ikitərəfli müzakirəyə hazırıq”. APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, İranla “altılıq” arasında müzakirələr səmərəli olub: “Əgər rəsmi Tehran ciddi əməkdaşlıq edərsə, kollektiv və davamlı razılığa gəlmək mümkündür”. C. Kerri deyib ki, İran nə edəcəyini yaxşı bilir: “ABŞ prezidenti də İranın nüvə silahına sahib olmasına mane olmaq üçün lazımi tədbirlər görməkdə ciddidir”.


Read more
axırıncı dəyişikliklər ( 28.02.13 13:47 )

Xələf Xələfov: “Bosniya və Herseqovina Parlamentinin Xocalı qətliyamı ilə bağlı qəbul etdiyi qətnaməni yüksək qiymətləndiririk” PDF Çap Email
Yazıldı
28.02.13 13:18
“Bosniya və Herseqovina Parlamentinin fevralın 26-da qəbul etdiyi qətnamə Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq tanınması istiqamətində növbəti və çox əhəmiyyətli addım olub”.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qeyd olunan qətnamənin qəbulunu belə şərh edib.

 

“Biz Xocalı qətliamının beynəlxalq tanınmasını faciə qurbanlarına münasibətdə ədalətə verilən qiymət kimi dəyərləndiririk və bir sıra ölkələrin parlamentlərinin, xüsusilə Bosniya və Herseqovina parlamentinin Xocalının azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi qırğını tanıyan və qınayan qərarını yüksək qiymətləndiririk.

 

Xocalı qətliamının tanınması və qınanması istiqamətində beynəlxalq həmrəyliyə əsaslanan səylərin davam edəcəyinə inanırıq və hesab edirik ki, belə səylər insanlığa qarşı bu qəbildən olan dəhşətli cinayətlərin təkrar olunmamasına xidmət edəcək”./Apa/

 

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 13:32 )

Bakıda “İtaliyanın nağıllar aləmi” adlı sərgi keçiriləcək PDF Çap Email
Yazıldı
28.02.13 01:52
Martın 4-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksi VİVA BELLA şirkəti ilə birgə "İtaliyanın nağıllar aləmi" adlı sərgisini təşkil edəcək.

Akademiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, ekspozisiyada farfor kolleksiya kuklaları və gülləri nümayiş olunacaq. 8 Mart Beynəlxalq Qadınlar Günü ilə eyni vaxta təsadüf edən sərgi bizim əziz qadınlarımız və bütün incəsənət sevərlər üçün bayram hədiyyəsi olacaq.

Hazırda dünyanın beş kontinentində tanınan Montedragone firmasının əsası keçən əsrin 70-ci illərində, o zaman yeniyetmə xanım, indi isə tanınmış rəssam olan Stefani Rosetti və dizayner Nadir Binonun birgə əməkdaşlığı nəticəsində qoyulmuşdur. Firmanın ilk kuklaların geyimləri Venesiya kostyumları əsasında hazırlanmış və İtaliyanın tarixinə aid prototiplər əsasında yaradılmışdır. Bu seriya "gli Originali" və ya The Originals adlanırdı. Tezliklə İtalyanın digər farfor kukla istehsalçıları da Montedragone farfor kuklaları əsasında kuklalar istehsal etməyə başladılar.

Montedragone kolleksiyasını fərqləndirən cəhətlərdən biri də parlaq orijinal üslub və dəqiq seçilmiş materiallardır. Bütün əl işləri bu günə qədər firmanın yaradıcıları tərəfindən görülür. Montedragonenin laboratoriyasında dizayner Nadir Bino və heykəltəraş Paolo Friqo farfor kuklalarının əsasını hazırlayırlar, Stefaniya isə personajların üz cizgilərini çəkir və öz zövqünə əsaslanaraq onlar üçün müxtəlif paltarlar tikir. Montedragonenin kuklaları unikal və orijinaldır. Onların hər biri özünəməxsus xarakterə malikdir. Sənətkarlar kolleksiyaları İtalyan nağıllarının süjetinə əsasən hazırlayırlar. Bu mehriban feyalar, kinli cadugərlər, meşə cırtdanlarıdır. Hər personaj öz özlüyündə hansısa bir sehrə malikdir.

Montedragone kompaniyası özünün hand make məhsulunun hazırlanması üçün ən keyfiyyətli İtaliyan materiallarından istifadə edir - möhkəm çini, təbii ipək, incə krujevalar.
Montedragonenin fəlsəfəsi - daimi təcrübə, yeni konseptual ideyaların axtarışı və əfsanələrin sirrinə dalmaqdır.

Ekspozisiyada həmçinin 1981-ci ildə yaradılan Fabiola firmasının farfor kuklaları da nümayiş olunur. Fabiola firmasının əsası, əsasən dərziliklə məşğul olan Fabiola Karpanezenin unikal və incə zövqlü kuklaları hazırlamağa olan həvəsi nəticəsində qoyulmuşdur. İlk əvvəl Fabiola firmasının məhsulları toylarda, xaç suyuna salma mərasimlərində və digər bayramlarda hədiyyə edilən suvenir-kuklalardan ibarət idi. Son 10 ildə isə firmanın fəaliyyətinin əsas istiqaməti tipik Venesiya kuklalarının - "Venesiyali qız", "Arlekkino", "Pulçinella" və həmçinin feya, çırtdan və elf kimi digər nağıl qəhrəmanlarının hazırlanmasından ibarətdir. Fabiola məhsullarının hazırlanmasında yalnız İtaliya istehsalı olan keyfiyyətli materiallardan istifadə edir.

Sərgidə Union firmasının istehsalı olan farfor gül kompozisiyalarını da görmək mümkün olacaq. Bu incə zövqlü farfor güllərdən hazırlanmış kompozisiyalar qədim sənətkarlıq istehsalının ənənələrini və yeni minilliyin innovasiyalarını özündə birləşdirən 40 illik təcrübənin nəticəsidir.

Qeyd edək ki, sərginin rəsmi açılış günü giriş yalnız dəvətnamə ilə mümkündür. Martın 5-dən 10-a qədər sərgiyə giriş pulsuzdur Sərgi saat 10:00-dan 20:00-a fəaliyyət göstərəcək.

 

 

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 01:55 )

Salyan polisi külli miqdarda narkotik aşkarlayıb PDF Çap Email
Yazıldı
28.02.13 01:36

Salyan sakinindən külli miqdarda narkotik aşkar edilərək götürülüb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan rayonunun Xocalı kənd sakini Fəxrəddin Mirəyyub oğlu Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman 1 kiloqram 131 qram tiryək, 172, 52 qram marixuana və 0,65 qram  çətənə toxumu aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır. /Apa/


Read more
axırıncı dəyişikliklər ( 28.02.13 01:51 )

Mixail Saakaşvili: “Azərbaycan bizim müstəqilliyimizin təminatçısıdır” PDF Çap Email
Yazıldı
28.02.13 01:16

Mixail Saakaşvili:"Mənim üçün böyük şərəfdir ki, yenidən Bakıya səfər edirəm."


Dostxeber.com-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuat üçün bəyanatında Gürcüstan Prezidenti Mixail Saakaşvili deyib.

O qeyd edib ki, Gürcüstana dost ölkədə səfərdə olmaq onun üçün çox əhəmiyyətlidir.

“Cənab İlham Əliyev bu gün mənə çox maraqlı söhbətlər etdi. Hesab edirəm ki, atasının layiqli davamçısı olan Azərbaycan dövlətinin başçısı öz fəaliyyətini uğurla həyata keçirir.

Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Sizin fəaliyyətiniz nəticəsində Azərbaycan dövlətçiliyi gücləndirilmişdir. Bu isə ən başlıca amildir”.

M.Saakaşvili vurğulayıb ki, bu gün Bakının inkişafı, ölkədə həyata keçirilən infrastruktur layihələri, eyni zamanda, Azərbaycan xalqının rifahının artırılması çox vacibdir.

“Çünki Azərbaycan həm regionda, həm qlobal müstəvidə vacib bir dövlətdir və bir sıra strateji təşəbbüslərin müəllifidir. İstər regionda, istər geniş Avrasiya məkanında müsbət ab-havanın yaranmasında Azərbaycanın müstəsna xidmətləri vardır.

Eyni zamanda, Azərbaycan bizim müstəqilliyimizin, inkişafımızın təminatçısıdır və hər birinizə öz təşəkkürümü bildirirəm, xüsusilə də cənab Prezident, Sizə.

Gürcüstanda həyata keçirilmiş islahatlar barədə söylədikləriniz məni çox təsirləndirdi.

Biz öz səfərlərimizi çox gözəl xatırlayırıq, Bakının küçələrini dəfələrlə gəzmişik. Bir sıra ideyalar və fikirlər məhz Azərbaycandakı səfərlərimiz nəticəsində meydana gəlmişdir. Mən ümid edirəm ki, bir gün bizim də ölkəmizdə Sizin inkişaf öz əksini tapacaqdır”.

Gürcüstan Prezidenti bəyan edib ki, təbii ki, bu rəqabətdə onlar bir balaca zəif tərəf kimi çıxış edirik.

“Amma mən yenə də ümid edirəm ki, inkişaf davam etdiriləcəkdir.

Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq əminəm ki, Azərbaycanın bizim ölkə ilə dostluğu davam edəcəkdir. Gürcüstana Azərbaycandan yaxın olan dövlət tapmaq mümkün deyildir. Bu, sadəcə bəyanat, sadəcə sözlər deyildir”.

Gürcüstan Prezidenti bildirib ki, son 10 il ərzində dünyada heç bir ölkə Gürcüstan üçün Azərbaycanın etdiyini etməmişdir, bizə bu qədər dəstək verməmişdir.

“Bizim çoxsaylı tərəfdaşlarımız, dostlarımız vardır. Ancaq heç bir ölkə Gürcüstana Azərbaycan qədər yardım etməmişdir.

Bu isə, cənab Prezident, bilavasitə Sizin xidmətinizdir. Mən çox şadam ki, Gürcüstanın da Baş naziri Azərbaycana səfər etmişdir və öz gözü ilə buradakı inkişafın şahidi olmuşdur. Bu da bizə imkan verir ki, bu dostluq bundan sonra da davam etsin”.

Bakı-Tbilisi-Qars layihəsini inqilabi layihə adlandıran, Gürcüstan Prezidenti bildirib ki, onun başa çatdırılması çox vacibdir.

“Mən ümid edirəm ki, ilin sonunadək bu layihə başa çatdırılacaqdır. Bu, hər iki ölkə üçün tarixi bir şansdır, bizim Avropaya açılan qapımızdır, Avropa qitəsinə çıxışımızdır.

Ona görə də mən ümid edirəm ki, bu layihənin həyata keçirilməsinə istənilən maneələrin törədilməsi bizim milli maraqlarımıza ziddir. Bu, bir fəlakət ola bilər.

Bu layihənin sual altına alınması bir cinayətdir. Ona görə mən hesab edirəm ki, bu layihənin heç bir alternativi yoxdur. Bunun əksi bizim milli maraqlarımıza xəyanət ola bilər.

Mən şübhə etmirəm ki, bu layihə bizim Avropaya, NATO-ya istiqamətlənmiş yolumuzdur və bu layihə sıx əməkdaşlıq şəraitində başa çatdırılacaqdır. Eyni zamanda, bizim tərəfdaşımıza və dostumuz olan Türkiyə də burada mühüm rol oynayır. Mən şübhə etmirəm ki, bu layihənin icrası başa çatdırılacaq”.

M.Saakaşvili deyib ki, bu gün Gürcüstanın iqtisadi təhlükəsizliyi Azərbaycan tərəfindən təmin edilmişdir.

“Bu soyuq qış aylarında Azərbaycanın fədakarlığı bizi xilas etmişdir və bu, gürcü millətinin, Gürcüstan dövlətçiliyinin bir növ xilas edilməsi olmuşdur.

Bir daha vurğulamaq istərdim ki, Gürcüstanın ərazi bütövlüyü də Azərbaycan qədər heç bir ölkə tərəfindən dəstəklənməmişdir. Ərazi bütövlüyü məsələsi çox mühüm bir məsələdir.
Bütün Qafqaz haqqında danışanda ərazi bütövlüyü fundamental prinsipdir və bu, başlıca əhəmiyyət daşımalıdır. Bizim bu istiqamətdə siyasətimiz aydındır.

Neft və qaz kəmərləri sayəsində Gürcüstanın strateji, iqtisadi əhəmiyyəti vardır və bir daha onu vurğulamaq istəyirəm ki, bu, bilavasitə Azərbaycanın sayəsində baş tutmuşdur.

Təbii ki, hazırda Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Lakin bir daha qeyd etmək istəyirəm ki, heç bir amil Gürcüstan-Azərbaycan dostluğuna mane ola bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətçiliyinin inkişafı mümkün deyildir.

Bunu bir daha xüsusi vurğulamaq istəyirəm. Məhz keçmişdə müstəqilliyimizi o səbəbdən itirmişdik ki, biz yaxından əməkdaşlıq edə bilməmişdik. Lakin son illərdə biz dostluğumuzu o qədər gücləndirmişik, o qədər güclü təməl üzərində qurmuşuq ki, artıq bu dostluq sarsılmazdır və əbədidir.

Cənab Prezident, bir daha xüsusilə Sizin rolunuzu qeyd etmək istərdim. Sizin sayənizdə biz bu haqda danışa bilirik və əminəm ki, gələcək nəsillər də buna layiqli qiymət verəcəkdir. Mən buna şübhə etmirəm”

Read more
axırıncı dəyişikliklər ( 28.02.13 02:28 )

Prezident İlham Əliyev: İki dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan həmişə olduğu kimi, bir yerdə olacaqlar PDF Çap Email
Yazıldı
28.02.13 00:53

Fevralın 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

"Hörmətli cənab Prezident, hörmətli qonaqlar! Mən bir daha sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Siz Azərbaycanın böyük dostusunuz. Biz Sizinlə son 9 il ərzində dəfələrlə görüşmüşük - həm Gürcüstanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Bugünkü görüş və Sizin rəsmi səfəriniz əvvəlki görüşlərin məntiqi davamıdır", - Prezident İlham Əliyev bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu illər ərzində Gürcüstan-Azərbaycan əlaqələri böyük və uğurlu yol keçmişdir. Bu əlaqələr çox möhkəm təməl üzərində qurulubdur. Bizim xalqlarımız əsrlər boyu bir yerdə olmuşdur, bir-birinə arxa-dayaq olmuşdur və biz müasir münasibətləri bu möhkəm tarixi zəmin üzərində qururuq. Müstəqillik dövründə Gürcüstan və Azərbaycan strateji müttəfiqlər səviyyəsinə çatmışlar. Bu gün bu müttəfiqlik münasibətləri inkişaf edir və möhkəmlənir. Əminəm ki, bu əlaqələr gələcək illərdə də inkişafı həm Gürcüstan, həm Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan amil olacaqdır. Çünki bizim uğurlu inkişafımız yalnız birlikdə mümkün ola bilər. Bu birliyi, əməkdaşlığı möhkəmləndirmək üçün son illər ərzində çox böyük işlər görülmüşdür.

"Bu gün biz bu barədə Sizinlə fikir mübadiləsi aparmışıq. Müxtəlif layihələr icra edilir. Energetika, nəqliyyat sektorlarında layihələr həm bizim ölkələri gücləndirir, xalqlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət göstərir, eyni zamanda, bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bölgədə sabitliyin, sülhün, əməkdaşlığın dərinləşməsi üçün bizim bərabər icra etdiyimiz layihələr xüsusi məna daşıyır. Bu gün bizim ölkələri və regionu, Avropa qitəsini bizim bərabər icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. Biz Sizinlə bərabər enerji məsələlərinin həlli üçün çox böyük səylər göstərmişik, böyük uğurlara nail olmuşuq. Neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həlli - bütün bunlar bizim birgə səylərimiz nəticəsində mümkün olan məsələlərdir. Hazırda biz yeni böyük layihənin icrası ilə məşğul olmağa başlamışıq. Əminəm ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa üçün yeni böyük imkanlar açacaqdır. Eyni zamanda, nəqliyyat məsələlərinin həllində də böyük işlər görülmüşdür. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu uğurla başa çatdırılacaq və həm Gürcüstan, Azərbaycan üçün, həm də bölgə və dünya üçün böyük əhəmiyyətə malik bir məsələ olacaqdır", - İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, beynəlxalq əməkdaşlığımız da artır. Biz bir-birimizi beynəlxalq təşkilatlarda daim dəstəkləyirik. Xarici siyasət məsələləri ilə bağlı daim müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır və bu da çox uğurlu təşəbbüsdür. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Onlar ondan ibarətdir ki, bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi daim dəstəkləyirik və müdafiə edirik. Bu da ölkələr arasındakı əlaqələrə çox müsbət təsir göstərir.

"Bütün digər məsələlərlə bərabər, bu gün bir daha biz bu məsələləri nəzərdən keçirdik. Görürük ki, Gürcüstan və Azərbaycan iki dost, qardaş və tərəfdaş ölkələr kimi irəliyə uğurla gedirlər. Gürcüstanda son illər ərzində Sizin rəhbərliyinizlə çox böyük işlər və islahatlar aparılmışdır. Gürcüstan böyük dərəcədə inkişaf etmişdir. Həm siyasi proseslər müsbət istiqamətdə gedir, həm də infrastruktur layihələrinin icrası ilə bağlı Sizin çox böyük uğurlarınız vardır. Tbilisi şəhəri gündən-günə gözəlləşir. Batumi də, həmçinin gündən-günə gözəlləşir. Bu gün mənə göstərdiyiniz yeni layihələrin fotoşəkilləri bir daha onu göstərir ki, nə qədər böyük işlər görülmüşdür. Son illər ərzində Gürcüstanda müxtəlif istiqamətlərdə aparılan islahatlar nəinki MDB məkanında, eyni zamanda, digər bölgələrdə də öyrənilir və bu islahatların həyata keçirilməsində Sizin xüsusi əməyiniz, zəhmətiniz olubdur. Bu islahatlar Sizin təşəbbüsünüzlə irəliyə aparılıbdır. Əlbəttə ki, bu islahatlar gələcəkdə Gürcüstanın inkişaf etmiş ölkəyə çevrilməsində də öz rolunu oynayacaqdır.

Bir daha demək istəyirəm ki, son illər ərzində biz Sizinlə dəfələrlə görüşmüşük və həmişə çox səmimi fikir mübadiləsi aparılmışdır. Bu görüşlər zamanı qəbul edilmiş qərarlar nəticə etibarilə həm Gürcüstanı, həm Azərbaycanı böyük dərəcədə gücləndirmişdir. Əminəm ki, bu müsbət meyillər gələcək illərdə də davam edəcək, iki dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan həmişə olduğu kimi, bir yerdə olacaqlar və bir istiqamətdə inkişaf edəcəklər və ölkə daxilində olan bütün prosesləri, bütün məsələləri uğurla həll edəcəklər. Bir daha xoş gəlmisiniz, bir daha bütün qonaqları səmimiyyətlə salamlayıram", - Prezident İlham Əliyev bəyanatında qeyd edib.

 

 

Dostxeber.com

 

 

Read more


Çərşənbə 27 Fevral 2013

Fransa parlamentində ermənilər tərəfindən döyülmüş tələbə danışdı- EKSKLÜZİV PDF Çap Email
Yazıldı
27.02.13 18:31
Dünən Fransa Milli Assambleyasında fransız deputat Fransua Roşebloun və ermənilər tərəfindən vəhşiliklə döyülən azərbaycanlı tələbə Vüsal Hüseynov APA-nın Avropa bürosuna hadisənin təfərrüatlarını danışıb.

“Biz içəri keçmişdik, amma bizim azərbaycanlı olduğumuzu bilmirdilər. Mirvari Fətəliyeva fransız dilində danışmışdı. Tədbir zamanı ermənilərin hər çıxışından sonra təkcə biz ikimiz əl çalmırdıq. O zaman hiss etdim ki, bizdən şübhələnməyə başlayıblar və tez-tez bizim şəkillərimizi çəkirlər. Qəbul otağında bizim kimliyimiz haqda maraqlanırdılar. Sonra bir dəqiqə sükut elan ediləndə, biz ayağa qalxmadıq və bununla etirazımızı bildirdik. Mirvari həmin günü Xocalı qırğınının ildönümü olduğunu tədbir iştirakçılarına xatırladı. Bundan sonra onlar bizim üstümüzə qışqırırdılar, bizi təhqir etdilər və yanımızdakı ermənilər Mirvarini susdurmaq üçün ona hücum çəkdilər. Mən dərhal Mirvarinin başını aşağı əydim və məcburən, qızı qorumaq üçün onlarla əlbəyaxa davaya girməli oldum”.

 

Vüsal Hüseynov ən çox sağ tərəfindən yumruq və təpik zərbələri aldığını deyib: “Ona görə də ən çox sağ tərəfimdən xəsarət almışam. Sonra Mirvarini uzaqlaşdırdım və üstümə gələnləri yara-yara özüm də bayıra çıxdım. Bayırda Mirvarini bir də vurdular və hətta saçından dartırdılar. Mən ona tərəf getdim, biz koridorda qaçanda azdıq və yenidən həmin otağa, lakin bu dəfə başqa qapıdan girdik. Bu zaman ermənilər yenə də üstümüzə gəldilər, yenə bizi vurmağa başladılar. Mirvari üçün çox qorxdum, bir müddət onu görmədim, ona görə də uca səslə köməyə çağırdım. Dedim ki, məni qızın yanına aparın. Məni Mirvarinin yanına aparmaq adı ilə tam başqa otağa aparırdılar, amma dəhlizdə başqa bir otaqdan Mirvarinin qışqırığını eşitdim. Özümü dərhal o otağa verdim. Həmin otaqda başqa tədbir vardı, oradakılar bizə kömək etdilər, bizi ermənilərdən ayırdılar”.

 

Vüsal Hüseynov ermənilərin davaya birinci azərbaycanlıların başladığı barədə yazdıqlarının uydurma olduğunu deyib: “Mən birdən-birə 150 nəfər adama qarşı niyə hücum çəkim? Biz sadəcə bu tədbirə getdik ki, ermənilərin orada nə danışdıqlarını öyrənək, onların yalan və böhtanlarına etirazımızı bildirək”.

 

Vüsal Hüseynov xəstəxanadan yeni çıxdığını deyib: “İndi vəziyyətim nisbətən yaxşıdır, amma bədənimdə kəskin ağrılar var. Hələlik ekspertiza müayinəsindən keçirik. Daha sonra polisə şikayət edəcəyik”.

 

 

Read more
axırıncı dəyişikliklər ( 27.02.13 18:37 )

Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gələrkən hava limanına özünün sürdüyü avtomobillə və mühafizəsiz gəlib-Video PDF Çap Email
Yazıldı
27.02.13 18:04
Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gələrkən Tiflisdə heç bir protokol qaydaları gözlənilməyib.Saakaşvili Tiflis beynəlxalq hava limanına özünün sürdüyü avtomobillə və mühafizəsiz gəlib.

“Mühafizə xidməti ilə bağlı ciddi problemlər yarandığını biləndən sonra mən bir həftədir belə gəzirəm. Funksiyalarımı yerinə yetirərkən, insanlarla görüş zamanı mənə heç kim mane olmur. Bu məsələni dramatikləşdirmək olmaz”-deyə o, bildirib

Prezident mühaifə xidmətinən imtina edib./Modern.az/

 

 

 

{youtube width="500"}BbzPbxPZDP0{/youtube}

 

 

Read more
axırıncı dəyişikliklər ( 27.02.13 18:13 )

Əkrəm Əylisli Azərbaycandan gedir PDF Çap Email
Yazıldı
27.02.13 17:46
"Ölkəmdən ayrılsam ilk olaraq Türkiyədə məskunlaşmağı düşünürəm. Amma ilk növbədə dövlət dəvət etməlidir". ANS PRESS-in məlumatına görə, yazıçı Türkiyənin Radikal qəzetinin müxbirinə müsahibəsində belə deyib.

Əkrəm Əylisli Türkiyədən bir qrup ziyalının ona dəstək olduğunu bildirsə də türk siyasətçilərdən heç kimin onunla maraqlanmadığını bildirib.


Read more

Deputatlar Maliyyə Nazirliyini tənqid etdilər (VİDEO) PDF Çap Email
Yazıldı
27.02.13 17:37
Milli Məclisin sosial siyasət komitəsinin iclasında “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi müzakirə olunub
Bu gün Milli Məclisin sosial siyasət komitəsinin iclasında Maliyyə Nazirliyi tənqid edilib. “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsini müzakirə edən millət vəkilləri Maliyyə Nazirliyinin bu məqsədlə ayrılacaq vəsait haqqında indiyə qədər sənəd təqdim etmədiyini bildirib.

Məsələ ilə bağlı danışan deputat Musa Quliyev bunları deyib: “Hər bir uşağın ən azı bir dəfə müayinəsi 30 manatdan aşağı olmayacaq. Bir ultrasəs müayinəsi hardasa 100 milyon manat vəsait tələb edir. Bu uşaqların isə hardasa 30 faizi təkrar müaiynədən keçiriləcək. Maliyyə Nazirliyi hesabat versin ki, nə qədər maliyyə vəsaiti ayırır. Biz də Milli Məclisdə müzakirə edəndə, deməyə sözümüz olsun”.

{youtube width="500"}qB_EdtGFt0A{/youtube}



Read more
axırıncı dəyişikliklər ( 27.02.13 17:45 )

Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək və geniş tərkibdə görüşü olub PDF Çap Email
Yazıldı
27.02.13 17:28
Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvilinin təkbətək görüşü olub.

Dostxeber.com Apa-ya itdinadən məlumat verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib, ölkələr arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Təkbətək görüş başa çatdıqdan sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.



Read more
axırıncı dəyişikliklər ( 27.02.13 17:35 )

Bahar Muradova: “Rüstəm İbrahimbəyovu heç bir həbs təhlükəsi gözləmir” PDF Çap Email
Yazıldı
27.02.13 17:21

“Əgər Azərbaycanda ictimai siyasi fəaliyyət ilə məşğul olanlar həbsə atılsaydı, o zaman indi heç kim qalmazdı. O ki qaldı Rüstəm İbrahimbəyova, o, indiyə qədər elə də böyük diqqət çəkən, Azərbaycanın ictimai-siyasi gündəmini zəbt edən, dəyişməyə qadir olan siyasi fəaliyyət sahibi deyil”. Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

 

B.Muradovanın sözlərinə görə, hazırda kino xadimi, Ziyalılar Forumunun təsisçilərindən olan Rüstəm İbrahimbəyovun özünün iddia etdiyi kimi, Azərbaycanda həbs olunması ilə bağlı elə bir əsas, yaxud təhlükə görmür: “Azərbaycanda sırf ictimai-siyasi məqsədlərə xidmət edən insanlar azad şəkildə fəaliyyət göstərirlər və öz sözlərini deyirlər. Hətta tənqid çərçivələrini çoxdan aşaraq digər yolverilməz çərçivələrdə fəaliyyət göstərirlər. Yenə də onlara “gözün üstdə qaşın var” deyən yoxdur. Rüstəm İbrahimbəyova da sırf ictimai-siyasi fəaliyyəti ilə bağlı belə bir irad tutan yoxdur, baxmayaraq ki, bu fəaliyyəti ilə elə də diqqət cəlb eləmir. Bu fəaliyyətindən geri çəkilsə belə, yenə heç nə hiss olunmayacaq. Azərbaycan bütün azərbaycanlıların vətənidir, istədikləri vaxt gəlib-gedə bilərlər, o cümlədən də Rüstəm İbrahimbəyov istədiyi vaxt gəlib-gedə bilər”.

 

B.Muradova deyib ki, R.İbrahimbəyovun siyasi mövqeyindən, söylədiyi fikirlərdən və mövcud iqtidara münasibətindən asılı olmayaraq, onu heç bir həbs təhlükəsi gözləmir: “Ola bilsin, onun özü cinayət əməlinə səbəb olan özü ilə bağlı hansısa faktı bilir və bundan narahatdır ki, həbs olunma ehtimalı ola bilər. Amma indiki durumda onun həbs olunması ilə bağlı heç bir əsas görmürəm. Çünki həbs olunmaq üçün ciddi əsaslar olmalıdır. Ona görə də bilmirəm onda bu məlumatlar haradan qaynaqlanır və yaxud onu belə düşünməyə vadar edən nədir”.

 

Qeyd edək ki, Rüstəm İbrahimbəyov mətbuata açıqlamasında bildirib ki, Azərbaycana gəldiyi halda, həbs olunmaq ehtimalı var: “Məndə olan məlumata görə vətənə qayıdacağım halda məni istintaqa çağırmaq, sorğu-sual etmək istəyirlər. Düzdür, bununla bağlı rəsmi məlumat yoxdur. Hesab edirəm ki, hökumət bu informasiyaları qəsdən yayır”.



Read more
axırıncı dəyişikliklər ( 27.02.13 17:27 )

Azərbaycanda səfərdə olan Gürcüstan prezidentinin rəsmi qarşılanma mərasimi olub PDF Çap Email
Yazıldı
27.02.13 17:07
Fevralın 27-də Azərbaycana rəsmi səfərə gələn Gürcüstan prezidenti Mixail Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub.

Dostxeber.com-un məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Gürcüstan prezidenti M. Saakaşvili və xanımı Sandra Elizabet Rulofsu Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

 

Azərbaycanın dövlət və hökumət nümayəndələri M. Saakaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

 

Prezidentlər və xanımları rəsmi foto çəkdiriblər.



Read more
axırıncı dəyişikliklər ( 27.02.13 17:20 )

Azərbaycan Fransaya nota verdi (ƏLAVƏ OLUNUB) PDF Çap Email
Yazıldı
27.02.13 16:55

Azərbaycan səfirliyi Fransa Xarici İşlər Nazirliyinə (XİN) Parisdə Milli Assambleyanın binasında Azərbaycan diaspоrunun üzvlərinin ermənilər və fransız deputat tərəfindən döyülməsi faktı ilə bağlı etiraz notası təqdim edib. Bu barədə çərşənbə günü Azərbaycanın Fransadakı səfirliyindən bildiriblər.

"Daha bir etiraz Fransa Prezidenti və bu ölkənin Milli Assambleyasına təqdim ediləcək, - səfirlikdən deyiblər. - Biz Fransa parlamentinin üzvlərinin baş verən hadisələrə qiymət verməsini istəyirik".

Səfirlikdən həmçinin bildiriblər ki, cinayət işinin qaldırılması üçün tibbi ekspertizanın nəticələri gözlənilir.

Qeyd edək ki, fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı Vüsal Hüseynоv Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diaspоrunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.

Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürоsunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə "Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbirdə Azərbaycan diaspоru nümayəndələri də iştirak edərək bu gün Хоcalı sоyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar.

Оnların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb оlsa da, Azərbaycan diaspоrunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tariхi fakta əsaslanmadığını bildiriblər. Bundan sоnra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə Azərbaycan diaspоrunun rəhbəri və Hüseynova hücum edərək оnları vəhşicəsinə döyüblər. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəliblər.

Hazırda insidentin təfərrüatları müəyyənləşdirilir.

Vüsal Hüseynov həmvətənini qorumağa çalışarkən, zərbələrdən çoxu ona dəyib, nəticədə ağır bədən xəsarətləri alıb. Onun daxili orqanları zədələnib, həmçinin qabırğası sınıb.

İnsident Fransa parlamentinin bir neçə deputatının gözü önündə baş verib və onlardan heç biri bunun qarşısını almaq üçün heç bir tədbir görməyib. /Trend/

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 27.02.13 17:07 )

Səid Cəlili: İranın "altılıq" ilə danışıqları müsbət məcrada keçib PDF Çap Email
Yazıldı
27.02.13 16:50

İranın Almatıda "altılıq" ölkələri ilə nüvə proqramı üzrə danışıqları müsbət məcrada keçib. Trend-in çərşənbə günü Press TV-yə istinadən verdiyi məlumata görə, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili deyib.

Danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında çıxış edən Cəlili bildirib ki, vasitəçilərlə keçirilən danışıqlar bu prosesdə növbəti addımların atılmasına səbəb ola bilər.

Onun sözlərinə görə, İran "altılıq" ölkələri ilə növbəti danışıqları aprelin 5-6-da Almatıda keçirəcək.

"Moskvadakı müzakirələr zamanı İran danışıqların müəyyən prinsip və məqsədləri ilə bağlı kompleks plan irəli sürmüşdü", - Cəlili qeyd edib.

Onun sözlərinə görə, bu plan yenidən nəzərdən keçirilməli və əks tərəf cavab verməli idi.

"Dünən onlar bəzi təkliflər irəli sürdülər. Onların əvvəl irəli sürdükləri təkliflərlə müqayisədə indiki bəzi təkliflərin müddəaları reallığı daha çox əks etdirir, çünki qrup bəzi məqamlarda İranın mövqeyi ilə yaxınlaşmağa çalışıb ki, bu da müsbət əlamətdir", - o qeyd edib.

Cəlilinin sözlərinə görə, lakin İran dinc məqsədlərlə nüvə proqramını inkişaf etdirməyə davam edəcək.

"İran "Nüvə silahının yayılmaması haqqında" müqavilinin iştirakçısı kimi nüvə proqramını davam etdirəcək və proqram dinc xarakter daşıyır", - Cəlili deyib.

Bununla belə, Cəlilinin sözlərinə görə, İran Qərbin təkidlərinə baxmayaraq, Forduda nüvə obyektini bağlamağa hazırlaşmır, çünki obyekt Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəsi altında işləyir.

 

 

Read more
axırıncı dəyişikliklər ( 27.02.13 16:55 )

Əli Həsənov: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistana təzyiq göstərmək lazımdır PDF Çap Email
Yazıldı
27.02.13 16:38

Azərbaycan işğal edilmiş torpaqlarının geri qaytarılması və azərbaycanlı qaçqınların öz doğma yurd-yuvalarına qayıtması məsələsində qətiyyət nümayiş etdirir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində bildirib.

"Azərbaycan işğal edilmiş torpaqlarının geri qaytarılması və azərbaycanlı qaçqınların oraya qayıtması məsələsində bundan sonra da qətiyyət göstərəcək. Biz çadırlarda yaşamaq məcburiyyətində olan qaçqınları öz evlərinə qaytarmalıyıq", - Həsənov deyib.

Onun sözlərinə görə, əgər bundan sonra da belə davam etsə, digər imkanlardan istifadə olunacaq.

Əli Həsənov bildirib ki, hazırda Azərbaycan ordusunu və iqtisadiyyatını gücləndirir.

Prezident Administrasiyasının şöbə müdiri Xocalı soyqırımı hadisələri və ermənilərin törətdiyi digər qəddarlıq və zorakılıq faktlarını əks etdirəcək beynəlxalq filmin çəkilməsi imkanını qeyd edib. Əli Həsənov bildirib ki, bu film, həmçinin qondarma "erməni soyqırımı" məsələsində ermənilərin yalanının sübutu olacaq.

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistana təzyiq göstərmək lazımdır", - Həsənov vurğulayıb.

Əli Həsənov, həmçinin Dağlıq Qarabağ münaqişəsinin dünya arenasında təbliğatında Türkiyənin rolunu qeyd edib və əminliyini bildirib ki, Türkiyə, vəd etdiyi kimi, bu münaqişə həll edilməyənədək Ermənistan ilə sərhədləri açmayacaq.

Onun sözlərinə görə, Azərbaycan son beş il ərzində Türkiyədə layihələrə 30 milyard dollar investisiya yatırıb.

"Hazırda Azərbaycan-Türkiyə münasibətləri on il əvvəllə müqayisədə daha da əhəmiyyətlidir. Bu gün Azərbaycan Türkiyənin arxasında deyil, Türkiyə ilə yanaşı dayanır" , - Əli Həsənov deyib.

Əli Həsənov, həmçinin Ermənistanda keçirilmiş prezident seçkilərinə toxunub. Onun sözlərinə görə, bu ölkədə normal seçkilər keçirilməyib. Ermənistan Prezidenti seçkilərdə deyil, öz xalqı üzərində qələbə qazanıb.

"Nə qədər ki, Sarkisyan hakimiyyətdədir, hər il bu ölkəni daha 100 min Ermənistan vətəndaşı tərk edəcək. Nəticədə, beş ildən sonra Ermənistan əhalisi bir milyon nəfərədək azalacaq", - Əli Həsənov bildirib.

 

 

Read more

Ronaldo şou göstərdi, Messi seyr etdi (VİDEO) PDF Çap Email
Yazıldı
27.02.13 02:04

00:00. "Barselona" - "Real" (Madrid) - 1:3
(ilk oyun - 1:1)
Qollar: Ronaldo, 13-pen, (0:1), 56, (0:2), Varan, 68, (0:3), Alba, 89 (1:3)

"Barselona": Pinto, Dani Alves, Pike, Puyol (k), Xordi Alba, Buskets, Xavi, Fabreqas, Pedro, İnyesta, Messi.

"Real": Dieqo Lopes, Varan, Serxio Ramos, Kuentran, Xedira, Ronaldu, Özil, Xabi Alonso, Arbeloa, İquain, Di Mariya.



{youtube width="500"}-3EpJBP-GxI{/youtube}


Read more


Çərşənbə axşamı 26 Fevral 2013

Hacı Elvin ARİFOĞLU: Dini abidələrimizin havadarı PDF Çap Email
Yazıldı
26.02.13 22:58

Azərbaycan xalqının vətənpərvər xanımları az olmayıb. Onlar öz əməlləri ilə göstəriblər ki, fədakarlıq təkcə kişilərə deyil, həm də mətin qadınlara xas olan xarakterik xüsusiyyətdir. 1918-ci ildə Qoca Şərqdə öz müstəqilliyini bəyan edən ölkəmiz Azərbaycan qadınlarına geniş ictimai-siyasi hüquqlar və azadlıq verməklə onların cəmiyyətin həyatında və dövlət işlərindəki mövqelərini daha da möhkəmlənirdi.

Qurani-Kərimin “Ali-İmran” surəsinin 195-ci ayəsində Allah-Təala belə buyurur: “Mən heç birimizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir).” Müqəddəs dinimiz qadınların ictimai fəaliyyətini məqbul sayaraq onların məqamını yüksək tutur, hər zaman ismətli, şəfaqətli olmalarını, hümanistliyə və insani dəyərlərə əməl etmələrini əmr edir. Əbəs yerə deyildir ki, İslam peyğənbəri Məhəmməd (s) hadisələrin birində qadına (anaya) belə qiymət verir: “Cənnət anaların ayaqları altındadır!” İslam ehkamlarına bağlı olub onun əmrlərinə sadiq olan xalqımız bu gün qadına cəmiyyətdə və ailədə məxsusi hörmətlə yanaşır.

Hal-hazırda, 70 illik tarixi fasilədən sonra öz müstəqilliyinə qovuşan respublikamızın ictimai-siyasi fəaliyyət sahəsində qadınlarımız əzmlə fəaliyyət göstərirlər. Onlardan biri də ölkənin birinci xanımı, YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır.

Hümanist dəyərlərin xeyriyyəçiliyin ön planda durması, ümidsiz insanlara ümid aşılamaq, ehtiyaclı insanların istəklərini təmənnasız şəkildə qarşılamaq və onlara maddi-mənəvi dəstək olmaq fondun əsas prinsiplərindəndir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətimizin inkişafı, elm, təhsil mədəniyyət səviyyəsinin yük­səl­mə­si istiqamətində çoxlu işlər görmüşdür. Bu siyahıda 2006-ci ildən ölkə ərazisində “To­­lerantlığın ünvanı – Azərbaycan “lahiyəsi çərçivəsində dini-tarixi abidələrin bərpası ilə bağlı fəaliyyət xüsusilə diqqətəlayiqdir. Tariximizin İslam yaddaşı olan qədim məsçidlərimizin bərpası və yenidən qurulması həqiqətən də ürək açan amillərdəndir. Unutmayaq ki, İslam dinin ayrılmaz qolu olan məscidlər müsəlmanlar məskunlaşan cəmiyyətdə hər zaman qorunub saxlanıb. Peyğənbərimizin (s) bir hədisinə deyilir: “Allah Təala buyurdu: “Agah olun! Mənim yer üzərindəki evlərim məscidlərdir. Onlar, göylərdən yerdəki insanları nura qərq edən ulduzlara bəzəyirdilər”.


Bu missiyanın məsuliyyətini dərk edən Mehriban xanımın tutduğu yolun nəticəsində Bakının Buzovna qəsəbəsindəki Cümə məscidi, Binə qəsəbəsində Möhsün Səlim və Gəncə şəhərindəki Həzrəti Zeynəb məscidləri əsaslı təmir və bərpa işlərindən sonra möminlərin istifadəsinə verildi. Həmçinin Şamaxı cümə məscidində yenidən qurma işləri nəticəsində Azərbaycan ilk ali təhsilli memarı, şamaxılı Zivər bəy Əhmədbəyov və polşalı mühəndis İosif Ploşkonun 1909-cu ildəki layihəsinə əsasən əvvəlki görkəmi bərpa edir. Hazırkı işlər həmin layihənin daha möhtəşəm təkmilləşmiş variantı əsasında həyata keçirilir. Xatırladaq ki, Qafqazda ilk islam mərkəzlərindən və unikal memarlıq abidələrdən olan Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunub. 1859-cu il zəlzələsində dağılan məscid yenidən bərpa olunsa da, 1902-ci ildə Şamaxıda baş verən güclü zəlzələ nəticəsində məscidə ciddi ziyan dəymişdi.

Qeyd edək ki, Bibi-heybət, Əjdər Bəy və Təzəpir məscid komplekslərinin, Gürcüstan Mar­nueli rayonunda Çörarxı (Alget) kəndindəki qədim məscidin bərpasına da Heydər Əliyev Fondu tərəfindən hərtərəfli dəstək və yardım göstərilib. Fond Azərbaycanda qeyri dinlərə mənsub olan milli etnik tərkiblərə məxsus dini abidələrin bərpasını da diqqətdən qaçmır. Bakıdakı Pravoslov və Müqəddəs Məryam kilsələrində görülən təmir-bərpa işləri bun­la­ra bariz nümunədir. Ümumilikdə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkədə 10 yaxın məscid və kilsə, çoxlu sayda müxtəlif dini-tarixi abidələr, muzeylər, ziyarətgahlar yenidən təmir olunub, müqəddəslərin məzarları önündə türbələr ya kompleks şəkildə tikinti işləri görülüb. Bütün bu işlərin icrasına Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva yorulmaq bilmədən, islami dəyərlərə yüksək hörmət və məhəbbət ruhunda rəhbərlik edir.


Hacı Elvin ARİFOĞLU

11 dekabr 2011


Read more
axırıncı dəyişikliklər ( 26.02.13 23:44 )

İvanişvili Saakaşviliyə 2 gün vaxt verdi PDF Çap Email
Yazıldı
26.02.13 17:06

Gürcüstanın baş naziri Bidzin İvanişvili konstitusiya dəyişikliyi ilə bağlı ölkə başçısı Mixail Saakaşvilini mövqeyini nümayiş etdirməyə çağırıb. Hökumət rəhbəri Bidzin İvanişvili prezident Saakaşviliyə bu məsələ ətrafında mövqe göstərməsi üçün 2-3 gün müddətinə vaxt verib.

Qeyd edək ki, baş nazir İvanişvilinin prezident Saakaşviliyə müraciətində deyib: "Şəxsən özüm tərəfindən konstitusiyaya edilmiş dəyişiklik planı martın sonunda səsverməyə çıxarılmaq üçün parlamentə təqdim olunacaq. Bundan sonra həqiqətən də sular durulacaq. Mənim sözlərimi ultimatum və ya siyasi xeyirxahlıq kimi qiymətləndirə bilərsiniz. Lakin bu dəqiqdir ki, kim qanun dəyişikliyi ilə razı olsa o, da ölkəsinə xidmət edəcək. Kim bu qanun dəyişikliyini dəstəkləməsə o, ölkənin bütün yükünü çiyninə götürəcək və 9 il bundan əvvəl baş verənlərə görə cavab verəcək."  /
faktxeber/


Read more
axırıncı dəyişikliklər ( 26.02.13 17:13 )

Hakan Şükür:“Xocalıda qətlə yetirilən azərbaycanlı qardaş-bacılarımızın acısını ürəyimizdə hiss edirik” PDF Çap Email
Yazıldı
26.02.13 16:18
Türkiyənin keçmiş futbol ulduzu, hazırda millət vəkili olan Hakan Şükür Xocalı qurbanlarını anıb.

Dostxeber.com-un məlumatına görə, H. Şükür Xocalı faciəsinin ildönümü ilə bağlı özünün “Twitter” səhifəsində bu mesajı yazıb: “21-ci ildönümündə Xocalıda qətlə yetirilən 613 azərbaycanlı qardaş-bacımızın acısını ürəyimizdə hiss edir və şəhid qardaş-bacılarımızı rəhmətlə yad edirik”.

 

Qeyd edək ki, son parlament seçkilərində H. Şükür Ədalət və İnkişaf Partiyasından (AKP) Türkiyə Böyük Millət Məclisinə üzv seçilib.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 26.02.13 23:48 )

Xocalı aeroportu ilə bağlı məsələ ATƏT PA-nın yay sessiyasında müzakirə oluna bilər PDF Çap Email
Yazıldı
26.02.13 16:07
Ermənistanın Xocalı aeroportunu istifadəyə verməsi ilə bağlı məsələ ATƏT Parlament Assambleyasının (PA) qış sessiyası çərçivəsində Siyasi və təhlükəsizlik məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Bunu Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

 

Onun sözlərinə görə, komitənin iclasında siyasi məruzəçiyə təklif olunub ki, bu məsələ hansısa bir formada məruzəyə salınsın: “Onlar tərəflərin bir-biri ilə dil tapması kimi cavablar səsləndirdilər, amma biz təkid etdik ki, bu məsələ məruzəyə salınsın”.

 

B.Muradova bildirib ki, məruzəçi ATƏT PA-nın İstanbulda keçiriləcək yay sessiyası çərçivəsində Monako deklarasiyasının yerinə yetirilməsinə dair məruzə ilə çıxış edəcək: “İndi də həmin məruzəyə əsasən aralıq məruzə təqdim olunub. Məruzədə Dağlıq Qarabağ münaqişəsinin gedişinə dair bir neçə ciddi abzas öz əksini tapıb, amma biz konkret olaraq ermənilərin Xocalı aeroportunu istifadəyə verməsi ilə bağlı təhrifedici addımlarının məruzəyə salınmasını tələb etdik və ümumi cavablarından bu fikir irəli gəldi ki, məsələ diqqətdə saxlanacaq, yay sessiyasında bunun gündəmə salınması gözlənilir”. /Apa/

 


Dostxeber.com
Read more
axırıncı dəyişikliklər ( 26.02.13 16:18 )

Ərdoğan: "21 il əvvəl qətlə yetirilən 613 qardaş-bacımızı təkrar rəhmətlə yad edirəm" PDF Çap Email
Yazıldı
26.02.13 16:01
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) parlament fraksiyasının bu gün Ankarada keçirilən toplantısındakı çıxışına Xocalı qurbanlarının xatirəsini yad etməklə başlayıb.
Dostxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Xocalıda kütləvi qətl törədənlərin hələ də öz cəzalarını almadığını bildirib: “Azərbaycanlı qardaşlarımızın acısını ürəkdən bölüşdüyümüzü bir daha ifadə edirəm. 21 il əvvəl qətlə yetirilən 613 qardaş-bacımızı təkrar rəhmətlə yad edirəm. Azərbaycanlı qardaşlarımız kimi, biz də bu insanlıq dramını unutmayacaq və unutdurmayacağıq”.


Read more
axırıncı dəyişikliklər ( 26.02.13 16:06 )

Deputat Hüseyn Mirələmovun həbsdə olan qardaşı oğluna qarşı əlavə ittihamlar irəli sürülüb PDF Çap Email
Yazıldı
26.02.13 15:35
Deputat Hüseyn Mirələmovun həbsdə olan qardaşı oğlu Rəşad Mirələmova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə əlavə ittihamlar irəli sürülüb.

Məlumata görə, istintaq tərəfindən R. Mirələmova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə), 120.2.5, 120.2.10, 182.2.3 (hədə-qorxu ilə tələb etmə), 182.2.4, 182.3.2, 182.3.3 maddələri ilə əlavə ittihamlar irəli sürülüb.

 

Qeyd edək ki, ötən il iyulun 17-də saat 03.00 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində Rəşad Mirələmovun odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlu döş qəfəsindən, İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlu isə qolundan aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ramal Bayramov aldığı xəsarətdən orada dünyasının dəyişib.


Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. /Apa/



Dostxeber.com

Read more
axırıncı dəyişikliklər ( 26.02.13 23:49 )

“El-Klassiko”nu hansı kanal canlı yayımlayacaq? PDF Çap Email
Yazıldı
26.02.13 15:27

Bu gün İspaniya “Kral kuboku”nun “Barselona” ilə “Real” arasında baş tutacaq təkrar yarımfinal oyununu göstərəcək kanallar bəllidir.

Qol.Az-ın məlumatına görə, saat 00.00-da start götürəcək qarşılaşmaya Azərbaycanın “İdman Azərbaycan”, Rusiyanın “NTV plyus futbol” və Türkiyənin “TRT spor” kanallarında baxmaq mümkün olacaq.

Xatırladaq ki, bu komandalar Madriddəki ilk görüşü 1:1 hesabı ilə yekunlaşıb.

 

 

Dostxeber.com

 

 

Read more
axırıncı dəyişikliklər ( 26.02.13 15:35 )

Bu gün 70-dən artıq icmanın məscidində Qazi Qarabağ azanı verilib PDF Çap Email
Yazıldı
26.02.13 15:05

Fevralın 22-dən start götürən “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyası çərçivəsində bu gün Bakı və Sumqayıt şəhərləri üzrə 20-dən çox, ölkənin digər regionları üzrə isə 50-dən artıq dini icma bu kampaniyaya qoşulub və hər icmanın məscidində Qazi Qarabağ azanı verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, proses hazırda da davam edir.

Qeyd edək ki, kampaniya çərçivəsində fevralın 22-də Ağdamın Çəmənli kəndində, cəbhənin 2 kilometrliyində yerləşən “Cümşüd” məscidində sözügedən azan səsləndirilib. Həmin tədbirdə Dini Komitənin sədri Elşad İskəndərov tərəfindən irəli sürülən təşəbbüs dini icmalar tərəfindən dəstəklənib. Belə ki, Dövlət Komitəsinin sədri Qazi Qarabağ azanının ən azı həftədə bir gün -  Cümə günləri ölkənin bütün məscidlərindən səsləndirilməsi təşəbbüsünü irəli sürüb. Bundan başqa Xocalı soyqırımı günü adıçəkilən azanın ölkə məscidləri ilə yanaşı dünyanın 30-dan çox ölkəsində keçiriləcək anım tədbirlərində, o cümlədən müsəlman ölkələri olan Türkiyə, İran, Pakistanda da səsləndirilməsi təşəbbüsü irəli sürülüb və xarici müsəlman ölkələrin səfirliklərinin nümayəndələri tərəfindən dəstəklənib.

 

Qazi Qarabağ azanı işğaldan əvvəl Ağdam və Şuşa “Cümə” məscidlərindən səsləndirilən son azandır. Azan Qarabağın məşhur simalarından olan Hacı Hafiz Sədrzadə tərəfindən səsləndirilib və lentə köçürülüb. 20 ildən sonra dini icmaların irəli sürdüyü təşəbbüslə qeyd olunan azanın cəbhə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənib. “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyasının əsas məqsədi ölkədə fəaliyyət göstərən dini icmalarda, o cümlədən ictimaiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır. Xatırladaq ki, “Qarabağa doğru – Haqqın və haqqımızın səsi ilə” kampaniyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Xocalıya Ədalət Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İB-nin dəstəyi ilə həyata keçirilir. /Apa/

 

 

Dostxeber.com



Read more

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak ediblər PDF Çap Email
Yazıldı
26.02.13 13:46

Fevralın 26-da Prezident İlham Əliyev Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak edib.

Faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyeva abidənin önünə gül dəstələri qoydular.

Sonra Prezident İlham Əliyevə abidənin ucaldığı parkda aparılmış yenidənqurma işləri haqqında məlumat verildi.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 26.02.13 15:05 )

Röyaya görə arvadından boşanır PDF Çap Email
Yazıldı
26.02.13 02:12
Buna səbəb Röya ilə çəkilən şəkil olub

Hazırda Türkiyədə yaşayan azərbaycanlı şair və iş adamı Azad İsayev uzun müddətdir maliyyə böhranıyla üz-üzə qalıb. Bu barədə “Qafqazinfo”ya Azad İsayev özü məlumat verib. O, bildirib ki, böhran zamanı bir çox insanlar ondan üz döndərib. Üz döndərənlər arasında həyat yoldaşı Leyla İsayeva da var.

O, həyat yoldaşının ondan ayrılmasına səbəb kimi müğənni Röya Ayxanla çəkdirdiyi şəklin Azərbaycan KİV-də yayılması olduğunu bildirib. İş adamının sözlərinə görə, həyat yoldaşının maddiyyat və bir şəkil üçün bu cür addım atması ona olan inamını və etibarlığını kölgədə qoyub:

“Həyat yoldaşım son məqamda qızım Mədinəni götürərək bir aya yanıma -İstanbula qayıdacağını dedi. Mən də onun sözlərinə inanırdım. Hazırda qızımla əlaqə saxlamaq üçün heç bir şərait yaradılmır. O, İstanbuldan Bakıya qayıdandan sonra “mən daha ora-sənin yanına qayıtmıram” fikrini söylədi və qızımla əlaqəni tamamilə kəsdi”.

A.İsayev onu da qeyd edib ki, həyat yoldaşının ailəsi də ona qarşı aqressiv mövqe tutub. Amma A.İsayev bütün bunlara baxmayaraq, qızı Mədinəylə əlaqə saxlamaqda israrlıdır:

“Bunun üçün son olaraq mən pis günümdə yanımda həyat yoldaşımı görmək istərdim. Təəssüf ki, onun mənə qarşı soyuq münasibəti boşanma ilə yekunlaşa bilər. Artıq bu qərara gəlmişəm ki, onunla yollarımızı tamamilə ayırım. Ümid edirəm ki, məhkəmə mənə qızım ilə görüşmək üçün həyat yoldaşımın valideyinlərindən fərqli olaraq, daha əlverişli şərait yarada bilər”.

İş adamı sonda maraqlı fikriylə müsahibəni yekunlaşdırdı: “Allah məni qızımsiz qoyanlara lənət eləsin”.

Qeyd edək ki, A.İsayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.


Read more

Azərbaycan prezidenti Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb PDF Çap Email
Yazıldı
26.02.13 01:49
Azərbaycan prezidenti İlham Əliyev Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Dostxeber.com-un məlumatına görə, sərəncamda deyilir ki, 2013-cü ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyi tamam olur.

 

Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvi şəkildə birləşdirməklə xalqımızın tarixi nailiyyəti kimi meydana çıxmış Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Xarici İşlər Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

 

 

Read more

XX əsrin faciəsi: Xocalı soyqırımından iyirmi bir il ötür-VİDEO PDF Çap Email
Yazıldı
26.02.13 01:32

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan var idi. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildi. Hücumda, həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib ("Xocalının işğalına dair istintaq materiallarından").

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirildi. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib.
Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirildi. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovuldu, bununla da Ermənistan monoetnik dövlətə çevrildi. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqların "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 məshəti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər ediblər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxartmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

Xatırladaq ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan 100 min səs toplanıb.

 

{youtubejw}https://www.youtube.com/watch?v=6PCo3g9gOSw{/youtubejw}

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 26.02.13 01:45 )


Bazar ertəsi 25 Fevral 2013

"Dəyirman" qrupu və Toni Blackman "Justice for Khojaly" VİDEO PDF Çap Email
Yazıldı
25.02.13 17:11

 

Dostxeber.com "Dəyirman" qrupunun və Toni Blackmanın ifasında Xocalı faciəsinə həsr olunmuş klipi təqdim edir.

{youtube}7qWYj-dP3mI{/youtube}


 

Read more

Ərdoğan: Türkiyə Suriyada muxtariyyət yaradılmasına yol verməyəcək PDF Çap Email
Yazıldı
25.02.13 16:55

Türkiyə Suriyada İraqın şimalındakı kürd muxtariyyəti tipli muxtariyyətin yaradılmasına yol verməyəcək. Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə və regionun başqa ölkələri Suriyanın birliyinə ziyan vura biləcək hansısa birliyin yaradılmasına yol verməyəcək.

Ərdoğan, habelə İranı Suriya böhranı məsələsində fəaliyyətsizlikdə günahlandırıb və Tehranın Suriyada on minlərlə müsəlmanın ölümü qarşısında susmasının qəbuledilməz olduğunu bildirib.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 25.02.13 17:11 )

Əli Həsənov: "Şərqdə ilk demokratik respublika olmağımızla fəxr edirik" PDF Çap Email
Yazıldı
25.02.13 16:46
“Azərbaycanın harada yerləşdiyini bilmirdilər”

Azərbaycanın doqquz milyon əhaliyə malik və Avstriya ölçüsündə kiçik bir ölkə olmasına baxmayaraq, o, bir çox nadir mədəni və tarixi xüsusiyyətlərə malikdir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Amerikanın "Huffington Post" qəzetinə müsahibəsində bildirib.

"Azərbaycan daim sivilizasiyaların qovuşduğu, Şərqin Qərblə, xristianlığın islamla görüşdüyü yer, tarixi İpək Yolunun bir hissəsi, eləcə də Avropanın bir parçası olub", - Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan xristianlığın, islamın və yəhudiliyin dinc yanaşı yaşadığı çox az ölkələrdən biridir.

"Biz tolerant və qonaqpərvər xalq olmağımızla fəxr edirik. Bu yaxınlaradək dünyada Azərbaycanın harada yerləşdiyini bilmirdilər. Amma indi hamı Azərbaycanı və onun paytaxtı Bakını tanıyır. Bu, Avropanın əsas mahnı müsabiqəsi olan "Eurovision-2012" müsabiqəsindən sonra aydın oldu", - o bildirib.

Həsənovun sözlərinə görə, Azərbaycan qədimliyin müasirliklə birgə mövcud olduğu bir ölkəyə səfər etmək istəyənlərin hamısını salamlayır.

"Biz 1918-ci ildə qadınlara ilk dəfə seçki hüququ verən, qadınlar üçün məktəblərin və opera teatrının açıldığı ölkə, Şərqdə ilk demokratik respublika olmağımızla fəxr edirik", - Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələr şöbəsinin müdiri bildirib.

Dostxeber.com
Read more
axırıncı dəyişikliklər ( 25.02.13 16:49 )

Saakaşvili Bakıya gəlir - Yenilənib PDF Çap Email
Yazıldı
25.02.13 16:38
Səfər iki gün sonra baş tutacaq

Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfərə gəlir.

“Qafqazinfo”nun “Novosti Qruziya” saytına istinadən verdiyi xəbərə görə, bu barədə prezident bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, səfər iki gün sonra baş tutacaq və nümayəndə heyətinin tərkibinə şəhər meri də daxildir.

Qeyd edək ki, Tbilisi şəhər meri Qiqi Uqulava özgə əmlakını mənimsəmək və çirkli pulların yuyulmasında ittiham olunur. Prokurorluq merdən bir milyon lari (təxminən 600 min dollar) dəyərində girov tələb etmək , həmçinin istintaq davam edən müddətdə Uqulavanın şəhər meri kimi fəaliyyətini dayandırmaq niyyətindədir. Prokurorluq, həmçinin Uqulavanın istintaq müddətində ölkəni tərk etməsinə qadağa qoyulmasını da tələb edib.

Saakaşvili isə bu ittihamları hazırki hökumətin fantaziyasının məhsulu hesab edib. Merin ölkəni tərk etməsinə qadağa qoyulmasına münasibət bildirərək deyib ki, iki gün sonra Azərbaycana ediləcək səfərdə Uqulava da nümayəndə heyətinin tərkibində olacaq.


Read more
axırıncı dəyişikliklər ( 25.02.13 16:46 )

Qvardiola haqda sensasiyalı xəbər yayıldı PDF Çap Email
Yazıldı
25.02.13 16:23

“Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiola ilə bağlı növbəti sensasiyalı xəbər yayılıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, Pep Kataloniya komandasında işlədiyi vaxtda Jerard Pike də daxil olmaqla, komandanın bir neçə oyunçusunun şəxsi həyatını  nəzarətdə saxlayıb. Bununla əlaqədar ona  “Barselona”nın mühafizə xidmətinin sabiq rəhbəri Xavyer Martorelya köməklik göstərib. Konkret olaraq, Martprelya “Metodo 3” adlı detektiv agentliyini əməkdaşlıq edib. Bu əməkdaşlığa uyğun olaraq, agentliyin işçiləri “Barselona”lı futbolçuları daim nəzarətdə saxlayıblar.

Qvardionıın bu addımı futbolçularının idmançı rejimini pozmaması üçün atdığı bildirilir. Bildirilir ki, futbolçularının nəzarətdə olduğu vaxtda Qvardiola oyunçularının həqiqətən də evdə olub-olmadıqlarını yoxlamaq üçün qəflətən onların evlərinə zəng vura bilərmiş. Məşqçinin istəyi bu imiş ki, futbolçular gecələr məhz evlərində yatsınlar. Çünki kənarda gecələmək onların oyunlarına mənfi təsir göstərə bilərmiş.

Pikeyə gəlincə, Qvaridola bu futbolçunun kolumbiyalı müğənni Şakira ilə sevgi münasibətləri yarandıqdan sonra oyunçusuna xüsusi nəzarət edirmiş. İş hətta o yerə çatıb ki, bir gün Pikenin agenti kluba müraciət edərək futbolçunun naməlum şəxslər tərəfindən izlənildiyini deyib. Futbolçu özü də bu haqda Qvardiolaya məlumat verib.

Read more
axırıncı dəyişikliklər ( 25.02.13 16:36 )

Ziyafət Əsgərov: “Qanunvericiliyimizdə tütünün reklamı qadağadır" PDF Çap Email
Yazıldı
25.02.13 16:13
Vitse-spikerdən telekanallara xəbərdarlıq

Bu gün Milli Məclisdə "Reklam haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Dəyişikliyə əsasən, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Özəl tibbi fəaliyyətinin reklamının məhdudlaşdırılmasını dəstəkləyən vitse-spiker Ziyafət Əsgərov bildirib ki, son zamanlar Azərbaycan teleseriallarında siqaret çəkilməsi görüntüləri var: “Qanunvericiliyimizdə tütünün reklamı qadağadır. Ancaq teleseriallarımızda tütün reklam olunur. Reklam o demək deyil ki, təkcə ayrıca çarx çəkilsin. Telekanallar serial çəkərkən bu məsələni nəzərə almalıdır”.


Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.



Read more
axırıncı dəyişikliklər ( 25.02.13 16:22 )

Telekanallara seriallar üçün növbəti pullar ayrılacaq PDF Çap Email
Yazıldı
25.02.13 15:53

“Azərbaycan müstəqil dövlətdir. Ölkə ərazisində istehsal olunan məhsullar standartlara cavab verməlidir”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli dekoder standartının müəyyən edilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, bu ilin sonuna qədər Azərbaycanda rəqəmsal yayıma keçid tam başa çatacaq, analoq yayım dayandırılacaq, ona görə də bu işlərin başa çatması arzuolunandır.

N.Məhərrəmli həmçinin vurğulayıb ki, milli teleserialların çəkilməsi üçün yaxın aylarda növbəti vəsaitin ayrılması gözlənilir. Amma o, dəqiq vaxtı deməyib.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 25.02.13 16:10 )

QMİ-nin nümayəndəsi: “Son vaxtlar cənub bölgəsində Azərbaycanı qarışdırmağı planlaşdıran dini qruplar yaranıb” PDF Çap Email
Yazıldı
25.02.13 15:42
“Bu qruplar son vaxtlar Lənkəran mərkəz olmaqla, qonşu kəndlərdə, qəsəbələrdə daha da fəallaşıb”

“İsa Qəmbərin cənub bölgəsinə səfərinə qarşı mənim tərəfimdən hansısa sui-qəsd planının hazırlanması barədə məlumatlar tamamilə cəfəngiyatdır, mənə qarşı xüsusi təxribatdır. Mənim İsa Qəmbərin bölgəyə səfəri ilə heç bir əlaqəm yoxdur”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycanın cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə (Sədi) deyib.

 

Sui-qəsd anlayışının İslamda haram olduğunu bildirən Q. Axunzadə siyasi məsələlərə qarışmadığını bildirib: “20 ildir, ictimaiyyətdə söz sahibiyəm və heç vaxt da sözümü aşkar deməkdən çəkinməmişəm. Mən elə bir adam deyiləm ki, hansısa hərəkəti törədim və arxasından qaçım. İsa Qəmbərə nəsə demək, nəsə eləmək lazım olsaydı, çəkinmədən, aşkarda bunu edərdim. Bunu eləməyə savadım da, həyat təcrübəm də çatır”.

 

QMİ nümayəndəsi bildirib ki, onun adının belə məsələlərdə hallanması son vaxtlar bölgədə meydana çıxmış, xarici dövlətin sifarişi ilə fəaliyyət göstərən, ölkəni qarışdırmağı planlaşdıran dindarlar tərəfindən ortaya atılıb: “Bu qruplar son vaxtlar Lənkəran mərkəz olmaqla, qonşu kəndlərdə, qəsəbələrdə daha da fəallaşıb. Onlar son vaxtlar hansısa hadisə baş verən kimi məscidlərə toplaşır, müzakirələr aparırlar. Bu dindarlar özü də sabit məscidlərə yox, ajiotajlı məscidlərdə toplaşırlar. Adətən də, azyaşlı gənclərdən istifadə edirlər. Təəssüf ki, həmin gənclər də həqiqəti başa düşməyib siyasi oyunbazların, xarici kəşfiyyatın dəyirman daşına çevriliblər”.

 

Q. Axundzadə bildirib ki, bu qruplar sosial şəbəkələrdə çağırışlar, qəsəbə və kəndlərdə divarlara elanlar yapışdırmaq və digər vasitələrlə ətraflarına adamlar toplayırlar.

 

QMi nümayəndəsinin sözlərinə görə, son olaylarda da onun adını QMİ nümayəndəsi, iqtidar nümayəndəsi kimi mənfi obrazda hallandırmaqla, həmin qruplar Azərbaycan müxalifətini də öz tərəfinə çəkmək istəyir: “Onlar mənim dövlətə, dövlətçiliyə sədaqətimdən istifadə edərək təxribat yaratmaq istəyirlər. Amma mən həmişə dövlətə sədaqətli olmaqla yanaşı, heç vaxt müxalifətin işinə də qarışmamışam. Ümumiyyətlə, bu dindarlar mənim dövlətçilik mövqeyimdən istifadə edərək, adımı hallandırmaqla, müxalif düşərgəyə təsir etmək istəyirlər ki, onlar da həmin dindarların tərəfinə keçsinlər”.

 

“Cənub bölgəsində xarici ölkəyə xidmət edən müxalif dindarların fəallaşmasında İran tərəfinin təsiri ola bilərmi” sualına isə Q. Axundzadə cavab vermək istəməyib. /Apa/

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 25.02.13 15:51 )

Suriya hakimiyyəti müxalifətlə danışıqlara hazırdır PDF Çap Email
Yazıldı
25.02.13 15:31

Suriya hakimiyyəti silahlı müxalifətlə danışıqlara hazırdır. Trend-in bazar ertəsi "əl-Ərəbiyyə" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın xarici işlər naziri Vəlid Muallim Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

Lavrov, öz növbəsində, qeyd edib ki, Rusiyanın Suriya ilə bağlı mövqeyi hər hansı insanlara dəstək verilməsinə əsaslanmır, Suriyanın taleyinə görə narahatlığa söykənir.

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 25.02.13 15:41 )

Azərbaycan prezidenti İran Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib PDF Çap Email
Yazıldı
25.02.13 02:23
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dostxeber.com-un xəbərinə görə, dövlət başçısı iki ölkə və xalq arasında mövcud olan tarixi, mədəni, dini əlaqələrin uğurla inkişaf etdirilməsindən məmnunluğunu ifadə edib.

 

Prezident təhlükəsizlik sahəsində də əməkdaşlığın inkişafının xüsusi əhəmiyyət daşıdığını, bu sahədə vaxtaşırı məsləhətləşmələr aparmağın zəruriliyini vurğulayıb.

Öz növbəsində S. Cəlili Azərbaycanın onun üçün həmişə dost ölkə olduğunu, münasibətlərin inkişafında hər iki ölkənin rəsmilərinin həmişə yüksək siyasi iradə nümayiş etdirdiklərini bildirib. İranlı qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu da qeyd edib.

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.




Read more


Bazar 24 Fevral 2013

Qarabağda oxunan son azan - VİDEO PDF Çap Email
Yazıldı
24.02.13 01:53

 

{youtube width="500"}QEjdJo0MSpY#!{/youtube}

 

 

Read more
axırıncı dəyişikliklər ( 24.02.13 01:59 )

Bakıda baş vermiş ağır qəzada üç nəfər yaralanıb PDF Çap Email
Yazıldı
24.02.13 01:14

Bakı şəhərində "" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər yaralanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonunda yol-nəqliyyat qəzası olması haqqında məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb. Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 nəfər yaralanı çıxardaraq aidiyyəti üzrə təhvil verib.

 

 

 

Read more


Şənbə 23 Fevral 2013

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sloveniyaya səfər edəcək PDF Çap Email
Yazıldı
23.02.13 17:02
Apa-nın Sloveniyanın STA agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 25-də Lyublyanada K. Heydərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Sloveniyanın baş naziri Janez Jansa tərəfindən qəbul olunacaq. Danışıqlarda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.




Read more
axırıncı dəyişikliklər ( 23.02.13 17:08 )

Gəncə sakinindən 4 kiloqramdan çox narkotik vasitə götürüldü PDF Çap Email
Yazıldı
23.02.13 16:50
Gəncə sakinindən 4 kiloqramdan çox narkotik vasitə götürülüb.
APA-nın verdiyi məlumata görə, polis  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Əliyevdən 9,31 qram, evinə baxış zamanı isə 4 kiloqram 205 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.






Read more
axırıncı dəyişikliklər ( 23.02.13 16:54 )

Mixail Saakaşvili: “Cavaxetiyada vəziyyət gərginləşə bilər” PDF Çap Email
Yazıldı
23.02.13 16:37
“Yeni hökumət Gürcüstanı Rusiyadan asılı vəziyyətə salır, bu, çox təhlükəlidir”

“Yeni hökumətin siyasəti Kremlin əlinə Gürcüstana təsir göstərmək üçün vasitələr verir”. APA-nın xəbərinə görə, bunu Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə İctimai Televiziyasının birinci kanalına müsahibəsində deyib. Belə təsir vasitələrindən biri kimi o, etnik ermənilərin çoxluqda olduğu Cavaxetiya zonasında vəziyyətin gərginləşməsi ehtimalını göstərib.
M. Saakaşvili bildirib ki, Rusiyaya verilən təsir vasitələrindən biri Gürcüstanda inşa olunan hidroelektrik stansiyaların tikintisinin dayandırılmasıdır: “Yeni hökumət Gürcüstanın Rusiyadan enerji asılılığına düşməsinə şərait yaradır”.
İkinci təsir vasitəsi ticarətlə əlaqədardır. Dövlət başçısı hesab edir ki, Rusiya bazarının prioritet kimi seçilməsi Gürcüstan üçün təhlükəlidir, belə ki, bu, günün birində Rusiyaya Gürcüstan iqtisadiyyatını dağıtmaq şansı verir.
Üçüncü təsir vasitəsi isə Abxaziyadan keçən dəmir yolunun bərpasıdır. M. Saakaşvili qeyd edib ki, bu haqda hələ söhbət getsə də, artıq yolun bərpası üçün çalışmalar başlayıb.
Saakaşvilini qorxudan dördüncü təsir vasitəsi Cavaxetiyadır. Prezident hesab edir ki, bu bölgədə vəziyyət gərginləşə bilər: “Əgər daha əvvəl Abxaziya və Cənubi Osetiya girov idisə, indi Cavaxetiya girova çevrilib. Sən Rusiyaya elektrik enerjimizi kəsmək, iqtisadiyyatımızı dağıtmaq, regiona soxulub Avropaya yolumuzu bağlamaq imkanı verirsənsə, bu halda Gürcüstan əyalət diktaturasının hökm sürdüyü ölkəyə çevrilə bilər. Gürcüstanda demokratiya, plüralizm, azad KİV, azad məhkəmə qalmasa, ölkəmiz Avropaya can ata bilməz və bir istiqaməti qalar – Rusiya...”
M. Saakaşvili öz səlahiyyətindən istifadə edərək İvanişvili hökumətini istefaya göndərmək istəmədiyin bir daha bəyan edib: “Məgər mən o qədər təcrübəsizəm ki, bu adamları qəhrəmana çevirim? Sonra desinlər ki, biz xalq üçün nələrsə etmək istəyirdik, amma Saakaşvili imkan vermədi...”

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 23.02.13 16:42 )

Gülər Əhmədova Namaz qılıb-Quran oxuyur... PDF Çap Email
Yazıldı
23.02.13 16:13
Gülər Əhmədovanın vəkili Eldar Qədimi sabiq deputatın səhhətinin günü-gündən pisləşdiyini deyib.
“Artıq onda zob xəstəliyi yaranıb. Bundan başqa, dalağında da genişlənmə var. Bunun səbəbi narahatlıq və əsəbdir. İndi Gülər xanıma "sançast"da baxırlar. Bu xəstəliklərin heç birini biz özümüzdən demirik. Məsələn, zobu həkimlər onun boğazında tapdılar. Digər diaqnozları da həmçinin. Ona müalicə lazımdır" deyən vəkilin sözlərinə görə onların əsas məqsədi G.Əhmədovanın ev dustaqlığına nail olmaqdır: “Hər halda həkimlər baxıb qərarını verəcək. Müalicəsi fayda verməsə, "sançast"da qalmalıdır".

Qafqazinfo.az Yeni Müsavat-a istinadən xəbər verir ki, vəkildən “Gülər Əhmədova sizdən Quran istəyibmi?” sualına vəkil sabiq deputatın özündə Quran olduğunu, bundan başqa, onun təcridxanada namaz da qıldığını deyib.


Dostxeber.com

Read more
axırıncı dəyişikliklər ( 23.02.13 16:18 )

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyi təqdirdə, Ermənistana regional layihəyə qoşulmağı təklif edib - qəzet PDF Çap Email
Yazıldı
23.02.13 16:00

Türkiyənin "Hürriyet Daily News" nəşri iddia edir ki, Ankara Dağlıq Qarabağ münaqişəsində irəliləyiş olacağı təqdirdə, Yerevana regional layihədə iştirak etməyi təklif edib, həmçinin bu təklifi ATƏT-in Minsk qrupuna təqdim edib.

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret irəliləyiş olacağı təqdirdə, Avropa ilə Asiyanı birləşdirən özünün regional nəqliyyat layihəsində iştirak etməyi təklif edir.

Qəzet diplomatik mənbələrə istinadən yazır ki, Ankara ATƏT-in Minsk qrupunun fəaliyyət göstərməsinə çalışır.

"Biz 2012-ci ilin noyabrında nəqliyyat dəhlizlərinin təyin edilməsi üzrə kompleks layihəni Minsk qrupuna təqdim etdik. Bu layihə dinc şəraitdə, xüsusilə, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətrafında yeddi rayonun azad edilməsi məsələsində irəliyə addım atmasından sonra həyata keçirilməlidir. Biz Türkiyə və Ermənistan, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin tam normallaşdırılmasını təklif edirik", - Türkiyənin diplomatik mənbələri qəzetə bildiriblər.

Qəzetin məlumatına görə, Türkiyə layihəsini 2012-ci ilin noyabr ayında Vyana görüşündə Minsk qrupuna təqdim edib.

"Minsk qrupunun bütün ölkələri layihəyə müsbət reaksiya veriblər. Biz onlara izah etdik ki, bu layihə bütün tərəflərin marağında olan sülhün perspektivinə istiqamətlənib", - qəzetin mənbələri qeyd edirlər.

Nəşrin məlumatına görə, təklif edilən layihə iki mərhələdən ibarət olub: istifadə edilməyən dəmiryollarının bərpası və yenilərinin tikilməsi vasitəsilə Türkiyə, Ermənistan, Azərbaycan və Rusiya arasında əlaqələrin qurulması.

"Bakı-Tbilisi-Qars dəmiryol layihəsi cari ilin sonunda başa çatmalıdır, Türkiyə-Ermənistan dəmiryolu isə kiçik həcmli yenidənqurma işlərindən sonra yenidən açıla bilər", - nəşr yazır.

Qəzet yazır ki, layihənin ikinci mərhələsi region ölkələri ilə Avropa və Asiya arasında əlaqələrin qurulmasını nəzərdə tutur.

"London və Pekin arasında nəqliyyat xətti "Mərmərə" və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrinin tamamlanmasından sonra tezliklə mümkün olacaq, eyni zamanda, regionda siyasi vəziyyətin normallaşması Ermənistana bu artan strateji layihələrə qoşulmağa imkan verəcək", - qəzet yazır ki, bu barədə layihəyə yaxın mənbələr iddia edirlər.

Nəşrin mənbələrinin sözlərinə görə, Türkiyə təklif edilən layihənin məzmunu barədə rəsmi Bakını məlumatlandırıb. "Biz aydın şəkildə izah etdik ki, bu layihə yalnız Ermənistanın sülh prosesində irəliyə addım atacağı təqdirdə həyata keçirilə bilər", - qəzet yazır ki, bunu Azərbaycan mənbələri qeyd ediblər.

Nəşrin məlumatına görə, Ermənistan bu layihəyə hələlik soyuq yanaşıb və ATƏT-in Minsk qrupu vasitəsilə rəsmi mövqeyini açıqlamayıb.

 

Dostxeber.com

 

 

Read more
axırıncı dəyişikliklər ( 23.02.13 16:06 )

Azad Rəhimov: Bakıda I Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində yoxlamalar aparılır PDF Çap Email
Yazıldı
23.02.13 15:54

Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarına hərtərəfli hazırlıq gedir. Bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 1970-80-ci illərdə tikilmiş idman qurğularının vəziyyəti öyrənilir. Bu qurğuların hansı səviyyədə təmir, yenidənqurma və əlavə işlərin aparılmasına ehtiyac olduğu müəyyənləşdirilir. Artıq müəyyən çatışmazlıqlar da qeydə alınıb.

"Yoxlamaların nəticələrinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin məşq zalları təmir edilməlidir. Atıcılıq stendində yeni stend tikilməlidir. Tüfəng və tapança tiri üçün zal tikmək lazımdır. Bakı İdman Sarayında işlər aparılmalıdır. Orada sanitar qovşağı qaydaya salınmalı, əlavə oturacaqlar qoyulmalıdır. Sarayda 4 idman növü üzrə - taekvondo, karate, badminton və stolüstü tennis yarışlarının keçirilməsi nəzərdə tutulub. Həmçinin tribunalar, restoran və kafelər tikilməlidir", - Rəhimov deyib.

Nazir qeyd edib ki, işlər o qədər də böyük olmasa da, yüksək peşəkarlıq tələb edir.

Rəhimov bildirib ki, Su-Hovuz Kompleksi, Olimpiya Futbol Stadionu və Gimnastika Kompleksinin tikintisi davam etdirilir. Onun fikrincə, bu qurğular tam yüksək səviyyəli, bütün standartlara cavab verən obyektlər olacaq.

Gənclər və idman nazirinin sözlərinə görə, hələlik Bakıda "Olimpiya kəndi"nin tikilməsi nəzərdə tutulmayıb.

Nazirin sözlərinə görə, hələ ki görüləcək işlər üçün tələb olunan xərcləri hesablamaq qeyri-mümkündür.

"Bunun üçün smeta tutulmalıdır, qiymətqoyma keçirilməlidir. Bu, nə bir günün, nə də bir ayın məsələsidir. Avropa Olimpiya Komitəsinin də xahişidir ki, artıq pullar xərclənməsin. Yəni burada iri obyektlər tikilib sonra boş qalmasın və dövlətin puluna hərtərəfli qənaət olunsun", - Rəhimov vurğulayıb.

 

 

 

 

Read more

ARDNŞ Gürcüstanda zavod tikəcək PDF Çap Email
Yazıldı
23.02.13 01:29

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Potidə kimyəvi maddələr istehsal edən zavod tikəcək”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili fevralın 22-də diplomatik korpusla görüş tədbirindən sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, zavodun tikilməsi detalları dəqiqləşdirilir.

 

“Gübrə zavodu dövlətin iştirakı ilə inşa edilir. Yeni zavod kimyəvi maddələr istehsalına başladıqdan sonra, Rustavidə istehsal olunan müxtəlif növlü gübrələr kimi məhsullarımız olacaq. Lakin deyə bilmərəm ki, zavodun tikintisi hökumət proqramı idi. Yeni zavodun tikintisi məsələsinə biz də qoşulduq və bu barədə danışıqlar apardıq. Layihədə müəyyən dəyişikliklər etdik və zavodun tikintisi həyata keçiriləcək”- deyə, İvanişvili bildirib.

 

Read more
axırıncı dəyişikliklər ( 23.02.13 01:35 )

Əliağa Vahid-Yaradıcılığı PDF Çap Email
Yazıldı
23.02.13 00:56


İÇRƏ

 

Hər kim mənə tən eyləsə meyxanələr içrə,
Qan olsun onun badəsi peymanələr içrə.

Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.

Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şəninə biganələr içrə.

Cəhd eylə o kəslərlə çalış, badəni qaldır
İnsan kimi zövq artıra məstanələr içrə.

Pərvanə əgər şəmə yanır atəşi qəmlə
Mən də yanıram hər gecə pərvanələr içrə.

Bir zülfü siyah dilbərə çoxdandır əsirəm,
Məhşuram o gündən bəri divanələr içrə.

Vahid biləcək qədrini sərraf əgər olsa,
Saxlar bu gözəl şerini dürdanələr içrə.

 

Gözəldir


Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün – elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.

 

Tələsmə


Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə tələsmə.

Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə tələsmə.

Zahid çalışır yıxmağa meyxanə binasın,
Məscid qalacaq, əksinə, viranə, tələsmə .

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbətdə gülüstanə tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.

Vahid içəcəksən demə ki tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə tələsmə.


Bəs nə deyim?


Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?

 

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 23.02.13 01:01 )

Kriştianu Ronaldu: "Karyeramı başa vurduqdan sonra..." PDF Çap Email
Yazıldı
23.02.13 00:31
“Real” klubunun hücumçusu Kriştianu Ronaldu ünvanına olan tənqidlərə cavab verib və gələcək haqda olan planlarından danşıb:

“Tənqid bizim karyeramızın bir hissəsidir, düzü, bunlar məni heç narahat etmir.
Gələcək planlarımdan danışarkən demək istərdim ki, mənim arzum budur ki, karyeramı bitirəndən sonra dünya futbolunda qalım. Amma mən hal-hazırda oyun haqda fikirləşirəm. Gələcəkdə nə olacağını zaman göstərəcək”. /Milli.az/


Read more
axırıncı dəyişikliklər ( 23.02.13 00:56 )

Əli Həsənov: "Güman edirik ki, ABŞ Prezidenti Xocalı soyqırımı ilə bağlı məsələyə münasibət bildirəcək" PDF Çap Email
Yazıldı
23.02.13 00:24
"Güman edirik ki, ABŞ Prezidenti Barak Obama Xocalı soyqırımı, bütövlükdə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələyə münasibət bildirəcək". Trend-in məlumatına görə, bunu jurnalistlərə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan səsin yığılmasına münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Hər halda bu məsələlərə münasibətin səsləndirilməsi və xalqın, insanların bu istəklərinin reallaşdırılması normal prosedur qaydasıdır. Düşünürük ki, bu prosedur qaydasına müvafiq olaraq, Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən Ağ Evə və sayta ünvanlanmış bu tələblər nəzərə alınacaq. Həm Xocalı soyqırımına, həm də bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bir az da diqqət artırılacaq, normal qiymət veriləcək", - PA rəsmisi bildirib.

Qeyd edək ki, Xocalı qətliamının tanınması və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan səs toplanıb.



Read more
axırıncı dəyişikliklər ( 23.02.13 00:28 )

Avropa Birliyi ölkələrində 120 milyon yoxsul var PDF Çap Email
Yazıldı
23.02.13 00:11

Strasburqda Avropa Komissiyasının dəstəyi ilə Avropa Şurasının Avropada yoxsulluğa qarşı mübarizəyə dair “İnsan hüquqları cəmiyyətlərində yoxsulluq və qeyri-bərabərlik; demokratik ölkələrdə paradoks” adlı iki günlük beynəlxalq konfransı keçirilir.

Apa-nın Strasburq müxbirinin məlumatına görə, dünyanın 55 ölkəsindən gəlmiş 500-ə yaxın ekspertlərin iştirakı ilə keçirilən toplantıda tədbir iştirakçıları Avropada qorxulu həddə çatan yoxsulluğun hazırkı vəziyyətini, onunla mübarizə yollarını və bu istiqamətdə növbəti atılacaq addımları müzakirə edirlər.

Konfransı Avropa Şurası təşkil etsə də, tədbir əsasən Avropa Birliyi ölkələrində artan yoxsulluq problemlərinə yönəlib. AB ölkələrində 120 milyon yoxsul olduğu bildirilir.

 

 

 

Read more


Cümə 22 Fevral 2013

Suriya müxalifəti baş nazir seçməyi planlaşdırıb PDF Çap Email
Yazıldı
22.02.13 23:59

Suriya Milli Şurasının təmsilçiləri müxalifətin nəzarəti altında olan ərazinin idarə olunması üçün baş nazir və müvəqqəti hökuməti təyin edəcək.

 

Lent.az-ın məlumatına görə, bundan ötrü onlar bu il martın 2-də İstanbulda xüsusi görüş keçirməyi planlaşdırıb.

 

Sözügedən qərarı onlar Qahirədə keçirdikləri ikigünlük müzakirədə qəbul edib.

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 23.02.13 01:27 )

Son üç gündə cəbhədə Ermənistan Ordusunun 4 hərbçisi zərərsizləşdirilib PDF Çap Email
Yazıldı
22.02.13 23:55
Son üç gün ərzində cəbhə xəttində diversiya xarakterli fəaliyyətlərə cəhd göstərən Ermənistan Ordusunun 4 əsgəri zərərsizləşdirilib.

Bu barədə hərbi mənbələrdən məlumat verilib.

Artıq Ermənistan tərəfi üzərindən bir gün keçdikdən sonra hadisələrdən ikisini təsdiq edib. Ermənistan Müdafiə Nazirliyi fevralın 19-da Qarabağ cəbhəsinin şimal-şərqində atəşkəsin pozulması nəticəsində Qor Qazaryan adlı (21 yaşlı) əsgərin öldüyünü təsdiq edib. Bu gün isə eyni istiqamətdə Ermənistan Ordusunun daha bir - Karen Akopyan (19 yaşlı) adlı əsgərinin öldüyü açıqlanıb. Bu əsgərin fevralın 21-i səhər saatlarında öldürülməsinə baxmayaraq xəbər mətbuata bir gün sonra çıxıb./Apa/

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 22.02.13 23:59 )

Azərbaycan İrana 30-dan çox məhbus təhvil verib PDF Çap Email
Yazıldı
22.02.13 23:42

Azərbaycan 33 iranlı məhbusu cümə günü İrana təhvil verib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat verib.

Yaxın vaxtlarda İranda olan bir neçə azərbaycanlı məhbus da qaytarılacaq.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki qurumlarda 200 nəfərədək İran İslam Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxs və məhkum saxlanılır. Bu barədə Azərbaycan ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşündə bildirib.

Səfir Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.

 

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 22.02.13 23:53 )

Azərbaycan prezidenti İlham Əliyev Qax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. PDF Çap Email
Yazıldı
22.02.13 19:06
Dostxəbər-in məlumatına görə, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qax Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.





Read more

Əli Əsgər Sultaniyyə: “İranın nüvə fəaliyyətinin sülh məqsədli olmadığına dair heç bir sənəd yoxdur” PDF Çap Email
Yazıldı
22.02.13 18:24

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) də etiraf edir ki, İranın nüvə fəaliyyətinin sülh məqsədli olmadığına dair heç bir sənəd yoxdur”. Apa-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyyə agentliyin icraçı direktoru Yukiya Amano Tehranın nüvə proqramıyla bağlı yeni hesabatına münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, AEBA-nın hesabatı və İranın nüvə obyektləri üzərində 10 ildən çox nəzarəti nüvə fəaliyyətimizin tam sülh məqsədli olduğunu göstərir: “Y.Amano yeni hesabatında da bildirib ki, İranda uranın zənginləşdirilməsi AEBA müfəttişlərinin tam nəzarəti altında həyata keçirilir. Tehran agentlik və İran arasında müzakirələrin davam etdirilməsinin tərəfdarıdır. Həmçinin Y.Amano da bunun tərəfdarıdır. Lakin nüvə müzakirələrinin uğurla nəticələnməsi üçün danışıqlar siyasi qalmaqallardan uzaq, sakit bir atmosferdə aparılmalıdır”.

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 22.02.13 18:46 )

Aygün Kazımova və Röya Türkiyənin “Kral Müzik ödülləri”nə namizəddir PDF Çap Email
Yazıldı
22.02.13 18:04
Türkiyənin məşhur “Kral Müzik ödülləri”nə “Ən yaxşı qadın ifaçısı” və “Ən yaxşı sinql” nominasiyaları üzrə Azərbaycandan ilk dəfə Aygün Kazımova ilə Röya Ayxanın namizədliyi irəli sürülüb.
Dostxəbər-in məlumatına görə, Aygün Kazımova bildirib ki, ilin qadın müğənnisi və ən yaxşı sinql nominasiyaları siyahısında elə sevilib-seçilən Türkiyə müğənniləri var ki, onlarla yarışmaq asan olmayacaq: “Açığını deyim ki, ilk beşliyə düşəcəyimə inanmıram. Məsələyə real yanaşıram. Çox güclü rəqabət var və bunu özüm üçün problem də saymıram. Düşünürəm ki, etdiklərim Türkiyənin ən yaxşı qadın müğənnisi olmaq üçün azdır. Bunun özü bir il ərzində görülən işlərin nəticəsidir. Əlbəttə ki, bu ödül xəbəri səfərqabağı mənə böyük stimul oldu və bizə dəstək olan bütün həmvətənlərimizə təşəkkür edirəm”.


Read more
axırıncı dəyişikliklər ( 22.02.13 18:11 )

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək işğalçı rejimə verilən istənilən dəstəyi pisləyir PDF Çap Email
Yazıldı
22.02.13 17:22

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyə Prezidenti Abdullah Gülün Ermənistanda prezident seçkilərinin nəticələri tam açıqlanmamış Serj Sarkisyanı təbrik etməsinə münasibət bildirib.


"Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək, işğalçı ordu Azərbaycan torpaqlarını tərk etməyənədək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayanadək işğalçı rejimə verilən istənilən dəstəyi pisləyirik", Dostxəbər-in məlumatına görə, Əli Həsənov jurnalistlərə deyib.

PA rəsmisinin sözlərinə görə, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti istənilən dəstəyə həssas yanaşır.

"Bütün səviyyələrdə, istər parlamentlər səviyyəsində olsun, istər ictimaiyyət, istər mətbuat, istərsə də QHT-lər səviyyəsində olsun, Ermənistanla təmaslara, Emrənistanın işğalçı rejiminin hər hansı formada dəstəklənməsinə etiraz edirik. Bu, tək Azərbaycan haikimiyyətinin mövqeyi deyil, bütövlükdə Azərbaycan xalqının, o cümlədən Türkiyə ictimaiyyətinin tələbidir. Bilirsiniz ki, sərhədlərin açılması ərəfəsində həm Türkiyə, həm də Azərbaycan ictimaiyyəti öz hakimiyyətlərinə ciddi şəkildə təzyiqlər göstərdilər, işğalçı rejim işğala son qoymayana qədər, Azərbaycanın işğal altında olan torpaqlarını tam azad etməyənə qədər onunla sərhədlərin açılmasının, bu rejimə hər hansı formada dəstək verilməsinin, o cümlədən beynəlxalq aləmdə bu rejimin qol-qanad açmasının yolverilməzliyini birmənalı şəkildə bəyan etdilər", - Həsənov açıqlamasında bildirib.

PA rəsmisinin sözlərinə görə, əlbəttə, Ermənistanla təmas qurmağa istiqamətlənən istənilən tədbirə Azərbaycanda qısqanclıqla yanaşılır.

"Düşünürəm ki, buna bizim haqqımız var", - Əli Həsənov bildirib.


Read more
axırıncı dəyişikliklər ( 22.02.13 17:41 )

Səfir Abdullah Gülün erməni həmkarını təbrik etməsinə aydınlıq gətirib PDF Çap Email
Yazıldı
22.02.13 17:11
Türkiyənin Azərbaycancandakı səfiri İsmayıl Alpər Coşqun Türkiyə Prezidenti Abdullah Gülün Ermənistanda prezident seçkilərinin nəticələri tam açıqlanmamış Serj Sarkisyanı təbrik etməsinə aydınlıq gətirib.

"Dağlıq Qarabağ məsələsində beynəlxalq arenada Azərbaycanın yanında Türkiyədən daha fəal, daha qərarlı bir ölkə yoxdur. Bunu yaxşı xatırlamaq lazımdır. Təbrikə gəlincə, bu məsələdə heç bir hissə qapılmaq lazım deyil. Bu, sadəcə protokol bir qaydadır", - Dostxəbər-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Alper Coşqun deyib.

Səfirin sözlərinə görə, Dağlıq Qarabağ məsələsində bütün dünyada Azərbaycanın yanında bir tək ölkə var, o da Türkiyədir.


Read more

Nuşirəvan Məhərrəmli: Bəzən küçə danışıq tərzini efirə gətirirlər PDF Çap Email
Yazıldı
22.02.13 16:57

Özəl telekanallarda daha çox şou xarakterli verilişlərdə Azərbaycan ədəbi dilinin tətbiqi ilə bağlı ciddi problemlər var. Bu barədə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, hazırda internet televiziya və radioların fəaliyyətinin tənzimlənməsi üçün ümumiyyətlə hər hansı mexanizm yoxdur və onlar lisenziyalaşdırılmadan fəaliyyət göstərir. Lakin, onun fikrincə, əgər efir, kabel, peyk televiziyalarının fəaliyyəti qanunla tənzimlənirsə, internet televiziyalarının və radioların da fəaliyyəti qanunla tənzimlənməlidir.

"Çünki bu eyni fəaliyyət sahəsi, eyni yayım formasıdır. Niyə də tənzimlənməsin? Bu mənim fikrimdir. Amma bununla bağlı hər hansı mexanizm hazırlanmayıb. Bunu tənzimləmək çox çətin məsələdir. Nə vaxt ki, Avropa ölkələrində bununla bağlı tənzimləmə yolu taparlarsa, biz də bir yol taparıq", - Şuranın sədri qeyd edib.

Yerli telekanallarda maarifləndirici proqramların azlığı məsələsinə münasibət bildirən Nuşirəvan Məhərrəmli bildirib ki, Milli Televiziya və Radio Şurası televiziya kanallarının yaradıcılıq işlərinə, proqram, kadr siyasətinə qarışmır. Onlar bazar iqtisadiyyatının prinsiplərinə uyğun fəaliyyət göstərirlər. Xüsusən, özəl kanallar kommersiya maraqlarını üstün tutub onlara uyğun verilişlər hazırlayırlar.

"Əsas məsələ tamaşaçılarla bağlıdır. Əgər hər hansı kanalda maraqlı bir veriliş yoxdursa, tamaşaçı başqasına baxır. Burada reytinq məsələsi ortaya çıxır. "Əlahəzrət reytinq" hər şeyi özü müəyyənləşdirir", - Məhərrəmli sədri vurğulayıb.

Bazar iqtisadiyyatında hər şeyi bazarın və tamaşaçıların müəyyənləşdirdiyini deyən Nuşirəvan Məhərrəmlinin fikrincə, bu məsələdə inzibati üsullardan istifadə etmək doğru deyil: "Tamaşaçılar hansı verilişləri görmək istəyirlərsə, onları vermək lazımdır. Əgər tamaşaçılar bu gün daha çox serial və şou xarakterli verilişlər arxasınca qaçırlarsa, təbii ki, onları da nəzərə almaq lazımdır. Onlar da cəmiyyətin bir hissəsidir. Amma çalışmalıyıq ki, tendensiya yüksək səviyyəyə doğru olsun".

Lakin Şura sədrinin fikrincə, cəmiyyətin marağını birbaşa ödəmək üçün dövlət büdcəsindən maliyyələşən 3 televiziya kanalı - İctimai Televiziya, Azərbaycan Televiziyası və "Mədəniyyət" kanalı digərlərindən fərqlənməlidirlər.

"Bizim büdcədən maliyyələşən kanallar reytinq dalınca qaçmalı deyillər. Düzdür, reytinq o cəhətdən olmalıdır ki, orada insanları maraqlandıran verilişlər olsun. Tamaşaçılar onları maraqlandıran verilişləri görsələr, təbii ki, onlara baxarlar. Əgər camaat seriallara baxırsa, dövlət büdcəsindən maliyyələşən kanallar o serialları daha mükəmməl və daha keyfiyyətli şəkildə hazırlamalıdırlar. Orada intellektual xarakterli, yüksək səviyyəli verilişlər hazırlamalıdırlar ki, tamaşaçılar özəl kanallara yox, həmin verilişlərə baxsınlar. Yəni ictimaiyyətin maraqları orada təmin olunsun", - Məhərrəmli vurğulayıb.

Azərbaycanda elektron mediada mütəmadi olaraq Azərbaycan ədəbi dilinin monitorinqinin aparıldığını deyən Milli Televiziya və Radio Şurasının sədri hesab edir ki, hələlik bu sahədə vəziyyət qənaətbəxşdir, lakin özəl kanallardakı şou verilişlər istisna olmaqla: "Bununla bağlı vəziyyət həyəcan təbili çalınacaq dərəcədə deyil. Məsələ qənaətbəxşdir. Dövlət büdcəsindən maliyyələşən telekanallarda bu məsələ demək olar ki, həllini tapıb. Burada ciddi problemlər yoxdur. Ciddi problemlər daha çox özəl kanallarda və daha çox şou xarakterli verilişlərdə olur. O da əsasən bundan ibarətdir ki, o verilişlərə çıxan insanların bilik səviyyəsi, efir mədəniyyəti çox aşağı olur və bu özünü göstərir. Bəzən küçə danışıq tərzini efirə gətirirlər. Bu da qəbulolunan hal deyil". /Trend/

 

Dostxəbər

 

Read more
axırıncı dəyişikliklər ( 22.02.13 17:08 )

Məlahət İbrahimqızı:“Ailə məsələlərindən savayı hər şey lentə alınmalıdır” PDF Çap Email
Yazıldı
22.02.13 16:31
Yaxın zamanlarda Milli Məclisdə millət vəkillərinin, məmurların icazəsi olmadan onların şəklini çəkmək, yaxud da videokameraya almaqla bağlı sənəd müzakirəyə çıxarılacaq. Belə çıxır ki, hətta seçiciləri ilə görüşən anda deputatın şəklini onun icazəsi olmadan çəkmək qadağan ediləcək. Qadağa yalnız bununla bitmir.
Eyni zamanda icazəsiz şəkil və ya video yayan da məsuliyyətə cəlb olunacaq.


Maraqlıdır, ictimai adamların qanuni şəkildə pərdələnməsi doğru haldırmı? Millət vəkili Məlahət İbrahimqızı hesab edir ki, icazəsiz çəkiliş aparılması etikaya, mədəniyyətə yaraşmayan hərəkətdir və bu, qanunla tənzimlənməlidir.
O, Modern.az saytına açıqlamasında deyib ki, millət vəkilləri, yüksək vəzifəli məmurlar millətin, xalqın önündə gedən insalardır. Onlar cəmiyyətə nümunə, örnək olmalıdırlar:

“Əgər qırx min seçici o insana səs verirsə, bunun nəticəsində o, yüksək kürsüdə oturmaq mandatı qazanırsa, həmin insan bu mandata layiq olmağa çalışmalıdır. Seçilmiş, etimad göstərilmiş insanlar nümunə olmalı,  etimadı doğrultmalıdırlar”.

Deputat qeyd edib ki, kimsə ailəsiylə, uşaqlarıyla istirahət edirsə və bu gizli şəkildə çəkilib mətbuata verilirsə, bu, qanunla tənzimlənməlidir: “Hətta mən bununla bağlı cinayət işinin açılmasının tərəfdarıyam.
Ancaq istər siyasətçi, istərsə də dövlət məmuru olsun, onlar hiss etməlidirlər ki, üzərlərində diqqət, nəzarət var. İnsanlar, xüsusilə gənc nəsil öndə gedənlərə baxır və özlərinə örnək götürürlər. Hər hansı etikaya yaraşmayan çəkilişi, kaseti olanda əlbəttə milli dəyərlər yox olar.
Ailəylə bağlı olan çəkilişlər qadağan olunmalıdır. Ancaq istər deputatın, istərsə də ictimai xadimin, məmurun yerdə qalan fəaliyyətinin çəkilişinə qadağa qoyulmamalıdır. Onların fəaliyyəti bütün cəmiyyət üçün açıq olmalıdır. Seçilmiş insanların fəaliyyəti niyə cəmiyyətə qapalı olmalıdır? Hesab edirəm ki, bu məsələ doğru deyil. Hər şey şəffaf olmalıdır. Deputat, yaxud məmur gedib cinayət tərədəcək, ancaq onu lentə almaq yasaqlanacaqsa, bunun mənfi nəticələri üzə çıxacaq. Bir daha söyləyirəm, mən nəinki deputatların, məmurların, hətta sıravi vətəndaşların da ailə həyatına müdaxilə edilməsinin əleyhinəyəm. Ancaq yerdə qalan işlərin tam şəffaf olmasının tərəfdarıyam, bunun lentə alınmasının yasaqlanmasına qarşıyam”.


Dostxəbər

Read more
axırıncı dəyişikliklər ( 22.02.13 17:09 )

Bakı Şəhər Dövlət Yol Polisi sürücülərə müraciət edib PDF Çap Email
Yazıldı
22.02.13 15:38

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun Apa-ya bildirib ki, Xocalı  faciəsinin 21-ci il dönümü münasibətilə Xocalı Prospektində yerləşən abidəni ziyarət edən insanların təhlükəsizliyini təmin etmək üçün o istiqamətdə hərəkət edən sürücülərdən diqqətli olmaq, həmin ərazidə avtomobilləri minimum surətlə sürmək xahiş olunur.

 

 

 

 

 

Read more

Azərbaycanda bu il üçün nəzərdə tutulmuş güzəştli kreditlərin 21%-i artıq sahibkarlara verilib PDF Çap Email
Yazıldı
22.02.13 15:18

Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirilib.

Məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində SKMF tərəfindən Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir çörək zavodu, qus kəsimi müəssisəsi və zeytunçuluq təsərrüfatının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

 

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, Suraxanı rayonunda görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.

 

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində 342 sahibkara 51,8 mln. manat güzəştli kredit verilib və bu kreditlərin reallaşdırılması 1 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir: «Ümumilikdə, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrasından ötən dövr ərzində Bakı və onun qəsəbələrində 419 investisiya layihəsinin maliyyələşdirilməsinə 102 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3 500-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur».

 

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 872 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən şüşə qablar, uşaq bezləri və müxtəlif növ salfetlər, un məmulatları, çörək, tikinti materialları istehsalı, heyvandarlıq, quşçuluq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək.

 

Qeyd edək ki, bu il ərzində SKMF tərəfindən ümumilikdə 250 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulub. /Apa/

 

 

 

 

Read more

Azərbaycanda dini təyinatlı ədəbiyyatlara xüsusi nəzarət markaları vurulacaq PDF Çap Email
Yazıldı
22.02.13 15:08
Dini kitablar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrində satılacaq

Azərbaycan Milli Məclisi “Dini etiqad azadlığı haqqında” qanunun “Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları” ilə əlaqədar 22-ci maddəsində dəyişiklik edib.

Dostxəbər-in Apa-ya istinadən verdiyi məlumata görə, MM-in bu gün keçirilən iclasında dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, dəyişiklik istehlakçıların hüquqlarının qorunmasına yönəlib. Dəyişikliyə əsasən, vətəndaş və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış yuxarıda qeyd olunan materialları əldə edə və onlardan istifadə edə bilərlər.

 

Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin materialları istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Eyni zamanda nəzarət markası ilə markalanmış qeyd olunan materialların satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir.

 

Millət vəkili Fazil Mustafa deyib ki, ekstremizm təbliğ etməyən dini ədəbiyyatın sərbəst yayımını qadağan edilməsi düzgün deyil: “Kimsə kiməsə “Quran” verirsə, bunun üçün niyə nəzarət markası lazımdır? İxtisaslaşmış mağazaların yaradılması yaxşıdır, lakin qalan müddəalar düzgün deyil”.

 

Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, kitabın ekstremizm yayıb-yaymamasını yalnız onu yoxladıqdan sonra bilmək mümkündür: “Azərbaycan çox həssas bölgədə yerləşir. Ona görə də daxili sabitliyini qorumalıdır. Biz yol verməməliyik ki, hələ tam formalaşmamış gəncləri hansısa dini qüvvələr öz tərəflərinə çəksin. Bu dəyişikliklər çox yerindədir”.

 

Millət vəkili Zahid Oruc isə qeyd edib ki, dəyişikliklərin praktikada necə istifadə ediləcəyi əsasdır: “İndi kompyuterlər vasitəsilə istənilən ədəbiyyatı əldə etmək mümkündür. Ən müxtəlif dini təriqətlər informasiya resurslarında öz yazılarını yerləşdirirlər. Bunun qarşısını almaq mümkün deyil. Belə problemlərin qarşısını almaq üçün din siyasətini düzgün qurmaq lazımdır. Din və dövlət idarəçiliyindəki sərhədi saxlamaq istəyiriksə, dini siyasətimizi düzgün qurmalıyıq”.

 

Millət vəkili İlham Əliyev də layihəyə dəyişikliyi dəstəklədiyini qeyd edib: “Biz çalışmalıyıq ki, qısa şalvarlıları və saqqalı sinəsinə düşənləri cəmiyyətdən təcrid edək”.

 

 

 

 

Read more

Azərbaycan deputatları Abdullah Gülün erməni həmkarını təbrik etməsini pisləyiblər PDF Çap Email
Yazıldı
22.02.13 15:04
Azərbaycan deputatları Türkiyə Prezidenti Abdullah Gülün yenidən Ermənistan Prezidenti seçilən Serj Sarkisyanı təbrik etməsini tənqid ediblər.

Dostxəbər-in məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında spiker Oqtay Əsədov bildirib ki, belə bir fikir işlədilir ki, bu təbrik nəzakət xatirinə edilib: "Ancaq diqqətdə saxlanılmalıdır ki, Ermənistana nə qədər nəzakət göstərilsə, onlar bu nəzakətdən başqa cür istifadə edirlər".

O, eyni zamanda, bu məsələnin üstünə çox getməyin lazım olmadığını deyib. "Buna başqa rakursdan baxmaq lazımdır", - Əsədov deyib. Spiker bəzi beynəlxalq təşkilatların Ermənistanda keçirilən seçkilərin ölkə tarixində ən ədalətli seçkilər olduğu barədə verdiyi bəyanata münasibət bildirib. "Hələ seçkilərin tam nəticələri bilinmədiyi halda, həmin beynəlxalq təşkilatların belə yüksək qiymət verməsi bizi ehtiyatlandırmalı, daha diqqətli olmağa vadar etməlidir", - spiker deyib.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, saxta keçən seçkilərin nəticəsinə görə Türkiyə Prezidenti Abdullah Gülün Serj Sarkisyanı təbrik etməsini təəssüflə qarşılayır.

"Bizdə məsəl var - uman yerdən küsərlər. Rusiya Prezidentinin təbrik göndərməsinə etiraz edə bilmərəm, çünki hamı bilir ki, Ermənistan Rusiyanın forpostudur, lakin Türkiyə Prezidentinin belə addımı anlaşılmazdır", - o deyib.

Deputat Fərəc Quliyev isə bildirib ki, bu məsələyə kifayət qədər münasibət bildirilmədir, ictimai təşkilatlar tərəfindən müzakirə olunmalıdır.

Deputat Fazil Mustafa da bu təbrikdən təəssüfləndiyini bildirib. Lakin o qeyd edib ki, bunu Türkiyə əleyhinə kampaniyaya çevirmək düzgün deyil: "Bu, Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə bilər".

 

 

 

 

Read more

"Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilib PDF Çap Email
Yazıldı
22.02.13 14:42

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin dəstəyi ilə Ağdamın Quzanlı qəsəbəsində "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə" adlı layihəyə start verilib.

Trend-in məlumatına görə, layihə çərçivəsində fevralın 22-də Ağdamda, təmas xəttinin yaxınlığında bununla bağlı yürüş-tədbir keçirilib, vaxtilə Ağdam "Cümə" məscidindən verilmiş tarixi azan yenidən səsləndirilib.

Tədbirə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İsgəndərov, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov, cəbhəyanı rayonlarının icra başçıları və ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbir çərçivəsində cəbhə boyu azanların bərpası digər məscidlərdə də baş tutacaq.

 

 

 

Read more

Azərbaycanda lisensiyasız tibbi fəaliyyətlə bağlı cərimələr artırıldı PDF Çap Email
Yazıldı
22.02.13 14:31
Azərbaycanda lisensiyasız tibbi fəaliyyətlə bağlı cərimələr artırılıb. Məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Sənəd barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi fəaliyyətlə və əczaçılıqla məşğul olmağa 300 manatdan 500 manata qədər cərimə tətbiq edilirdisə, təklif edilən dəyişikliyə görə 2 min manatdan 3 min manata qədər, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manata qədər cərimələnəcəklər.

Spiker Oqtay Əsədov dəyişikliyə münasibət bildirərkən deyib ki, televizorlarda müxtəlif özəl tibbi klinikaların reklamları gedir: "Bu gün özəl tibb müəssisələrinə xaricdən çox həkim gəlir, lakin bilinmir onlar nə həkimlərdir".

Məcəlləyə dəyişikliyə münasibət bildirən deputat Fazil Mustafa deyib ki, Azərbaycanda bu sahədə problem var. "Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin ürəkdən narahatlığı olur, onu təyyarəyə mindirib xaricə göndərmək istəyirlər. Bu qədər səhiyyə müəssisəsi olan yerdə elə bir şəxsin müalicəsi mümkün olmadı?" - Mustafa deyib.

İclasda "Reklam haqqında" qanuna da tibbi fəaliyyətlə bağlı dəyişiklik olunub.

Qanuna edlən dəyişikliyə görə, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməldir.

 

 

 

 

Read more

Türk müğənni 70 mini bir neçə saata xərclədi PDF Çap Email
Yazıldı
22.02.13 01:04


Türkiyəli müğənni Hadisənin alış-veriş zamanı xərclədiyi pulun məbləği hamını heyrətə gətirib.


Müğənni 6 geyim üçün 70 min türk lirəsi pul ödəyib. O, aksesuar və kosmetika üçünsə beş min civarında pul xərcləyib. Alış-veriş sonunda Hadisənin lüks avtomobilinin baqajı ağzınacan dolu olub.


Read more
axırıncı dəyişikliklər ( 22.02.13 01:11 )

Hacı Şahin: "seçki ərəfəsidir deyə bəzi müxalif qüvvələr İmam Hüseyni(ə) yada salıblar" PDF Çap Email
Yazıldı
22.02.13 00:11
"Facebook" sosial şəbəkəsində paylaşılmış bir foto kəskin mübahisələrə səbəb olub. Belə ki, fotonun paylaşımçıları "Məşədi Dadaş" məscidinin imam-cüməsi Hacı Şahin Həsənlinin DQİDK-nin təşkilatçılığı ilə keçirilmiş ziyarətdə "Fəxri Xiyaban"da önə keçib dua etməsi, həmçinin ilahiyyatçının QMİ-də vəzifə tutması barədə iddialar irəli sürüblər.

İslamazeri.az İnternet Qəzetinə mövzu ilə bağlı münasibət bildirən Hacı Şahin özü məsələ barəsində belə deyib: "Əvvəla buna açıqlıq gətirim ki, mən QMİ-də heç bir vəzifəyə təyin edilməmişəm. Bunu birmənalı olaraq deyirəm"

İlahiyyatçı ikinci bir iddiaya isə belə cavab verib: "Ramazan bayramı zamanı bir sıra tədbirlər keçirilmişdi. Bunların arasında DQİDK tərəfindən təşkil olunmuş "Şəhidlər Xiyabanı" və "Fəxri Xiyaban"-ı ziyarət, həmçinin digər toplantılar da olmuşdu. Biz də protokola uyğun olaraq dəvətlilər arasında yer almışdıq. Amma mənim orada öndə durmağım, dua etməyim tamamilə yalandır."

Daha sonra Hacı Şahin bu şaiyələrin meydana çıxma səbəbi haqda deyib: "Burada açıq-aşkar görünür ki, dindarları oyuna çəkmək istəyirlər. Mənə elə gəlir ki, seçki ərəfəsidir deyə bəzi müxalif qüvvələr İmam Hüseyni(ə) yada salıblar. Ola bilsin kimlərsə elə düşünüblər ki, biz dindarların seçki qabağı onlara qoşulmasının qarşısını alacağıq. Bəlkə bizim maneə törədəcəyimizdən narahat olurlar."



























Read more
axırıncı dəyişikliklər ( 22.02.13 00:22 )


Cümə axşamı 21 Fevral 2013

Türkiyə XİN: Serj Sarkisyanı təbrik dövlət ənənəmizə uyğun həyata keçirilib-EKSKLÜZİV PDF Çap Email
Yazıldı
21.02.13 23:55
“Hörmətli prezidentimizin Serj Sarkisyana yenidən prezident seçilməsi münasibəti ilə göndərdiyi təbrik dövlət ənənəmizə uyğun həyata keçirilib. Necə ki, əvvəllər başqa ölkələrdə seçkilərin nəticələri məlum olandan sonra təbrik mesajları göndərilib”.

Bu barədə Apa-nın Türkiyə bürosunun bu ölkənin Xarici İşlər Nazirliyinə ünvanladığı “Prezident Abdullah Gülün Ermənistandakı seçkisinin rəsmi nəticələri açıqlanmadan Serj Sarkisyanı təbrik etməsi Türkiyə diplomatiyasının ənənəsinə uyğundurmu, yoxsa bu, tamamilə hörmətli prezidentin öz təşəbbüsü ilə göndərdiyi bir təbrik mesajıdırmı?” sualının cavabında bildirilib.

 

Türkiyə XİN-in açıqlamasında qeyd edilib ki,  Türkiyə 16 dekabr 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyıb: “Beynəlxalq nəzakət qaydaları çərçivəsində qarşılıqlı şəkildə mesajlar göndərilə bilinməkdədir. Məsələnin öz məzmunu çərçivəsində dəyərləndirilməsi faydalı olacaq”.

 

Qeyd edək ki, Türkiyə prezidenti Abdullah Gül  Ermənistan Mərkəzi Seçki Komissiyasının rəsmi açıqlaması elan edilmədən fevralın 20-də ikinci dəfə Ermənistan prezidenti seçilməsi münasibətilə Serj Sarkisyanı təbrik edib. Xəbəri Türkiyənin rəsmi Anadolu Agentliyi yayıb.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 22.02.13 00:04 )

Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident təyin olunub PDF Çap Email
Yazıldı
21.02.13 23:47

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsinə yeni təyinat olub.

AMEA-nın Geologiya İnstitutundan bildiriblər ki, Akif Əlizadə Akademiya prezidenti səlahiyyətlərini müvəqqəti icra edəcək.

Bu təyinatadək Akif Əlizadə AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, fevralın 10-da AMEA prezidenti Mahmud Kərimov qəfil ürəktutmasından dünyasını dəyişmişdi.

 

 

 

 

Read more

Abdullah Gülün təbriki Türkiyə üçün təhqirdir - politoloq PDF Çap Email
Yazıldı
21.02.13 23:41

Türkiyə Prezidenti Abdullah Gülün Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi Türkiyə üçün təhqirdir. Bu barədə cümə axşamı Trend-ə politoloq Vəfa Quluzadə deyib.

"Serj Sarkisyan Türkiyənin düşmənidir, Türkiyəni qondarma "erməni soyqırımı"nda ittiham edir və ölkəyə qarşı ərazi iddiaları ilə çıxış edir. Abdullah Gülün Serj Sarkisyanı ilk təbrik edənlərdən biri olmağa qərar verməsi anlaşılan deyil", - o qeyd edib.

Quluzadə deyib ki, Sarkisyanı Rusiya Prezidenti Vladimir Putinin təbrik etməsi başa düşüləndir, Ermənistan Rusiyanın quberniyasıdır. Lakin Gülün işğalçı ölkənin prezidentini təbrik etməsini anlamaq mümkün deyil.

"Məlumdur ki, Sarkisyan ölkədə seçkiləri saxtalaşdırıb və Ermənistanın demokratikyönlü əhalisinin düşmənidir. Gül təbriki ilə Ermənistanda mövcud olan diktaturanı dəstəkləyir?" - o bildirib.

 

 

 

Read more

Yardımlı rayonunda avtomobil yolunun tikintisinə 5 milyon manat ayrılıb PDF Çap Email
Yazıldı
21.02.13 23:36

Azərbaycan Prezidenti İlham Əliyev Yardımlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, on üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

 

Dostxeber.com

 

Read more

Novruz Məmmədov Türkiyə prezidentinin Serj Sərkisyana təbrik məktubu göndərməsinə münasibət bildirib PDF Çap Email
Yazıldı
21.02.13 17:13

Novruz Məmmədov: “Belə təbrik olubsa, bu, Türkiyə xalqının, Türkiyə prezidentinin mövqeyidir”

“Ermənistanda keçirilən seçkilərlə bağlı proseslər həddən artıq ziddiyyətlidir. Ölkənin özündə bu məsələ ilə bağlı çox mühüm proseslər gedir. Bir sıra partiya və dairələr seçkilərin nəticələrini qəbul etmirlər”. Dostxeber.com-un məlumatına görə, Prezident Administrasiyasının rəhbər müavini Novruz Məmmədov Türkiyə prezidenti Abdullah Gülün Ermənistanda prezident seçildiyi elan olunan Serj Sərkisyana təbrik məktubu göndərməsi barədə xəbəri jurnalistlərə belə şərh edib.

 

O seçkilərin rəsmi nəticələrinin təsdiqlənmədiyini xatırladıb: “Mən Ermənistana seçkilərlə bağlı bir-iki təbrik göndərildiyini eşitmişəm. Mətbuatdan oxudum ki, Türkiyə prezidenti Abdullah Gül Sərkisyana təbrik göndərib. Bu barədə məndə dəqiq məlumat yoxdur. Əgər olubsa belə, əvvəlcə bir qədər araşdırma aparmalıyam. Çünki belə başa düşürəm ki, Türkiyə ilə Ermənistan arasında heç diplomatik əlaqələr də yoxdur. Müəyyən dəqiqləşdirmələr apardıqdan sonra düşünürəm ki, müəyyən mövqe bildirmək mümkün olacaq. Əgər belə bir təbrik olubsa, bu, Türkiyə xalqının, Türkiyə prezidentinin mövqeyidir. Amma məndə bu barədə dəqiq məlumat yoxdur”.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 21.02.13 17:21 )

Türk Hava Yollarından ermənipərəst addım – ŞOK PDF Çap Email
Yazıldı
21.02.13 16:14
Ermənilərin “Aqos” qəzeti Türk Hava Yolları tərəfindən pulsuz paylanacaq

bu gündən etibarən ermənilərin “Aqos” qəzeti Tük Hava Yolları tərəfindən sərnişənlərə pulsuz paylanacaq. Artıq bu gündən etibarən xaricə uçan sərnişinlərə verilən qəzetlər içərisində “Aqos”un adı var. “Aqos” rəhbərliyi ilə THY arasında əldə olunan razılaşmadan sonra bu addımın atılmasına başlanılıb.
Onu da qeyd edək ki, erməni millətçilərinin qəzeti olan “Aqos”un paylanılması xəbəri türklər arsında ciddi təpkilərə səbəb olub. “Aqos” qatı türk düşməni və erməni millətçiliyini müdafiə edən bir qəzet kimi tanınır.
Qəzetdən onu da bildiriblər ki, qarşıda əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır. Qəzetin yayımının, reklamının xərclərini Türk Hava Yolları öz üzərinə götürüb.
Xatırladaq ki, “Aqos” qəzeti keçən il İstanbulda keçirilən Xocalı mitinqinə qarşı anti-kampaniya aparırdı. Hazırda Əkrəm Əylislinin məsələsində də Azərbycan əleyhinə təbliğat aparır.

Rəqsanə Yusifzadə


Read more
axırıncı dəyişikliklər ( 21.02.13 16:18 )

Azərbaycanda 1 milyon 400 min manatlıq korrupsiya faktının üstü açılıb PDF Çap Email
Yazıldı
21.02.13 16:02
Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

 

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, “RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir.

 

Müəyyən edilib ki,  ASC-nin “Tovuz” filialının müdiri Müseyibov Ədalət Nurəddin oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad Hassan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kənd təsərrüfatı krediti almaq üçün filiala müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib kassadan qanunsuz olaraq götürməklə 400.0 min manat məbləğində pulu mənimsəyərək talayıblar.

 

İstintaqla həmçinin müəyyən edilib ki, ASC-nin “Gəncə” filialının müdiri Tağıyev Anar Qalib oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirib. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyərək talayıblar.

 

Ədalət Müseyibov və Anar Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vurulmuş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. /Apa/

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 21.02.13 16:07 )

ABŞ səfiri Riçard Morninqstar: “Xocalı faciəsi ilə bağlı Ağ Evin rəsmi saytında yerləşdirilən petisiyaya cavab verilməsi istiqamətində iş gedir” PDF Çap Email
Yazıldı
21.02.13 15:53
“Qarabağ münaqişəsinin Azərbaycan vətəndaşları üçün nə qədər ürək ağrıdan bir məsələ olduğunu yaxşı anlayırıq”

“Xocalı faciənin 21-ci ildönümü ərəfəsində Ağ Evin rəsmi internet səhifəsində yer alan "Biz xalqıq" (We the People) bölməsində Xocalı soyqırımı qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə yerləşdirilən petisiya üçün lazımınca imza toplanılıb. Hazırda həmin müraciətə cavab verilməsi istiqamətində iş gedir. Bu barədə indi nə isə demək hələlik tezdir”. Bu sözləri Kürdəmirə səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard qstar jurnalistlərə açıqlamasında deyib.

 

Səfir Xocalıda günahsız qadınlar, uşaqlar və qocaların qətlə yetirildiyi barədə məlumata malik olduğunu deyib: “İnsanların bu ağrı-acını yaxşı başa düşürük. Sizi əmin etmək istəyirəm ki, biz Qarabağ münaqişəsinin Azərbaycan vətəndaşları üçün nə qədər ürək ağrıdan bir məsələ olduğunu yaxşı anlayırıq. Azərbaycan xalqının yaşadığı bu ağrı-acılar, çətinliklər barədə ətraflı məlumatımız var. Münaqişə 20 ildən çoxdur ki, davam edir. Bu münaqişənin həlli prosesi mürəkkəb və çətindir. Biz Minsk Qrupu çərçivəsində əlimizdən gələni edirik ki, bu məsələ öz həllini sülh yolu ilə tapsın. Mən bu məsələ ilə bağlı Azərbaycanın yüksək vəzifəli şəxsləri və Minsk Qrupunun ABŞ-dan olan həmsədri ilə sıx əməkdaşlıq şəraitində işləyirəm. Bu prosesdə irəliləyişin əldə edilməsi üçün yeni ideyaların ortaya qoyulması istiqamətində işləyirik. Münaqişənin nizamlanması bütün tərəflərin marağındadır. Amma gördüyünüz kimi bu, mürəkkəb və çətin prosesdir. Biz birgə işləyərək bu problemlərin sülh yolu ilə həll edilməsi üçün fəaliyyətimizi davam etdirməliyik. Bu istiqamətdə səylərimizi bir az da artırmalıyıq”.

 

Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı ilə görüşdə məcburi köçkünlərlə bağlı söhbət apardığını bildirən səfir Riçard Morninqstar qeyd edib ki, Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli iş görüb: “Amma ümidvarıq ki, bu problem yaxın gələcəkdə öz həllini tapacaq və məcburi köçkünlər də öz doğma yurd yuvalarına qayıda biləcəklər”. /Apa/




Read more
axırıncı dəyişikliklər ( 21.02.13 16:02 )

Moskva meriyası Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı etiraz aksiyasına verdiyi icazəni ləğv edib - YENİLƏNİB PDF Çap Email
Yazıldı
21.02.13 15:44
Moskva meriyası Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə etiraz aksiyasının keçirilməsinə verdiyi icazəni ləğv edib.

 

Bu barədə APA-nın Moskva müxbirinə etiraz aksiyasının təşkilatçılarından biri, Azərbaycan Yəhudi Dostluq İcması (AYDİ) təşkilatının həmtəsisçisi Paşa Alev məlumat verib.

P. Alev bu gün Moskva meriyasının Taqanski rayon prefekturasına çağırıldığını bildirib.

 

Meriyanın etiraz aksiyasının keçirilməsinə dair verdikləri icazəni ləğv etdiklərini söyləyən P. Alev bildirib ki, mitinqə icazənin ləğvinin səbəbi kimi başqa ölkənin işinə müdaxilə göstərilib: “Bizə Taqanski rayon prefekturasının səlahiyyətli nümayəndəsi Lebedevin imzası ilə fevralın 24-də paytaxtın “Yauzskie vorota” meydanında dinc etiraz aksiyası keçirilməyə icazənin verildiyi məktub göndərilib. Bu gün isə həmin icazəni ləğv etdiklərini bildirdilər. Səbəb kimi isə başqa ölkənin işinə qarışmağın yolverilməz olduğunu söyləyirlər”.

 

 

 

***

 

saat 13.09

 

Rusiya paytaxtında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiyanın təşkilatçısı Azərbaycan-Yəhudi Dostluq İcması (AYDİ) təşkilatıdır.

 

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, artıq Moskva meriyası təşkilatçılara aksiyasının keçirilməsinə razılıq verib. Moskva meriyasının Taqanskiy rayon prefekturasının təşkilata göndərdiyi cavab məktubunda Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı təşkil olunan aksiyanın fevralın 24-də Moskvanın “Kitay Qorod” metrosunun yaxınlığında yerləşən “Yauzskie vorota” meydanında keçirilməsinə icazə verildiyi bildirilir.

 

Aksiya saat 15:00-da başlayacaq.




Read more
axırıncı dəyişikliklər ( 21.02.13 15:51 )

Rasim İldırımzadə Ramil Usubovun mövqeyini gözləyir - AÇIQLAMA PDF Çap Email
Yazıldı
21.02.13 15:01

“Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı bağlı rəsmi mövqeyini bildirdikdən sonra mən danışacağam”. Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, polkovnik Rasim İldırımzadə Fransada yaşayan professor Elşad Abdullayevin yaydığı yeni videomateriala münasibət olaraq bildirib.

Rasim İldırımzadə ABU-nun eks rektorunu ittiham edərək “cinayətkar” adlandırıb.

“Onun haqqında materiallar, faktlar çoxdur. Hazırda bu faktlar cəmlənir. Onun özü cinayətkardır, cinayət məsuliyyətinə cəlb olunmalıdır”-deyə polis polkovniki qeyd edib.

Qeyd edək ki, ötən gün Elşad Abdullayev yeni bir video yayıb. Videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN-in mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Videoda Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Polkovnik Rasim İldırımzadənin bir qardaşı Yusif İldırımzadə Xətai rayonunun prokurorudur. Yusif İldırımzadə daxili işlər naziri Ramil Usubovun qudasıdır.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 21.02.13 15:06 )

Konsepsiyanın təfərrüatları: Rusiya hansı öhdəlikləri götürür? PDF Çap Email
Yazıldı
21.02.13 14:50

Rusiya təsdiq etdiyi Xarici siyasət konspespiyasındakı maddələrə sadiqlik nümayiş etdirərsə Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrindəki kimi həllinə səy göstərməli, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çəkilməsi üçün əlindən gələni etməlidir.

 

Politoloqlar bunu Konsepsiyada BMT-nin qətnamələrinə hörmət göstərilməsinə dair maddənin yer alması ilə əsaslandırır. Siyasi şərhçi Elman Nəsirlinin sözlərinə görə, onda demək ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var yeni konsepsiyanin da mənasi odur ki,bu qətnamələrin yerinə yetirilməsinə Rusiya səy göstərməlidir.

 

Politoloqlar konsepsiyaya uyğun olaraq nəzəriyyənin praktikaya tətbiq ediləcəyi halda bu sənədə əsasən işğalçını silahlandırmamaq lazım gəldiyini deyir.  Ekspert Üzeyir Cəfərov deyir ki, yenilik gözləmirəm: "Bugünədək fikrimcə qeyri-səmimi olub işğalçını dəstəkləyiblər. Hərbi rəhbərlik Ermənistana səfərə gedib dəstək nümayiş etdirdilər.

 

İndi isə Fransa aktiv hərəkətə keçib. Fransa həmsədri dəvət edir, bu da tərəflər arasında razılaşmış variantdır ki, görüntü yaratsınlar, amma əslində heç bir iş görülmür". Qeyd edək ki, Rusiya öz  xarici siyasət konsepsiyasını təsdiqləyib. Konsepsiyada Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı məqam yer alır.

 

Rusiya prezidenti tərəfindən təsdiqlənən və bu ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən "Rusiya Federasiyasının xarici siyasət konsepsiyası" nın regional prioritetlər adlanan 4-cü fəslinin 49-cu maddəsində bildirlir ki,  Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa davam edəcək.

 

Bu Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Rusiya münaqişənin həllinə, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarındakı  prinsiplər əsasında, dəstək verməyə davam edəcək.

 

 

Dostxeber.com

 

Read more
axırıncı dəyişikliklər ( 21.02.13 15:01 )

Sarqsyanın qələbəsini qəbul etməyən müxalifət tərəfdarları aksiyaları davam etdirir PDF Çap Email
Yazıldı
21.02.13 14:39

Ermənistanda Serj Sarqsyanın qələbəsi ilə başa çatan mübahisəli seçkilərdən sonra, müxalifət tərəfdarları küçələrdən çəkilmir.

 

Ötən gün aksiyanı davam etdirən rejim əleyhdarları seçki hökumətin devrilməsini hədəf seçib. Yürüşə rəhbərlik edən  müxalifət lideri Raffi Hovanisyan tərəfdarlarını çevrilişə səsləyərək, öz prezidentliyinin təmin olunmasını tələb edib.  Qeyd edək ki, ötən gün küçələrə çıxan müxalifət tərəfdarları Sarqsyanın istefa verəcəyi günədək etiraz aksiyalarını davam etdirəcəklərini bildirib.

 

Seçkilərdə məğlub olan Raffi Hovanisyan isə Serj Sarqsyanı səlahiyyətlərini könüllü şəkildə təhvil verməyə səsləmişdi. Bu dəfə isə yenidən rəqibinə xəbərdarlıq edən Hovanisyan səhərə qədər Azadlıq meydanından çəkilməyəcəyini deyib və Sarqsyanı üz-üzə görüşə çağırıb.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 21.02.13 14:50 )

İran Qarabağda sülhməramlıların yerləşdirilməsini qarşı çıxdı PDF Çap Email
Yazıldı
21.02.13 14:25
Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi regionun təhlükəsizliyinə yeni problemlər gətirəcək. Məlumata görə, bunu İranın Azərbaycandakı səfiri Mohsen Pak-Ayen deyib.

Səfirin sözlərinə görə, Qarabağa sülhməramlıların yerləşdirilməsi nəinki effekt verməyəcək, həm də regional təhlükəsizlik üçün yeni problemlərin əmələ gəlməsinə səbəb olacaq.

İranlı diplomat deyib ki, region ölkələri münaqişənin həlli üçün məntiqli qərarlar verə bilərlər. O hesab edir ki, Qarabağda sülhməramlıların olması hazırkı mərhələdə arzuolunmazdır, bu addım üçün müvafiq zəmin yaratmaq lazımdır, bu isə hələki hazır deyil.

Eyni zamanda Mohsen Pak-Ayen münaqişənin həllinə İranın yardım etməyə hazır olduğunu bildirib.



Read more
axırıncı dəyişikliklər ( 21.02.13 14:31 )

Moskvada Xocalı soyqırımın 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək PDF Çap Email
Yazıldı
21.02.13 14:12
Aksiyanın təşkilatçısı Azərbaycan-Yəhudi Dostluq İcması təşkilatıdır


Rusiya paytaxtında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək. Aksiyanın təşkilatçısı Azərbaycan-Yəhudi Dostluq İcması (AYDİ) təşkilatıdır.

 

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, artıq Moskva meriyası təşkilatçılara aksiyasının keçirilməsinə razılıq verib. Moskva meriyasının Taqanskiy rayon prefekturasının təşkilata göndərdiyi cavab məktubunda Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı təşkil olunan aksiyanın fevralın 24-də Moskvanın “Kitay Qorod” metrosunun yaxınlığında yerləşən “Yauzskie vorota” meydanında keçirilməsinə icazə verildiyi bildirilir. /Apa/

 

Aksiya saat 15:00-da başlayacaq.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 21.02.13 14:25 )

Şəmkirdə avtomobil çaya düşüb, 3 nəfər ölüb PDF Çap Email
Yazıldı
21.02.13 14:08
Şəmkir rayonunun Çinarlı qəsəbəsində ağır yol-nəqliyyat qəzası baş verib.

Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində qeydə alınıb. Şəmkir çayı üzərində olan körpüdə ötmə əməliyyatını yerinə yetirmək istəyən “Mercedes” markalı avtomobil “Niva” markalı maşınla toqquşub. Qəza zamanı “Mercedes” çaya düşüb. Avtomobildə olan 3 nəfər dünyasını dəyişib. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

 

 

 

 

Read more

Şeyxülislam dünya birliyini Xocalı soyqırımını törədənləri cəzalandırmağa çağırıb PDF Çap Email
Yazıldı
21.02.13 14:00
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Allahşükür Paşazadə Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət edib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə qeyd olunur ki, bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini hər zaman lənətləmişdir.

Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən, Azərbaycan şəhəri Xocalının insanlıq adına ləkə olan faciəsi hələ də tarixin mühakiməsinə verilməmiş, bu, misli görünməmiş soyqırım faktı layiqli siyasi qiymətini almamışdır. Bu gün mənim həmvətənlərimin ədalətə ümidləri Allahın Mərhəmətinə və bəşəriyyətin düzgün münasibətinə bağlıdır.

"Artıq 21-ci ildir ki, Azərbaycanın milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, planetimizin taleyi üçün məsuliyyət daşıyan dünya liderlərinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tutur, israrla müraciət edirəm. Çünki əminəm ki, cahanda elə bir xalq, elə bir din ola bilməz ki ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin" QMİ sədri müraciətində deyib.

Paşazadə qeyd edib ki, bəşər övladının qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq iyirmi ildir ki barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bügunədək beynəlxalq səviyədə qınaq obyektinə çevrilməmiş, onun baiskarları lənətlənməmişdir.

"1992-ci il fevralın 26-da bütöv bir şəhərin - minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakininin erməni quldurlarının qəfil və amansız basqınına məruz qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyidlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz. Lakin təəsüf və təəccüb doğuran fakt odur ki, bəşəriyyət ədalət çağırışlarımızı gərəkən etina ilə qarşılamır, beynəlxalq təşkilatlar bu misli görünməmiş cinayətin üzərindən hələ də sükutla keçirlər", deyə Paşazadə bildirib.

QMİ sədrinin sözlərinə görə, acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə hələ də cəza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda heç bir sanksiya ilə üzləşməmiş erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrimizi, məscid və qəbirstanlıqlarımızı xarabalığa çevirmiş, maddi və mənəvi terror gerçəkləşdirmiş, tarixi sənəd və əşyaları mənimsəyərək özününküləşdirmişlər. Xocalıda törədilən məqsədyönlü soyqırımı aktı isə bütün bu vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur.

"Mən dünya ictimaiyyətini sayıq olmağa, erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmağa səsləyirəm. Artıq 20 ildir ki, Xocalı qurbanlarının ahı Qarabağın dağlarında dolaşır. Hər bir sülhsevər insanın borcu bu işdə bizə həmrəy olmaqdır. Bəşəriyyət bu gün haqqa-ədalətə səs verməsə, sabah daha ağır rəzalətin qurbanı ola bilərik.

Təəssüf doğuran haldır ki, müasir dünyada əsl deyil, qondarma soyqırımlarla bağlı qayğılananların şahidi oluruq. Beynəlxalq aləmdə, bir çox hallarda, saxta soyqırımların tanınması, soyqırım törətmişlərin "soyqırım qurbanları" kimi qələmə verilməsi yönündə meyllər bizi narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlərimiz, şükürlər olsun ki, artıq nəticələrini verməkdədir. Biz inanırıq ki, dünya soyqırımlara məruz qalmış Azərbaycan xalqının səsinə bundan sonra da biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaqdır. Ümidvarıq ki, Azərbaycan həqiqətlərinin israrla dünyaya yayılması, "Xocalıya dəstək" kampaniyası qəsbkar dövlət olan Ermənistanın əsl simasının açılmasına yardım göstərəcək. Artıq dünyanın bir neçə dövlətinin Xocalı soyqırımını tanıması bu ümidlərimizi daha da artırır.

Mən, din xadimi olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. Hər kəsə xatırlatmağı vacib sayıram ki, Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Odur ki, üzümü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlara tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini insanlığa qarşı soyqırım aktı kimi tanımağa çağırıram", deyə Paşazadə müraciətində bildirib.



Read more
axırıncı dəyişikliklər ( 21.02.13 14:06 )

Pakistanda Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyətindən bəhs edən kitab nəşr olunub PDF Çap Email
Yazıldı
21.02.13 13:38

Dostxeber.com-un  Azərbaycanın birinci xanımının rəsmi saytına istinadən verdiyi məlumata görə,

Pakistanın Sülh və Demokratiya İnstitutunun direktoru, diplomatik sahədə yazıları ilə seçilən “Diplomatik İnsight” jurnalının təsisçisi və baş redaktoru Məhəmməd Asif Nurun müəllifliyi və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Azərbaycan və Pakistan – dostluq və əməkdaşlığın 20 ili” kitabı ingilis dilində çapdan çıxıb.

104 səhifəlik kitabın üz qabığında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Pakistanın sabiq Baş naziri Benazir Bhuttonun ölkələrimizin dövlət bayraqlarının fonunda fotoşəkilləri yerləşdirilib.

Kitabın ilk fəsilləri Azərbaycanın qədim, orta əsr və müasir tarixinə həsr edilib. Nəşrdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ümummilli liderin müasir müstəqil Azərbaycan dövlətinin yaradılmasında və dünya ölkələri sırasına qüdrətli bir dövlət kimi daxil edilməsində oynadığı müstəsna rol barədə geniş məlumat verilib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin məqamları açıqlanıb.

Nəşrdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətindən də geniş söhbət açılıb. Həmin fəsildə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə respublikamızla yanaşı, Pakistan da daxil olmaqla xarici ölkələrdə həyata keçirilən humanitar layihələr, həmçinin bu fəaliyyətin Pakistan mediasında geniş işıqlandırılması haqqında məlumat verilib.

Kitabda Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti, Bakının rəmzi olan Qız qalası, dahi şair və filosof Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri, Azərbaycan muğamı barədə məqalələr yer alıb.

Azərbaycan-Pakistan münasibətlərinin dinamikasına həsr olunmuş fəsildə iki ölkə arasında 20 il ərzində baş vermiş yüksək səviyyəli qarşılıqlı səfərlərdən bəhs edilir.

Daha sonra kitabda azərbaycanlı professorlar Rövşən İbrahimovun və Əziz Hüseynovun “Pakistan-Azərbaycan - 20 il ərzində özünü doğrultmuş əlaqələr”, pakistanlı professor Masum Yasinzayın “Azərbaycan elmi iqtisadiyyat yolunda”, Preston Universitetinin rektoru, professor Əbdül Basitin “Azərbaycanın iqtisadi tərəqqisi. Nailiyyətlər və perspektivlər”, professorlar Əhməd Malikin, Asiya Maharın, “Diplomatic İnsight” jurnalının baş redaktoru Məhəmməd Asif Nurun ikitərəfli münasibətlərə həsr edilmiş yazıları və həmçinin professor Zahid Ənvər, rumıniyalı tədqiqatçı-alim Lavinia Lupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqalələri yer alıb.

Heydər Əliyev Fondunun Pakistanda gördüyü işlərə xüsusi yerin ayrıldığı nəşrdə Fondun dost ölkədə səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirdiyi irimiqyaslı layihələrə dair ətraflı məlumatlar oxucuların diqqətinə çatdırılıb.

“Diplomatik İnsight” jurnalı tərəfindən nəşr olunmuş kitabda, eyni zamanda, Pakistanın tarixi, mədəniyyəti və siyasətinə dair məqalələrə də yer verilib.

Nəşrdə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə görüşünü, 2012-ci il fevralın 26-da Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Bakıda keçirilmiş ümumxalq yürüşünü, paytaxtımızın tarixi binalarını, məscidlərini, ölkəmizin tarixi abidələrini, təbiətini, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı humanitar tədbirləri əks etdirən çoxsaylı fotolar yerləşdirilib.

 

http://thediplomaticinsight.com/wp-content/uploads/2013/02/azerbaijan.swf

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 21.02.13 13:58 )

Mehriban Əliyeva "Türk mədəniyyətinin hamisi" adına layiq görülüb PDF Çap Email
Yazıldı
21.02.13 13:30
"Türküstan" qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən "Türk dünyasına xidmət - 2012" rəy sorğusunun nəticələri açıqlanıb.

Dostxeber.com-un  Azərbaycanın birinci xanımının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Türküstan" qəzetinin baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, 3 kateqoriya - mədəniyyət, təhsil və siyasət üzrə keçirilən sorğuda respondentlərdən türk dövlətləri arasında inteqrasiya prosesinə münasibət bildirmələri də istənilib.

Sorğuya ümumilikdə 37 525 respondent qatılıb. Orada 3 nominasiya üzrə 60-a yaxın şəxs və qurumların adları respondentlər tərəfindən qeyd olunub. Bunların içərisində türk dünyasının tanınmış siyasət, elm, mədəniyyət xadimləri, millət vəkilləri, sənətçilər, jurnalistlər də var.

Sorğunun birinci nominasiyası - türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva "Türk mədəniyyətinin hamisi" adına layiq görülüb.





Read more


Çərşənbə 20 Fevral 2013

"Kayahanla görüşmək istəyirəm" PDF Çap Email
Yazıldı
20.02.13 00:58
Azərbaycanlı bəstəkar Kibariyəyə mahnı verəcək
Bəstəkar Nailə Mirməmmədli Türkiyə şou-biznesinə qatılmağı planlaşdırır.

Axşam.az-ın məlumatına görə, bəstəkar şair Xəyal Rzanın sözlərinə bəstələdiyi mahnıları türk müğənnilərinin ifa etməsini arzulayır:
“Xəyal Rza ilə işbirliyinə başlamışıq. Türkiyə şou aləminə qatılacağıq. Istəyirəm bəstələrimi oranın sevilən müğənniləri ifa etsin. Ən böyük arzum isə Kibariyəyə mahnı verməkdir. O insanın sənətinə heyranam. Bir də Kayahanla görüşmək istəyirəm. Onun bəstələri mənə yaxındır”.



Read more
axırıncı dəyişikliklər ( 20.02.13 01:11 )

Rusiya Dövlət Dumasının komitə rəhbəri: “Dağlıq Qarabağ münaqişəsinin həllini uşaqlarımıza və nəvələrimizə saxlamaq olmaz” PDF Çap Email
Yazıldı
20.02.13 00:45
“Serj Sarkisyanın ikinci müddətə Ermənistan prezidenti seçilməsi Rusiya-Ermənistan münasibətlərinin mütərəqqi inkişafını təmin edəcək və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə dair aparılan danışıqları bir vektorda saxlayacaq”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Slutski deyib.

 

“Dağlıq Qarabağ konfliktini bizim nəsil həll etməlidir, uşaqlarımıza və nəvələrimizə bu problemi saxlamaq olmaz. Tezliklə Dağlıq Qarabağ probleminin həllində ortaq məxrəc tapmaq üçün səyləri gücləndirmək lazımdır” - deyə Leonid Slutski bildirib. /Apa/




Read more

Dost jurnalının üçüncü sayı dərc olundu. Jurnalın bu sayında nələr var? PDF Çap Email
Yazıldı
20.02.13 00:02



“DOST”: jurnalının 3-cü sayında oxuyun:


-
Yolumuz Ulu Öndər Heydər Əliyev yoludur!


- Prezident Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə nələri xüsusi olaraq tapşırıb?

-Əməkdar artist Vəfa Rzayeva müsahibə: “mən aktrisa kimi bu sənətdə təkəm, özümdən üstününü görmürəm”


- İslamda qadınların hüquq və vəzifələri nələrdən ibarətdi? Dini ekspert qadınlarla bağlı hansı məqamları açıqladı?


-Binəqədidə gənclər günü necə qeyd edildi?


-Azərbaycanın ilk milli süni peyki haqqında ətraflı məlumat…

-Xocalı soyqırmı-tarix heç nəyi unutmur!


-Şeir dünyasına qonaq olun...və s.


Tənqidlərinizi dost-jurnali@mail.ru ünvanında gözləyirik. DOSTLAR!

Jurnalın satışı Bakı şəhəri üzrə Metro daxili köşklərdə və Azərbaycanın bütün bölgələrində təşkil olunub. Qiyməti: 1 AZN

 


Read more
axırıncı dəyişikliklər ( 22.02.13 01:12 )


Çərşənbə axşamı 19 Fevral 2013

İmam Mehdinin (ə) azərbaycanlı silahdaşları PDF Çap Email
Yazıldı
19.02.13 18:44

Dini mənbələrdə İmam Mehdinin (ə) silahdaşları iki təbəqəyə bölünür. Birinci təbəqə Imamın zühurunun lap əvvəlində Ona yardım göstərəcək insanlardan ibarətdir. İkinci təbəqəyə isə sonradan o həzrətə beyət edib Onun bayrağı altında haqq uğrunda döyüşəcək şəxslər aiddir.

İmam Mehdinin (ə) birinci təbəqəyə mənsub ən yaxın və sadiq səhabələrinin ümumi sayı 313 nəfər olacaq. Bu, həm də Qurani-kərimdə xatırlanan və Talutun başçılığı altında düşmənlə döyüşə yollanan mömin əsgərlərin sayıdır. Həmçinin, İslam uğrunda aparılmış ilk irimiqyaslı hərbi əməliyyatın – Bədr savaşının müsəlman iştirakçıları da 313 nəfər olmuşlar.

İmam Mehdinin (ə) silahdaşlarının böyük əksəriyyətini cavanlar təşkil edəcək. Hətta İmam Əli (ə) buyurub ki, onların arasında ahılların sayı gözə çəkilən sürmə və yeməyə tökülən duz qədər az olacaq. Bu şəxslərin hər biri imanın ən yüksək mərtəbəsinə malik, cəsur və qüvvətlidir. Hədislərdə onların hər birində 40 nəfərin gücü toplandığı, aslan kimi qorxusuz, kölə kimi İmam Mehdiyə (ə) sadiq olacaqları, yalnız şəhadət arzusu ilə yaşayacaqları, İmam Hüseynin (ə) intiqamını almaq şüarı ilə çıxış edəcəkləri, gecələr yatmayıb ibadətlə məşğul olacaqları bildirilir. Bəzi rəvayətlərdə deyilir ki, onlar bir-birini bundan əvvəl tanımadıqları halda, Allahın əmri ilə enyi vaxtda möcüzəvi şəkildə öz ölkələrindən hərəkət edib Məkkəyə toplaşacaqlar. İmam Əli (ə) İslam Peyğəmbərinə istinadən buyurmuşdur ki, Mehdinin (ə) silahdaşları bir göz qırpımında dünyanın şərqindən və qərbindən gəlib o həzrətə qoşulacaqlar. Onların sayı tamam olandan sonra İmam Kəbənin yanında öz zühurunu elan edəcək və öz müqəddəs missiyasının icrasına başlayacaq. Rəvayətlərin bir qismində Imamın səhabələrindən 13 və ya 50 nəfərin qadın olacağı da deyilir.

Imamın əksər səhabələrinin əcəm (qeyri-ərəb millətlərindən) olacağı xəbər verilir. Hətta İbn Ərəbi “əl-Fütuhatül-Məkkiyyə” əsərində onların hamısının qeyri-ərəb olduqlarını, amma ərəb dilində danışacaqlarını iddia edir ki, bu da İmamın səhabələri arasında Ərəbistan, İraq, Yəmən, Bəhreyn, Oman, Şam, Misir əsilli şəxslərin olduğunu bildirən hədislərlə ziddiyyət təşkil edir. 313 nəfər müsəlman Şərqinin müxtəlif şəhərlərinə mənsubdur. Elə şəhərlər var ki, oradan cəmi bir nəfər çıxacaq. Bəzi şəhərlərin isə bir neçə (hətta onlarla) sakini bu dəstəyə aid olacaq. Hindistan, Orta Asiya, Afrika əsilli insanlar da bu cərgədə yer tutacaqlar. Hətta onların arasında Qərb (Firəngistan və Əndəlus) müsəlmanlarının da olacağına işarələr vardır. Səhabələrin xeyli hissəsi də İran şəhərlərinə mənsubdur.

Bu şəxslərin bəzilərinin kimliyi hədislərdə açıq şəkildə göstərilir. Məsələn, dörd peyğəmbərin – Həzrət İsa, İdris, Xızr və İlyasın (ə) İmam Mehdiyə (ə) yardım göstərəcəkləri və keçmişdə yaşamış daha 27 nəfər müqəddəsin ilahi əmrlə dirilib o həzrətə qoşulacağı bildirilir. Həmin 27 nəfər bunlardan ibarətdir: 7 nəfər əshabi-kəhf, Həzrət Musa Peyğəmbərin (ə) qövmündən ədalətlə hökm vermiş 15 nəfər mömin, Həzrət Musanın (ə) canişini Yuşə ibn Nun, fironun qövmündən iman gətirmiş mömin, Salmani-farsi, səhabə Əbu Dücanə və Malik Əştər (Biharül-ənvar, 52-ci cild, səh. 346; Təfsiri-Əyyaşi, II, 32).

On ikinci İmamın silahdaşlarının adı, vətəni və hər coğrafi məkandan neçə nəfərin çıxacağı barədə məlumatlar rəvayətlərdə fərqlənir. Bu barədə bir neçə hədis vardır ki, onların hamısının sənədi Həzrət Əliyə (ə) gedib-çıxır. Bu rəvayətlərin fərqli variantları aşağıdakı kitablarda öz əksini tapmışdır: Şeyx Əli Yəzdi Hairi. İlzamün-nasib fi isbatil-hüccətil-ğaib, II, 178-232; Seyyid ibn Tavus. Əl-Məlahim vəl-fitən, səh. 288-294, 376-378; İbn Cərir Təbəriye-səğir. Əd-Dəlail-ül-imamə, səh. 556-560; Mir Mühəmməd Sadiq Xatunabadi. Kəşfül-həqq, səh. 186; Seyyid Mühəmməd Kazim Qəzvini. İmam Mehdi əz vəladət ta zühur; Şeyx Mühəmməd ibn Hübbətullah Trablisi. Əl-Fərəcül-kəbir fil-ğeybə və s.

İmam Mehdinin (ə) 313 nəfər səhabəsi arasında həm Cənubi, həm də Şimali Azərbaycandan onlarla şəxsin olacağı şübhəsizdir. Cənubi Azərbaycana aid olan Xunəc şəhərindən iki, Ərdəbildən bir, Marağadan bir (digər rəvayətə görə üç), Səlmasdan bir, Xoy şəhərindən bir, Təbriz yaxınlığındakı Cabrəvan məntəqəsindən üç nəfər, əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil edən Həmədandan iki, Qəzvindən səkkiz nəfər İmamın qoşununda yer tutacaq. Yuxarıda adını çəkdiyimiz mənbələrdə xatırlanan və Cabir ibn Abdullahın İmam Əlidən (ə) rəvayət etdiyi hədisdə də Azərbaycandan 3 nəfərin çıxacağı bildirilir. O zamanlar Azərbaycan ərazisi şimallı-cənublu vahid anlamda qəbul edildiyi üçün bu üç nəfərin Şimali yoxsa Cənubi Azərbaycana mənsubluğunu qəti şəkildə söyləyə bilmərik. İmam Mühəmməd Baqir (ə) də Həzrət Mehdinin (ə) qiyamında azərbaycanlıların xüsusi rolunu vurğulayaraq buyurmuşdu: “Azərbaycandan elə bir alov qalxacaq ki, onun qarşısında heç nə davam gətirə bilməyəcək” (Nömani. Kitabül-ğeybə, səh. 170; Kamil Süleyman. Yövmül-xilas, səh. 239). İmam Baqir (ə) axirəz-zamanda Həzrət Mehdinin (ə) zühuru üçün hazırlıq rolunu oynayacaq qiyamın Azərbaycanda başlayacağını bildirir və bu zaman bir qədər gözləməyi, Mehdinin (ə) zühur əlamətləri sübuta yetdikdən sonra mübarizəyə qoşulmağı tövsiyə edirdi. Qeyd edək ki, bəzi hədislərdə İmamın səhabələrinin hər birinin ayrı-ayrılıqda adı çəkilir və vətəni xatırlanır.

İmam Mehdinin (ə) silahdaşları sırasında Babül-əbvab Dərbəndə və Tiflisə mənsub şəxslərin də adına rast gəlirik. Rəvayətlərdə Ərməniyyə vilayətindən bir və ya iki nəfərin İmama qoşulacağı xəbər verilir. Məlum olduğu kimi, o zamanlar Ərməniyyə deyərkən Ermənistan, və ya ermənilər yaşayan ərazi olaraq nəzərdə tutulmurdu, bu adla müasir Azərbaycan torpaqlarının  bir hissəsi və əlavə ərazilər (indiki Gürcüstan, Ermənistan, Dağıstan) nəzərdə tutulurdu. Ərməniyyə müsəlman xilafətinin iri inzibati əyalətlərindən biri idi. Bəzi mənbələrdə Dərbənddən Həmədana kimi uzanan torpaqlar Azərbaycan, Arran və Ərməniyyə adlı üç hissəyə bölünür, bəzən isə ümumiləşdirilərək ya hamısı Azərbaycan, ya da Ərməniyyə adlandırılırdı.

Seyyid ibn Tavusun “Əl-Məlahim vəl-fitən” kitabında (səh. 294) Əsbəğ ibn Nübatənin İmam Əli ibn Əbu Talibdən (ə) rəvayət etdiyi hədisdə İmam Mehdinin (ə) silahdaşlarından birinin də Şirvandan olacağı göstərilir. Həmçinin, bəzi mənbələr 313 nəfərdən birinin Bərdədən çıxacağına işarə edir. Qədim Azərbaycan şəhəri Bərdə (ərəb mənbələrində Bərzəə adlanır) Arran vilayətinin paytaxtı idi və bəzən bütün Arran (Şimali Azərbaycan) torpaqlarını Bərdə adlandırırdılar. İbn Cərir Təbərinin (onu məşhur tarix və təfsir müəllifi Təbəri ilə qarışdırmayın; bu, daha sonralar yaşamış alimdir) “Dəlailül-imamə” kitabında İmam Mehdinin (ə) səhabələrindən birinin də Muğan bölgəsinə aid olacağı yazılıb (səh. 557). Həm Şimali, həm də Cənubi Azərbaycanda Muğan məntəqəsi olduğu üçün burada da hansının qəsd edildiyi tam aydın deyil.

İslam.az



Read more
axırıncı dəyişikliklər ( 19.02.13 18:50 )

Leonardo Dikaprio hansı qadağanı istədi? PDF Çap Email
Yazıldı
19.02.13 18:15

Hollivudun məşhur aktyoru Leonardo Dikaprio Tayland hökumətinə müraicət edib. Təbitədə baş verən cinayətlərin ümumbəşər cinayətlərlə bir olduğunu söyləyən tanınmış aktyor, Tayland hökumətindən fil dişi ticarətinin ölkədə qadağan edilməsini istəyib.

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun məlumatına əsasən, Leonardo Dikaprio yaxın dostları ilə birgə təbiəti mühafizə etmək məqsədi ilə baş nazir Yinqluk Şinavatraya məktub göndərib. Məktubda baş nazirdən fillərin qorunması mövzusunda liderlik etməsi dilənib.

faktxeber


Read more
axırıncı dəyişikliklər ( 19.02.13 18:21 )

Kolumbiya Senatının üzvü Xocalı soyqırımını unutmamağa çağırıb PDF Çap Email
Yazıldı
19.02.13 18:06
Alexandra Pirakive: "Bu faciə unudulmamalı və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün səylər göstərilməlidir"
Kolumbiya Senatının Xarici Əlaqələr komitəsinin üzvü, senator Alexandra Pirakive Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti və Milli Məclisin sədrinə məktub ünvanlayıb. Hər iki məktubda senator Alexandra Pirakive qeyd edib ki, Ermənistanın işğalçı qüvvələri tərəfindən 1992-ci ilin 26 fevral tarixində törədilmiş bu qanlı faciənin yad edillməsində Kolumbiya Senatı və xalqı Azərbaycan xalqı ilə həmrəydir.

Senator həmçinin, Kolumbiya Senatının 2012-ci ildə Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi məlum qərarına istinad edərək, bu qərarın Azərbaycan əhalisinə dəstək bildirmək və törədilmiş soyqırımın pislənilməsi məqsədi ilə qəbul olunduğunu vurğulayıb. Senator Alexandra Pirakive məktublarında qeyd edib ki, bu faciə unudulmamalı və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün səylər göstərilməlidir.

Həmçinin, 15 fevral tarixində kolumbiyalı senatorun mətbuat xidməti tərəfindən Xocalı soyqırımı ilə bağlı bu ölkənin mətbuatı üçün məlumat yayılıb.



Read more
axırıncı dəyişikliklər ( 19.02.13 18:14 )

Ötən il Azərbaycan iqtisadiyyatında muzdla çalışanların orta aylıq əmək haqqı 9% artıb PDF Çap Email
Yazıldı
19.02.13 17:50

Ötən il ərzində Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,7% artaraq 396 manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmək haqqı neft sektorunda 1 413,8 manat, qeyri-neft sektorunda 367,9 manat, dövlət bölməsində 332 manat, özəl bölmədə isə 496,3 manat təşkil edib.

 

«Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub», - deyə Komitədən bildirilib.

 

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 222,1 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 373,3 manat təşkil edib.

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 18:06 )

Səfər Əbiyev Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanla görüşüb PDF Çap Email
Yazıldı
19.02.13 17:41
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin bu gün prezident Abdullah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki görüş zamanı ölkələr arasında mövcud olan qardaşlıq münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.

 

Daha sonra S. Əbiyevin Türkiyə müdafiə sənayesi müstəşarının müavini Faruk Özli ilə də görüşü olub.

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 17:48 )

İlham Pirməmmədov Elşad Abdullayevin ittihamlarına cavab verib PDF Çap Email
Yazıldı
19.02.13 17:23
İlham Pirməmmədov: “Həmin iş üzrə istintaqa ifadə vermişəm”

Təhsil Nazirliyinin İcra Aparatının rəhbəri İlham Pirməmmədov Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ittihamlarına cavab verib.

 

Bu barədə sorğunu cavablandıran İ.Pirməmmədov qeyd edib ki, E.Abdullayevin mətbuat vasitəsi ilə yaydığı həmin məlumatlar kökündən yalandır: “Son zamanlar ABU-nun sabiq rektoru Elşad Abdullayev bir sıra kütləvi informasiya vasitələrində müxtəlif sərlövhəli yazılar dərc etdirir. Həmin yazılarda guya mənim Elşad Abdullayevi təcili olaraq yanıma çağırmağım, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alı Qocayevin Elşad Abdullayevə mənim vasitəmlə bir çemodan pul göndərməyim və həmin pulun mənim otağımda sayılaraq onun tərəfindən götürülməsi kimi cəfəng məlumatlar qeyd olunub. Bununla bağlı bildirirəm ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı A.Qocayev mənə heç vaxt pul göndərməyib, mənim xidməti otağımda pul sayılmayıb və tərəfimdən Elşad Abdullayevə pul verilməyib. Göstərilənlər barədə Bakı şəhər prokurorluğunda istintaq olunan cinayət işi üzrə ifadə vermişəm. Elşad Abdullayevin mənim barəmdə kütləvi informasiya vasitələrinə ötürdüyü məlumatlar həqiqətə uyğun deyil və göstərilənlərin hamısı yalan və böhtandır”.

 

İ.Pirməmmədov E.Abdullayev və A.Qocayevlə münasibətlərindən də danışıb: “Elşad Abdullayev və Alı Qocayevlə heç bir yaxın münasibətlərim, o cümlədən qohumluq əlaqələrimiz olmayıb. Güman edirəm ki, Elşad Abdullayevin kütləvi informasiya vasitələrində mənim barəmdə yalan və böhtan xarakterli məlumatlar yaymasının səbəbi ABU-nun fəaliyyətinin dayandırılması prosesində lisenziya komissiyası ilə yanaşı Təhsil Nazirliyinin Aparat rəhbəri kimi mənim də iştirak etməyim olub. Həmin yazı dərc olunduqdan sonra mən bir neçə gün gözlədim ki, bəlkə Elşad Abdullayev həmin məlumatın yalan olması barədə təkzib verər. Lakin o, hələ də qeyd olunanların yalan olması barədə təkzib verməyib. Bu səbəbdən özüm sizin vasitənizlə bir daha bildirirəm ki, mənimlə bağlı kütləvi informasiya vasitələrində təsvir olunan hadisə olmayıb və göstərilənlər həqiqətə uyğun deyil. Göstərilənlərlə bağlı Elşad Abdullayevdən təkzib verilməsini tələb edirəm”. /Apa/

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 17:33 )

Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə müraciət edib PDF Çap Email
Yazıldı
19.02.13 17:04

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Şahdağ Qış-Yay Turizm Kompleksinə gələn turistlərlə bağlı turizm şirkətlərinə müraciət edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çərşənbə axşamı jurnalistlərə bildirib ki, turizm şirkətlərinə müraciət edərək kompleksə gələcək insanlarla bağlı bəzi məlumatların onlara əvvəlcədən, yəni səfər qabağı bildirilməsini istəyiblər.

"Biz müraciət edərək bildirmişik ki, şirkətlər əvvəlcədən gələn insanların sayı, çəkisi, boyu, ayağının ölçüsünü dəqiqləşdirsinlər. Çünki orada hər adama xidmət 40 dəqiqə vaxt aparır", - nazir deyib.

O bildirib ki, ötən həftənin şənbə və bazar günləri Şahdağ Qış-Yay Turizm Kompleksinə 2 min insan gəlib.

"Biz bu kompleksi işləri tam qurtarmamış açmaq fikrində deyildik. Sadəcə, müəyyən bir hissəsini açdıq və burada cəmi 40 otaq var. Bu, təkcə şənbə və bazar günləri gələn 2000 adamı yerləşdirməyə kifayət etmir. Təxminən 600-700 xizək var", - Qarayev deyib.

O bildirib ki, xizəklə sürüşmək çox məsuliyyətli və travmatik idman növüdür. Ona görə də qonaqların hər birinə məsuliyyətlə yanaşılır.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 17:22 )

Ermənistanda ATƏT müşahidəçilərinin tədbirinə basqın PDF Çap Email
Yazıldı
19.02.13 16:49

Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistan paytaxtında keçirdiyi mətbuat konfransı zamanı insident baş verib.

 

APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, vətəndaş cəmiyyətini təmsil edən 20-30 nəfərdən ibarət qrup mətbuat konfransı keçirilən zala daxil olaraq müşahidəçiləri seçkilərə verdikləri ilkin qiymətdən imtina etməyə çağırıblar.

 

Əlində plakatlar tutan fəallar “Cinayətkarları müdafiə etməyin!”, “Neçəyə satılmısınız?!”, “Seçkiləri legitimləşdirərək cinayətkar rejimin iştirakçısına çevrilirsiniz!”, “Rədd olun!” deyə qışqırıblar.

 

Müşahidəçilər vəziyyətin sakitləşməsi üçün mətbuat konfransını dayandırmaq məcburiyyətində qalıblar.

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 16:52 )

İranın müdafiə naziri İsraili hədələyib PDF Çap Email
Yazıldı
19.02.13 15:22

İranın müdafiə naziri Əhməd Vəhidi İsrailin ünvanına hədələyici bəyanat səsləndirilib. Bu barədə Trend çərşənbə axşamı ISNA agentliyinə istinadən məlumat verir.

"Ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Həsən Şaterinin öldürülməsinə cavab olaraq qisas almaq hüququ var", - Vəhidi qeyd edib.

Onun sözlərinə görə, ölən general "Sepah"ın mənzil-qərargahının yenidən qurulması üzrə işlərə başlçılıq edirmiş.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 15:25 )

Azərbaycanda məhdud məkanlarda xüsusi hərbi rejim tətbiq oluna bilər PDF Çap Email
Yazıldı
19.02.13 15:01
Zərurət olduğu halda məhdud məkanlarda xüsusi hərbi rejimin tətbiq olunması və hərbi şəraitdə informasiya imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklər gözlənilir

Azərbaycanda zərurət olduğu halda məhdud məkanlarda xüsusi hərbi rejimin tətbiq olunması və hərbi şəraitdə informasiya imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklər gözlənilir. Milli Məclisdən Apa-ya daxil olan məlumata görə, bununla bağlı “Hərbi vəziyyət haqqında” qanuna əlavə və dəyişikliklər edilə bilər.

 

Qanuna yeni maddənin daxil edilməsi və mövcud 11-ci maddənin yeni variantda qəbulu gözlənilir. Təkliflər yaxın zamanlarda parlamentdə müzakirəyə çıxarıla bilər.

 

Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Apa-ya açıqlamasında bildirib ki, belə bir dəyişiklik mümkündür və realdır: “Hazırda Qarabağ ətrafında vəziyyət xeyli gərginləşib. Ermənistanda Serj Sarkisyanın növbəti 5 ildə də hakimiyyəti ələ keçirməsi sübut edir ki, konflikt sülh vasitələri ilə tənzimlənməyəcək. Müharibə şəraitinin davamı olaraq Xocalı aeroportunun istifadəsinə cəhd göstərməklə Azərbaycanı provokasiyaya cəlb etmək açıq şəkildə kütləvi silahlı toqquşmaya qərar vermək deməkdir.

 

Ermənistan təyyarəsinin vurulmasının sonucu və hava məkanımız uğrunda savaş 2-ci Qarabağ müharibəsinin başlanması deməkdir. Belə olan halda ölkə müəyyən lokal zonada hərbi vəziyyətin elan olunmasına əl atmalıdır. Azərbaycan beynəlxalq informasiya sistemləri ilə əlaqələrini daha da intensivləşdirməli, eyni zamanda “Hərbi vəziyyət haqqında” qanuna bir sıra dəyişikliklər etməklə, Qarabağ ətrafında hərbi vəziyyət elan etməyə dair əsaslarımızı formalaşdırmalıyıq”.

 

Z. Oruc vurğulayıb ki, bu məsələ xüsusilə uçuş zolağında hərbi vəziyyət şərtlərini tətbiq edilməsi deməkdir: “Bu, eyni zamanda həmin şəraitdə informasiya sistemlərinə məlumatların çıxış imkanlarına dövlətin xüsusi nəzarətinin tətbiq olunmasına da gətirib çıxaracaq. Biz ermənilərin ehtimal olunan təhlükəli addımlarını gözləmədən müşahidəçi mövqedən qabaqlayıcı tədbirlərə keçməliyik”.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 15:04 )

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını xarici siyasət konsepsiyasının əsas prioritetlərindən biri elan edib PDF Çap Email
Yazıldı
19.02.13 14:54
Moskva Dağlıq Qarabağ münaqişəsinin Rusiya, Fransa və ABŞ prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarında əksini tapmış prinsiplər əsasında həllinə dəstək verəcək

MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Rusiyanın xarici siyasətinin əsas regional prioritetidir. Bu barədə Rusiya prezidenti tərəfindən təsdiqlənən və XİN-in saytında yerləşdirilən “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası”nda deyilir.

 

Konsepsiyada bildirilir ki, Rusiya beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi ümumi təhdid və təhlükələrə birgə cavab da daxil olmaqla, MDB ölkələri ilə qarşılıqlı təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edəcək: “Birinci dərəcəli vəzifə Əfqanıstan ərazisindən qaynaqlanan bu təhlükələrin neytrallaşdırılması, Orta Asiya və Zaqafqaziyada sabitliyin pozulmasına yol verilməməsidir”.

 

Sənədə əsasən Rusiya Zaqafqaziyada yaranmış siyasi reallıqları nəzərə almaqla Gürcüstanla o sahələrdə əlaqələrin normallaşdırılmasına hazırdır ki, buna gürcü tərəfi hazır olsun.

 

Konsepsiyada bildirilir ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarında əksini tapmış prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcək.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 15:01 )

Mədət Quliyev Gülər Əhmədovanın səhhətinin ağırlaşması barədə məlumatlara münasibət bildirib PDF Çap Email
Yazıldı
19.02.13 14:31
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi, general-mayor Mədət Quliyev Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq millət vəkili Gülər Əhmədovanın səhhətinin ağırlaşması barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib.

Bu barədə Apa-nın sorğusunu cavablandıran M. Quliyev qeyd edib ki, G. Əhmədovanın səhhətində heç bir problem yoxdur və o, müalicə müəssisəsinə köçürülməyib: “Bu barədə mətbuatda yayılan məlumatlar doğru deyil”.

 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə  köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.

 

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 14:51 )

Ağ Evdə Azərbaycan torpaqlarının işğalı ilə bağlı müzakirələrin keçirilməsi üçün tələb olunan 100 000 səsə az qalıb PDF Çap Email
Yazıldı
19.02.13 01:51
Dostxeber.com xəbər verir ki, müraciətin mətnində Azərbaycan ərazilərinin 20%-nin uzun illər ərzində Ermənistan tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən yerinə yetirilməyən 4 qətnaməsi (№ 822, 853, 874, 884), həmçinin erməni təcavüzündən əziyyət çəkən yüz minlərlə qaçqın və məcburi köçkünlər haqqında yazılıb.





Biz də öz oxucularımızı həmin müraciətə imza atmağa dəvət edirik. Müraciət yanvarın 23-də yayımlanıb və tələb olunan 100 000 imzadan 98000-i artıq toplanıb.

Ağ Evin saytındakı müraciətə imza atmaq üçün sadə qeydiyyat proseduru tələb olunur. Bu, sizin bir neçə dəqiqədən artıq vaxtınızı almayacaq. (Qeydiyyat burada)



1. Bu keçidə daxil olaraq elektron poçt ünvanınız, adınız və soyadınız olan bölmələri doldurun;
2. Bir neçə dəqiqədən sonra sizin poçtunuza Ağ Ev saytının administrasiyasından dərhal parol və istifadəçi adı olan məktub gələcək. İstifadəçi adı sizin elektron poçt ünvanınız olacaq.
3. Bu keçidə daxil olmaqla, Ağ evin saytında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qaçqınlar və məcburi köçkünlər məsələsinin konqresin gündəliyinə salınması barədə ABŞ prezidenti Barak Obamaya edilən müraciətə imza atmağa dəvət edirik.



Read more
axırıncı dəyişikliklər ( 19.02.13 02:02 )

Əbülfəz Elçibəyin qardaşı oğlu Əli Kərimlini əmisini zəhərləməkdə və İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham edir PDF Çap Email
Yazıldı
19.02.13 00:46
“Əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etdi”

Əbülfəz Elçibəyin qardaşı oğlu, “Milli İdeya Naminə” Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri Hürrü Əliyev bu gün mediaya və ictimaiyyətə müraciət ünvanlayıb.

H. Əliyev APA-ya göndərdiyi müraciətində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin əmisi Əbülfəz Elçibəyin zəhərlənməsində iştirak etdiyini iddia edib.

 

O bildirib ki, əmisinin zəhərlənməs ilə bağlı ona hələ Ə. Elçibəyin ölümündən dərhal sonra bildiriblər: “Azəri-Türk” Qadınlar Cəmiyyətinin Türkiyə təmsilçisi, eyni zamanda  Əbülfəz Elçibəylə yaxın münasibətlərdə olmuş Sevgi Erenerolla 2000-ci ilin avqust ayının 22-də əmim Əbülfəz Elçibəyin dəfn mərasimindən sonra evimizdə söhbət edirdik. O, Gülhanə Tibb Akademiyasının həkimləri ilə söhbətlərindən əmim Əbülfəz Elçibəyin  zəhərlənməsi ilə bağlı onda şübhələr yarandığını dedi. Hətta Qabil hoca adlı  hərbi həkimin əmimin istifadə etdiyi hər hansı bir əşyasının ona gətirilməsini xahiş etdiyini bildirmişdi. Sevgi Erenerol bizdən bunu istəyəndə o, dönəmdə bu məsələyə bir qədər soyuq yanaşıldığı üçün əmimin hən hansı əşyasını əldə edib ona təqdim edə bilmədik. Onu da qeyd etmək istəyirəm ki,  Sevgi Erenerolla  söhbətlərimizdə o, dəfələrlə Əli Kərimlinin adı gələndə onu «ajan» adlandırmış, hətta əmimin sağlığında  özünü Əli Kərimlidən qorunması barədə ona dəfələrlə xəbərdarlıq etdiyini bizə bildirmişdi”.

 

H. Əliyev qeyd edib ki, həmin dövrdə əmisinin zəhərlənməsi ilə bağlı mətbuatda yazılsa da, buna ciddi əhəmiyyət verməyib: “Lakin əmimin zəhərlənməsi ilə bağlı Bakı şəhər prokurorluğunda istintaq getdiyi dövrdə, yəni təxminən 2012-ci ilin oktyabr ayının əvvələrində Əli Kərimli atamın yaşadığı evə gələrək, böyük narahatçılıqla atamdan istintaqın dayandırılmasını israrlı şəkildə xahiş etdi. Bu, məndə ona olan şübhələri artırdı. Mən bunları istintaqa verdiyim ifadəmdə də göstərmişəm”.

 

H. Əliyev daha sonra Əbülfəz Elçibəy Kələkidə olarkən, ona Türkiyədən 100 min dollar göndərildiyini, həmin vəsaitin də Əli Kərimli tərəfindən mənimsənildiyini iddia edib: “ Əmim ona şəxsi ehtiyaclarını ödəmək üçün Türkiyədən göndərilmiş 100 000 ABŞ dollarını bütövlükdə Əli Kərimliyə verdi və bunu partiyanın inkişafına, partiya üzvlərinin müəyyən ehtiyaclarının qarşılanmasına sərf etməsini tapşırdı. Amma Əli Kərimli həmin pulu, yəni  100 000 ABŞ dollarını Rusiyada biznes fəaliyyəti ilə məşğul olan yaxınlarına vermişdi”.

 

H. Əliyev qeyd edib ki, o, Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu illərdə İran xüsusi xidmət orqanlarının yazışmalarının əks oldunduğu arayış əldə edib. Həmin arayışlarda İranın Azərbaycanla bağlı planları əksini tapıb: “O zamankı səfir Nəhavəndiyan müşavirləri ilə keçirdiyi iclasda Azərbaycan rəhbərliyinin qonşu İran dövlətinin böyüklüyünü dərk edərək ona tərəf üz çevirməsi, Türkiyə siyasətinin Azərbaycanda puça çıxması, İranın nüfuzunun artması, bu imkanı əldən verməmək üçün Azərbaycana hümanitar yardım kimi ərzaq və başqa istehlak malları göndərilməsi, Azərbaycan rəhbərliyinin siyasətdə naşı olmasından istifadə edərək bu dövlətə vizasız gediş-gəlişin mümkünlüyünü deyib. Onların planlarına həmçinin Naxçıvan və Lənkəranda İranın baş konsulluqlarının açılması, İran televiziya proqramının birbaşa  Azərbaycan televiziya kanallarının birində göstərilməsi, bəzi rayonlarda İranın dini məktəblərinin və mədrəsələrinin açılması, Azərbaycanın ali və orta təhsil ocaqlarında iranlıların təhsil alması, yerli həkimlərin müqavilə əsasında İrana işləməyə göndərilməsi kimi məsələlər də olub. Həmin sənədlərdə göstərilir ki, onlar bu işləri görmək üçün Əli Kərimli və İsa Qəmbərlə işləmək tapşırığı alıblar. Bunu isə Azərbaycanın dövlət katibi Əli Kərimli və Milli Məclisin sədri İsa Qəmbərin prezident Əbülfəz Elçibəydən daha nüfuzlu hesab etmələri ilə əsaslandırırlar. İranlılar bildirirlər ki, bütün siyasi məsəlləri bu iki şəxs həll edir, bu baxımdan  həmin  iki şəxslə əlaqələrin möhkəmləndirilməsi vacibdir”.

 

H. Əliyev qeyd edir ki, o, həmin vaxtla bağlı daha bir sənəd əldə edib: “Azərbaycan-İran münasibətlərində siyasi gərginlik yaranarsa, «Naxçıvan» məsələsinin ortaya atılması məzmununda  tərtib olunmuş 2 vərəqədən ibarət arayış da aşkar etdim. Həmin sənədlə bir daha təstiq olunurdu ki, Əli Kərimli həmin dövrlərdən başlayaraq əmimi həm ölkə daxilində, həm də ölkədən kənarda nüfuzdan salmağa cəhdlər edib, Bütöv Azərbaycan ideyalarına görə İranın əmim Əbülfəz Elçibəyə qarşı  münasibətlərinin  birmənalı olmamasından yararlanaraq, hakimiyyət uğrunda apardığı mübarizədə öz məqsədlərinə nail olmaq üçün İran dövlətinin köməkliyindən istifadə edib. İran dövləti isə bunun nəticəsində  həmin dövrdə müəyyən məqsədlərinə nail olmaq  üçün konkret hərəkətlər  edərək müəyyən nailiyyət əldə edib. Mən əldə etdiyim həmin sənədləri də  araşdırma aparılması üçün istintaqa təqdim etmişəm”.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 19.02.13 01:00 )

İbrahim Tatlısəs: "Kim nə qədər TÜRKSƏ məndə o qədər TÜRKÜM. Kim nə qədər Kürtsə mən də o qədər Kürdəm." PDF Çap Email
Yazıldı
19.02.13 00:21
Məhşur sənətçi İbrahim Tatlısəs, Twitterdə barış mesajı verməyə davam edir...
Dostxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İbrahim Tatlısəs, Kürd probleminin həlli üçün aparılan İmralı müzakirələri ilə əlaqədar açıqlamalarını ictimai media üzərindən davam etdirir...

Dünən Erbildən bir uşağın söylədiyi mahnıni dinlərkən gözyaşlarını saxlaya bilməyən İbrahim Tatlısəs bu dəfə twitter vasitəsi ilə barış çağırışı etdi.

Kürd əsilli sənətçi twitterdə bu mesajı verdi:  "Kim nə qədər TÜRKSƏ məndə o qədər TÜRKƏM. Kim nə qədər Kürtsə mən də o qədər Kürdəm."





Read more
axırıncı dəyişikliklər ( 19.02.13 00:38 )

Ermənistan müxalifəti prezident seçkilərinin nəticələrilə razı deyil PDF Çap Email
Yazıldı
19.02.13 00:03

Prezidentliyə namizəd Raffi Ovannisyanın seçkiöncəsi qərargahının nümayəndəsi bildirib ki, Serj Sarkisyanın 58 faiz səs alması haqqında exit-poll-un məlumatına inanmır.
Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, Ovannisyanın qərargahının nümayəndəsi Armen Martirosyan deyib ki, bu göstəricilərə tamamilə inanmır.

The Gallup Organization tərəfindən keçirilmiş exit-poll-un nəticələrinə görə, "İrs" partiyasının sədri R.Ovannisyan səslərin 32 faizini yığıb.

Digər namizədlər hələ vəziyyətlə bağlı mövqeyini açıqlamır.

Ermənistanda dövlət başçısı postu uğrunda yeddi namizəd mübarizə aparıb. Bunlar hazırki prezident, hakim Respublika Partiyasının lideri Serj Sarkisyan, "İrs" partiyasının sədri Raffi Ovanisyan, Ermənistan Milli Konqresindən ayrılmış "Azadlıq" Partiyasının lideri, keçmiş baş nazir Hrant Baqratyan, Paruyr Ayrikyan, Arman Melikyan, Vardan Sedrakyan və Andrias Qukasyandır.

 

 

 

 

Read more


Bazar ertəsi 18 Fevral 2013

Heydər Əliyev Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir PDF Çap Email
Yazıldı
18.02.13 20:26

Heydər Əliyev Mərkəzi Azərbaycan tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə daha geniş yayılması istiqamətində bir sıra tədbirlərə başlayıb. Bu məqsədlə ilk olaraq Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə faciə qurbanlarının xatirəsinə həsr olunan bukletlər nəşr edilib. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri vasitəsi ilə yayılacaq “Xocalı soyqırımı” adlı bu nəşrdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi insanlıq əleyhinə cinayət-soyqırımı, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə faktlar öz əksini tapıb.

Bununla yanaşı, Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdəki 15-dək diplomatik nümayəndəliyində foto sərgilərin təşkili nəzərdə tutulur. Bu sərgilərdə 1992-ci il fevralın 26-da Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı törədilmiş soyqırımını əks etdirən fotolar, bu barədə dünya mətbuatında yayımlanmış materiallar təqdim edilir.

Mərkəzin təşəbbüsü ilə ölkədən kənarda təşkil olunan sərgi və dəyirmi masalarda Ermənistan silahlı qüvvələrinin Xocalıda uşaq, qadın və qocaları işgəncələrlə qətlə yetirməsinə dair fotolarla yanaşı, faciəyə həsr olunan film də  nümayiş etdiriləcək.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 18.02.13 20:33 )

Mübariz Mənsimov: "Qeyd edim ki, "Palmali Holdinq"in tək sahibi mənəm. Başqa ortağım isə yoxdur." PDF Çap Email
Yazıldı
18.02.13 19:54
Dostxeber.com "Palmali" şirkətlər qrupunun yaradıcısı və sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin "Hürriyet" qəzetinə verdiyi müsahibəni kiçik ixtisarlarla təqdim edir:

-İlk şirkətinizi 3 dostunuzla birlikdə qurduğunuz deyilir...
- Bəli, bu belədir... İndi o dostlarımdan biri hələ də bizimlədir. Holdiqin idarəçiliyində təmsil olunsa da, hissəyə sahib deyil. Qeyd edim ki, "Palmali Holdinq"in tək sahibi mənəm. Başqa ortağım isə yoxdur.

- Holdinqinizin mərkəzi harada yerləşir?
- Mən İstanbulda yaşadığım üçün hamı mərkəzin burada olduğunu düşünür. Amma bizim holdiqin quruluşu bir az fərqlidir. Rusiya, Ukrayna, Türkiyə və Azərbaycanın özünə məxsus müstəqil quruluşları var. Bizim bütün şirkətlərimiz Maltada birləşir. Yəni holdinqimizin mərkəzi əslində Maltada yerləşir. Orada sadəcə idarəçilik və maliyyə işlərini aparan ofisimiz var. Hər ölkədəki şirkət isə həmin ölkənin qanunlarına uyğun olaraq vergi ödəyir.

- Şirkətinizdəki ortaqlarla bağlı çoxlu söz-söhbəltər gəzir... Bu haqda nə deyərdiz?
- Bir daha qeyd edirəm ki, bu şirkətin yeganə sahibi mənəm. Şirkətin adını da hələ bizimlə çalışan prezident yardımçısı Nuray Perker adlı əməkdaşımız qoyub. O, Robinzon Kruzonun romanındakı palmaya bənzər bir ağacın adından ilhamlanaraq ad fikirləşibş. Əslində biz “Palmolive”ə oxşar ad qoyacaqdıq. Amma bu adın hüquqları bütün dünyada artıq alınıb. Ona görə də "Palmali" adı qoymağa qərar verdik. Həm ortaqlıq, həm də şirkətin aında hər hansı gizli bir məqam yoxdur. “Palmali”nin dünyada tək ortağı var, o da mənəm. Mənim də arxamda Allahdan başqa, heç kəs yoxdur.

- Bəzi dövlət nazirləri ilə ortaqlığınız səbəbindən qısa müddətdə şirkətinizin böyüdüyü deyilir...
- 45 yaşım var. Şanslı və sürətli bir həyat yaşamışam. Bu cür yaşamağa hələ də davam edirəm. Düzdür, bu günlərə tək başıma gəlməmişəm. Bunu qəbul edirəm. Bu yerlərə komandamla gəlib çıxmışam. Azərbaycan da daxil olmaqla, dünyada heç bir dövlət başçısı, dövlət məmuruyla ortaq iş görməmişəm. Dostlarım ola bilər... Kimləsə dostluğum da ola bilər. Amma heç vaxt ortaqlığım olmayıb, olmayacaq da.

- Hazırda holdinqdə neçə gəminiz var?
- İşlətdiyimiz və öz mülkümüz olan 270-dən artıq gəmimiz var. Dünyada gəmi sayına görə şirkətlər arasında ilk 5-likdə olduğumuzu rahat şəkildə deyə bilərəm. Daşınan tonnajın həcminə görə isə dünyada liderik. Keçən il 127 milyon ton yanacaq və yanacaq məhsulları daşımışıq. Bu baxımdan bizlə rəqabət apara biləcək şirkət tanımıram.

- "Palmali" dünyanın ən böyük şirkətlərindən biri hesab olunur... 2012-ci il sizin üçün necə keçdi?
- 2012-ci il bizim ən uğurlu ilimiz oldu. Bu il ən bol qazanclı, ən gəlirli ilimiz idi. Şirkətimizin gəliri ilə bağlı rəqəm açıqlamam düzgün olmaz. Amma bir örnək verə bilərəm. Logistikada ən ucuz məhsulun tonu 5 dollara daşınır. Yanacağın da daşınma qiyməti fərqlidir. Dünyada dənizçilik bitdi deyiləndə, biz 12 gəmi aldıq. 2012-ci ildə 127 milyon ton xam yanacaq və yanacaq məhsulu daşımışıq. Bu il isə bu rəqəmi 135 milyon tona çatdıracağıq.

- Niyə məhz İstanbulu seçmisiz?
- Türkiyəni çox sevirəm. Bunu hamı bilir. Bakı da mənimçün dünyanın ən önəmli şəhərlərindəndir. İstanbul işimiz üçün ideal yerdir. Boğazdan keçən gəmilərimizi görə bilirəm. Gündə təxminən 10-15 gəmimiz boğazdan keçər.

- İşçilərinizin sayı nə qədərdir?
- Bütün dünyada 45 min, Türkiyədə isə 3 minə yaxın əməkdaşımız var.

- Avtomobillərə olan marağınızdan da danışırlar...
- Əslində, bu düz deyil. 5 ildə bir avtomobil dəyişirəm. İndiki maşınım “Range Rover”dir. Sürücüm də yoxdur, özüm sürürəm. Düzdür, bəlli bir qarajım var, amma böyük bir maşın kolleksiyam yoxdur. Saymamışam, amma harda evim varsa, orda bir avtomobilim var. Lakin mənə aid 10-11 maşınım, 5 gəmim var.

- Türkiyədə “Buggatti”nin tək sizdə olduğunu deyirlər?
- Xeyr, o "Bugatti" mənim deyil, qardaşımındır. O, mənə oxşayır deyə, avtomobilinin də mənə aid olduğunu yazırlar. Onun özünəməxsus avotomobil sevdası var. Maarif Mənsimov gəncdir, belə şeylərə də marağı böyükdür.

- Haqqınızda deyilənlərdən narahat olursunuzmu?
- Xeyr. Allah insana dil verib, sümük verib. Sizə açığını deyirəm. Bütün bunlara gülürəm. Bəzi insanlar onlar haqda yazılanlardan narahat olurlar, amma mən yox. Niyə narahat olum ki, məni işdən çıxaracaqlar?






Read more
axırıncı dəyişikliklər ( 18.02.13 20:36 )

Azərbaycan prezidenti Qazaxda avtomobil yolunun tikintisinə 6,9 milyon manat ayırıb PDF Çap Email
Yazıldı
18.02.13 19:48

Azərbaycan prezidenti İlham Əliyev Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Dostxeber.com-un məlumatına görə, iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 6,9 (altı milyon doqquz yüz min) milyon manat ayrılıb.

 

 

 

 

Read more

Azərbaycanda özünü MTN-in əməkdaşı kimi təqdim edən şəxs ifşa olunub PDF Çap Email
Yazıldı
18.02.13 19:25
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsi ifşa edib.

Baş Prokurorluğun mətbuat xidmətindən məlumatda bildirilir ki, əvvəllər törətdiyi dələduzluq cinayətlərinə görə məhkum olunmuş Bağırov Bəxtiyar Əlisa oğlu Bakı şəhər sakini İsmayılov Namiq Rəhim oğlunu guya Milli Təhlükəsizlik Nazirliyinin nəzdində yaranacaq “ASAN Xidmət” Mərkəzinə işə düzəltmək barədə yalan vəd verərək ondan əvvəlcə 2 500 manat, sonra isə mərkəzin tikintisində qalmış bəzi təmir işlərinin yekunlaşdırılması məqsədilə daha 3 800 manat pulunu aldatma yolu ilə ələ keçirib dələduzluq edib.
Öz cinayətkar fəaliyyətini davam etdirən B. Bağırov Bakı şəhər sakini Vəliyev Niyazi Şaiq oğlunun da etibarından sui-istifadə edərək sonuncuya bacısı Əhmədova Aygün Şaiq qızının Ali Məhkəməyə hakim köməkçisi vəzifəsinə işə təyin etdirəcəyi barədə yalan vəd verərək 65 000 manat pulunu almaqla özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq edib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə)  maddəsi ilə cinayət işi başlanıb. /Apa/

 

 

 

 

 

Read more

Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqlandı PDF Çap Email
Yazıldı
18.02.13 19:20
Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqlandı. Mərkəzdən Trend-ə daxil olan məlumata görə, Heydər Əliyev Mərkəzinin loqosunun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımları ehtiva edir. Gümüşü rəng liderlik, mübarizə, dinamika, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın regionda liderliyini, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, ölkədəki dinamik inkişafı və aydın sabahı, keçmişin ənənələrini, vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə addımlarını xarakterizə edir.

Heydər Əliyev Mərkəzinin loqosu Mərkəzin üzərinə qoyulmuş vəzifələrin rəmzi təsviri olmaqla, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını da tərənnüm edir.

Bu şüar isə "GƏLƏCƏYƏ DƏYƏRLƏRLƏ"dir.

Məlumatda qeyd olunub ki, bu gün Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir. Bununla yanaşı, müasir Azərbaycan artıq regional müstəvidən çıxaraq beynəlxalq aləmdə yürütdüyü siyasəti, iqtisadi inkişafı və ölkədəki islahatları ilə seçilir. Etibarlı tərəfdaş olan Azərbaycan qəbul edilmiş proqramlar, icra edilmiş layihələrlə uğurlu inkişafı təmin edir.

Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan müasir və qüdrətli ölkədir. Ölkə gələcəyə dinamik inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyevlə başlayan bu yol bu gün də davam edir.

Qarşıda bir məqsəd var - Azərbaycanı daha da inkişaf etmiş ölkəyə çevirmək və Azərbaycanı dünyada geniş miqyasda tanıtmaq.

Azərbaycan dəyərlərə sahib olan ölkədir. Milli-mənəvi sərvətə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna, vətəndaşa dəyər dövlətin əsas prioritetidir. Bu gün Azərbaycan həm də innovativ texnologiyaların tətbiqi və müasir dünyaya inteqrasiyası ilə seçilir.

Müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyevlə tanındı. Təsadüfi deyil ki, bu gün onun adını daşıyan mərkəz - Heydər Əliyev Mərkəzi də müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını, eləcə də ümummilli lider Heydər Əliyevin Azərbaycana həsr olunmuş ömrünü, dövlət və xalqı nurlu gələcəyə doğru aparan siyasətini simvolizə edir.

Heydər Əliyev Mərkəzinin simvolu-loqosu da məhz bu ideyadan yarandı. Mərkəzin loqosu da Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini simvolizə edir.

 

 

 

 

 

Read more

MSK sədri Məzahir Pənahov prezident seçkilərindən danışdı PDF Çap Email
Yazıldı
18.02.13 18:13
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Məlumatına görə, iclasda MSK-nın 2012-ci il 27 dekabr tarixli protokolu təsdiq edilib, bəzi seçki komissiyalarının tərkibinə dəyişiklik edilib və cari məsələlər müzakirə olunub.

53 saylı Quba-Qusar seçki dairəsinin üzvü vəfat etdiyi üçün yeni üzv seçilib. Bundan əlavə, 30 saylı Suraxanı, 41 saylı Sumqayıt-Abşeron, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir, 121 saylı Laçın seşki dairəsi üzrə, 76 saylı Lənkəran, 71 saylı Masallı və s. dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

"MSK ölkədə dairə seçki komissiyaları üzrə maarifləndirmə-monitorinq tədbirləri keçirib. Hazırda monitorinqin nəticələri araşdırılır və yaxınlarda nəticələr məlum olacaq, - MSK sədri Məzahir Pənahov iclasda çıxışı zamanı deyib. - Ümumiyyətlə deyə bilərəm ki, nəticələr yüksək qiymətləndirilə bilər, çünki format yaxşı işlədi. Eyni zamanda, Seçki Məcəlləsinə uyğun olaraq proseslərin idarə olunması yerlərdə komissiya üzvlərinə çatdırılıb. Monitorinqin nəticələrinə əsasən demək olar ki, artıq dairələrin fəaliyyətində ciddi dəyişiklik və irəliləyiş var".

O bildirib ki, 2007-ci ildən bəri dairə seçki komissiyalarının texniki bazası gücləndirilib, xüsusilə, bu il ölkədə prezident seçkilərinin keçiriləcəyi ilə əlaqədar müxtəlif istiqamətlərdə maarifləndirmə tədbirləri həyata keçiriləcək.

Pənahovun sözlərinə görə, məntəqə seçki komissiyalarında seçicilərin siyahıya alınması başa çatıb və yaxın zamanlarda dairə seçki komissiyaları üzrə də bu prosesə başlanılacaq.



Read more

Şəffaf və Narın telefon gəlir PDF Çap Email
Yazıldı
18.02.13 03:46
Dostxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tayvanda bir firma şəffaf cib telefonu çıxarmaq üçün işlər icra edir.

Tayvan mərkəzi bir texnologiya firması ilin sonuna qədər şəffaf cib telefonu çıxaracağını vəd etdi.

Şirkət şəffaf multi-touchu indidən satışa çıxarmağa başladı. Şüşə texnologiyasından faydalanan şirkət görünüş çıxarmaq üçün likit kristal molekulları istifadə edir.

Telefonda elektrik cərəyanı şəffaf tellərin köməkliyi ilə ediləcək.

Telefonun sim kart, SD kart, kamera, mikrofon kimi parçaları hələ şəffaf deyil. Şirkət daha kiçik bir lityum iyon batareya üçün də işlərini davam etdirir.

Telefon inkişaf etdirildikdən sonra arxası və ön senssr ekran olacaq.







Read more
axırıncı dəyişikliklər ( 18.02.13 03:57 )


Bazar 17 Fevral 2013

Rusiya XİN rəhbəri və ABŞ-ın dövlət katibi Suriya məsələsini müzakirə ediblər PDF Çap Email
Yazıldı
17.02.13 22:41

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerrinin bazar günü baş tutmuş telefon danışığında Suriya probleminin nizamlanması əsas müzakirə mövzusu olub. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda bildirilir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin informasiya və mətbuat departamenti xəbər yayıb.

"Nazirlə dövlət katibinin söhbətində tərəflərin güc tətbiqini dayandırması, hakimiyyətlə müxalifətin dialoqa başlaması kontekstində Suriya probleminin nizamlanması ətrafında fikir mübadiləsi aparılıb" - deyə Rusiya XİN-in məlumatında deyilir.

Bundan başqa, Rusiya tərəfinin təşəbbüsü ilə bir müddət öncə KXDR tərəfindən keçirilmiş nüvə sınağı baxımından şimal-şərqi Asiyadakı vəziyyət müzakirə olunub.

"Hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri hər zaman bu və ya digər beynəlxalq məsələlər, həmçinin, ikitərəfli münasibətlər üzrə əlaqə saxlamaq və yaxın vaxtlarda görüş keçirmək barədə razılığa gəliblər" - deyə məlumatda bildirilir.

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 17.02.13 23:07 )

Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Platin" Qələm Mükafatının təqdimatı keçirilib PDF Çap Email
Yazıldı
17.02.13 01:36
Bu gün Milli Qəhrəman Çingiz Mustafayev Fondu, "ANS Qrup"a daxil olan VMF, həmçinin tanınmış "Caran d`Ache" şirkətlərinin təşkilatçılığı ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Azərbaycanlıyam!" məhdud saylı "Platin" Qələm Mükafatının təqdimat mərasimi keçirilib. Dostxeber.com-un məlumatına görə, mükafat Azərbaycana layiqincə xidmət göstərən ölkənin görkəmli şəxslərinə təqdim olunub. Qələmin üzərinə "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" ifadəsi yüksək sənətkarlıq və zövqlə əks etdirilib.

Mükafatlar "ANS Qrup"un prezidenti Vahid Mustafayev və "Caran d`Ache" şirkətinin baş direktoru Silvio Laurenti tərəfindən təqdim edilib. Mükafata layiq görülənlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, SSRİ xalq rəssamı Tahir Salahov, xalq artisti Polad Bülbüloğlu, xalq yazıçısı Çingiz Abdullayev, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov, SSRİ xalq artisti Zeynəb Xanlarova, xalq rəssamı Ömər Eldarov, Fəxri neftçi Xoşbəxt Yusifzadə, xalq artisti Şəfiqə Məmmədova, kinorejissor Eldar Quliyev, kibernetika alimi Lütfi Zadə, xanəndə Alim Qasımov, teatr rejissoru Aleksandr Şarovski, kaman ustası Habil Əliyev, xalq şairi Vaqif Səmədoğlu, pianoçu Fərhad Bədəlbəyli, əməkdar jurnalist Mais Məmmədov, futbolçu Ələkbər Məmmədov və yazıçı-publisist Elmira Axundova olub.

Qeyd edək ki, tanınmış "Caran d`Ache" şirkətinin məhsulu olan "Platin" qələmi yüksək beynəlxalq standartlara cavab verən, mürəkkəblə yazan qələmdir. Əl işi olduğundan hər bir qələm unikal və vahiddir.




Read more

“Böyük səhnə”də yaşananlar PDF Çap Email
Yazıldı
17.02.13 01:07
Dünən “ATV” telekanalında yayımlanan, İdman və Gənclər Nazirliyinin yeni layihəsi ”Böyük səhnə” növbəti buraxılışını təqdim edib.

Müsabiqənin üç finalçısı bəlli olub. Aysel Nərimanova, Vlada Axundova və Sveta finala vəsiqə qazanıb. Bundan əlavə Tomris Nəsirli “Tamaşaçı simpatiyası” və Səidə Əliyeva “Ən yaxşı quruluş” diplomunu qazanıb. Finalçılar üçhəftəlik məşqdən sonra yenidən öz performanslarını göstərəcəklər.
Qeyd edək ki, müsabiqənin münsif kürsüsündə Xalq artisti Təranə Muradova, şoumen Murad Dadaşov, amerikalı prodüsser Ceyk Speyd, bəstəkar Eldar Qasımov, dünyaca məşhur bəstəkar və musiqiçi Yom Rotrok kimi simalar da yer alıb. /Axsam.az/




Read more

Hollivud ulduzlarının iştirakı ilə "erməni soyqırımı" haqda film çəkilir-Video PDF Çap Email
Yazıldı
17.02.13 00:51

Ermənistan-Azərbaycan cəbhə xəttində indi də ara-sıra atəş səsləri eşidilsə də, uzun müddətdir ki, atəşkəs rejimi hökm sürür. Amma bununla belə iki ölkə arasında 20 ildən artıqdır davam edən informasiya müharibəsində atəşkəsin elan olunma perspektivi hələ də görünmür. Son günlər Ağ evin rəsmi saytında ermənilərin və azərbaycanlıların yerləşdirdiyi petisiyalar da buna misal ola bilər. Tarixi həqiqətləri, xalqımızın başına gətirilən bəlaları dünyaya çatdırmaq üçün təbliğatın ən effektiv üsulu isə kino industriyasıdır. Bəs bu məsələdə hansı ölkə daha tədbirlidir? Mövzunu təsadüfən seçməmişik.

Amerika Birləşmiş Ştatlarında yaşayan erməni ssenarist və kinorejissor Artak Sevada “erməni soyqırımı”nın 100 illiyinə Hollivud ulduzları Natali Portman, Al Paçino, Leonardo Di Kaprio, Arman Assantin iştirakı ilə “Cineks” adlı film çəkir.

Ermənistanın I kanalına müsahibə verən Artak Sevada “erməni soyqırımı”nı filmdə elə sübut edəcəyik ki, buna heç kimdə heç bir şübhə qalmayacaq” deyib. Rejissorun dediyinə görə, bu sübutu da onlar bu günün ən böyük təsir qüvvəsi olan bir elementlə - pul vasitəsilə edəcəklər: “1915-ci ildə ermənilərin bank hesabında pulları qalıb, üstündən 100 il keçdikdən sonra bu pulları geri qaytarmaq mümkündür. Amma geri qaytarmaq üçün adam qalmayıb. Yəni, onlar soyqırımda ölüblər”.

Filmin dünya ekranlarına çıxarılması planlaşdırılır. Artak Sevadanın sözlərinə görə, filmin ilk təqdimatı 2015-ci il aprelin 24-də bütün dünyada olmalıdır.

Artak Sevadanın Amerikada yaşayıb işləyən bir rejissor olması və Hollivud ulduzlarının da bu filmdə çəkilməsi “Cineks”in böyük ekranlara çıxma şanslarını artırır. Filmin 30 milyonluq büdcəsi isə bu filmin keyfiyyətli olacağını deməyə əsas verir... İndi daha aydın olsun deyə gəlin müqayisə edək. Xocalı həqiqətlərinə həsr olunan, Misir, Qırğızıstan və Türkiyədə nümayiş olunmuş və tamaşaçıların yaddaşında kifayət qədər dərin iz qoymuş “Xoca” filminə sərf olunan pul 1 milyona yaxındır.

Filmin rejisssoru Vahid Mustafayev deyir ki, büdcə böyük olsaydı, film daha təsirli alına bilərdi. Müqayisə üçün bildirək ki, hələ ötən əsrin 80-ci illərində erməni rejissoru Edmond Kesoyan “erməni soyqırımı” haqqında çəkdiyi “Ümid ulduzu” adlı filmə təxminən bundan bir qədər artıq məbləğ sərf etmişdi. Həmin vaxt bir milyonun nə demək olduğunu yəqin ki, özünüz təsəvvür edə bilərsiniz. Onların son illərdə lentə aldıqları “Torağay yuvası” filminin büdcəsi isə 72 milyon dollardır. Əlbəttə kino sahəsində maliyyə bir çox uğurun açarıdır. Amma bununla hər şey bitmir. İtaliyanın “Rai Production” şirkəti tərəfindən çəkilmiş bu filmdə ermənilər türkləri çox xüsusi incəliklə aşağılayıblar. Filmdə ermənilər varlı, ziyalı şəxslər, professorlar, türklər isə nökər, cılız xislətli insanlar kimi göstərilir. Filmdə erməni kişi türk nökərin üstünə qışqıran zaman onun həyat yoldaşının yaxınlaşaraq ərinə “niyə onlara qışqırırsan? Gör onlar bizim işimizi nə qədər yüngülləşdirirlər, bütün işlərimizi görürlər, evimizi süpürürlər və s.” deməsi də erməniləri bütün dünyaya humanist millət kimi tanıdır. Eyni zamanda tarixi bilməyən insanlarda türklərin guya tarix boyu ermənilərin nökəri olması təəssüratını formalaşdırırlar. Bu filmin müəllifləri “soyqırımı” bir ailənin taleyi və aqibəti üzərində göstəriblər. Bu da bugünkü kinematoqrafın tələbidir. Çünki sırf tarixi həqiqətlərdən ibarət və qorxunc qanlı səhnələri olan filmlər bu gün geniş tamaşaçı kütləsi toplaya bilmir. Bu cəhətdən məni bir tamaşaçı kimi Azərbaycan filmləri arasında “Xoca” filmi yaxşı mənada təəccübləndirdi. Filmin təqdimatına gedərkən elə bilirdim qətliam səhnələri, yaralı insanların görüntüləri ürəyimi bulandıracaq. Amma filmin rejissoru bütün bunları göstərmədən Xocalı faciəsinin ağrı acısını çatdıra bildi. Və tamaşaçılar təqdimat zalından göz yaşları ilə ayrıldı, hətta qırğız qadın da. Azərbaycanın Qarabağ həqiqətlərindən bəhs edən filmlərinə gəldikdə isə gəlin razılaşaq ki, ən təsirli ekran əsərləri “Haray” və “Fəryad” filmləri sayılır ki, onlar da ermənilərin sadalamadığım çoxsaylı “soyqırım” filmləri ilə müqayisəyə belə gəlməyəcək səviyyədədir.

anspress

 

 

{youtube width="500"}qRZBySO_FEI#!{/youtube}

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 17.02.13 00:57 )

ABŞ-da Xocalı faciəsinə həsr olunmuş yeni aksiya keçirilir PDF Çap Email
Yazıldı
17.02.13 00:26

Azərbaycan Amerika Alyansı Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdıran yeni geniş kampaniyaya başlayıb.

Alyansdan APA-ya verilən məlumata görə, ABŞ-da fəaliyyət göstərən Alyans bu ölkənin bir neçə şəhərinin mərkəzi küçələrində Xocalı hadisələrinə dair məlumatları əks etdirən illyuminasiya guşəsi təşkil edib. Posterlər paytaxt Vaşinqtonun mərkəzi prospektində, Nyu-York şəhərinin ən böyük dəmiryolu vağzalı olan «Penn Station»da, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib.

Həmçinin, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, «Capitol Hill»ə gedən avtobuslarda posterlər yerləşdirilib.


Read more
axırıncı dəyişikliklər ( 17.02.13 00:30 )

Əli Xamenei dünya dövlətlərini nüvə silahlarını ləğv etməyə çağırıb PDF Çap Email
Yazıldı
17.02.13 00:10
İranın ali dini lideri Ayətullah Əli Xamenei fevralın 16-da bir daha qeyd edib ki, İranın nüvə proqramı sırf sülh xarakteri daşıyır və dünya dövlətlərini nüvə silahlarının hamısını ləğv etməyə çağırıb.
Apa-nın Press TV-yə istinadən verdiyi xəbərə görə, Əli Xamenei qeyd edib ki, İran nüvə silahı əldə etmək niyyətində olsaydı, bunu çoxdan etmişdi və heç kəs ona bu işdə mane ola bilməzdi.
“Biz inanırıq ki, dünyada nüvə silahların hamısı ləğv olunmalıdır və biz onu əldə etmək niyyətində deyilik. Lakin bizdə bu əqidə olmasaydı və biz biz nüvə silahı əldə etmək niyyətində olsaydıq, buna heç bir qüvvə mane ola bilməzdi”, deyə Əli Xamenei qeyd edib.

 

 

 

 

Read more


Şənbə 16 Fevral 2013

Güləşsiz Olimpiya Oyunları?! PDF Çap Email
Yazıldı
16.02.13 23:50
Beynəlxalq Olimpiya Komitəsi güləş idman növünün 2020-ci ildə təşkil olunacaq olimpiadanın proqramından çıxarılması ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib.

Qurumun İcraiyyə Komitəsinin Lozannada keçirilən toplantısında bütün idman növləri üzrə raport dinlənilib. Hər bir idman növündə 30-dan artıq kriteriya üzrə hesabat verilib və güləş “qara siyahı”ya düşüb.

Tövsiyə qərarı dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Dördilliyin ən mötəbər yarışında güləşin xüsusi çəkisi olduğu danılmazdır. Birdən-birə BOK rəhbərliyinin belə bir fikrə düşməsi hələ də tam izah olunmayıb. Məsələ ilə bağlı artıq komitənin prezidenti Jak Roqq açıqlama verib. O, güləşin Olimpiya oyunlarının proqramından çıxarılmaq barədə qərarın verilmədiyini qeyd edərək, dünya ictimaiyyətini sakit olmağa çağırıb. Roqq hətta Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti ilə də məsələ ilə bağlı müzakirə apardığını bildirib: “FİLA-nın prezidenti ilə danışıqdan çox şadam. Martinetti ilə tez bir zamanda görüşməyi qərara aldıq. Onunla söhbətimdə güləş idman növündəki çatışmazlıqların aradan qaldırılması ilə bağlı verdiyi vədlər mənim ürəyimcədir”.

Göründüyü kimi, BOK-un qərarı əbəs yerə atılmayıb. Bununla da, beynəlxalq komitə FİLA-ya təsir etməyə çalışır. Son illərdə güləş idman növündə narazılıqların çoxalması vəziyyətin bu həddə çatması ilə nəticələnib. Məlum olduğu kimi, son illərdə qaydalarda bəzi dəyişikliklərin olması heç də hamının ürəyincə deyildi. Roqqun açıqlamasından da başa düşmək olar ki, BOK-un məqsədi güləşdə hadisələrin axarını dəyişməkdir.

Bəs, güləşin olimpiadanın proqramından çıxarılması nə dərəcədə realdır? Unutmaq olmaz ki, güləş hələ antik Olimpiya oyunlarının simvollarından olub. Yunan-Roma güləşi Qədim Yunanıstanda təşəkkül tapıb və bugünədək bütün olimpiadaların proqramına daxil olub. Elə bu səbəbdən də BOK-un verəcəyi mənfi qərarın hansı rezonans doğuracağını indidən təsəvvür etmək çətin deyil. Bununla da, müasir Olimpiya oyunlarının tarixinə ciddi zərbə dəyə bilər.

Digər tərəfdən güləş idman növünün ölkəmiz üçün xüsusi əhəmiyyəti var. Azərbaycanda güləşlə hələ qədim dövrlərdən məşğul olduqları üçün dünyada güləş ölkəsi kimi tanınırıq. Azərbaycanlı idmançıların Olimpiya oyunlarında qazandıqları ilk medal məhz güləş idman növündə olub. Hələ keçmiş SSRİ dövründə Rəşid İbrahimbəyov Helsinki-1952 olimpiadasında gümüş medal qazanıb. Müstəqillik əldə etdikdən sonra güləş Azərbaycan idmanında əsas yerlərdən birini tutub.

Təsadüfi deyil ki, güləşçilərimiz bütün olimpiadalardan medalla dönüblər. Ötən il Londonda keçirilən oyunlarda qazanılmış 7 medal buna bariz nümunədir. Belə çıxır ki, güləşin Olimpiya oyunlarının proqramından çıxarılması birbaşa idmanımıza əhəmiyyətli təsir göstərə bilər. Digər tərəfdən Azərbaycan Güləş Federasiyasının ölkəmizdə bu idman növünün inkişaf etdirilməsi, yeni gənc nəslin yetişdirilməsi istiqamətində gördüyü işlərə ağır zərbə dəyə bilər.

Artıq federasiyanın baş katibi Əjdər Cəfərov məsələyə munasibət bildirib: “Beynəlxalq Olimpiya Komitəsinin qədim tarixi ənənəyə malik bir idman növü olan güləşin Olimpiya Oyunlarının siyahısından çıxarılması barədə təşəbbüslə çıxış etməsi bütün dünyada,  eləcə də Azərbaycanda təəccüb və narazılıqla qarşılanıb. Ancaq bütün güləş ictimaiyyətinə, həmçinin güləş həvəskarlarına bildirmək istəyirəm ki, bu sadəcə bir təşəbbüsdür. Belə bir təşəbbüs hələ Afina Yay Olimpiya Oyunlarından sonra da gündəmə gəlmişdi. Ancaq sonda verilən qərar güləşin lehinə olmuşdu. İnanır və ümid edirik ki, bu dəfə də belə olacaq və bütün dünyada milyonlarla azarkeşi olan güləş idman növü Olimpiya Oyunlarından kənarda qalmayacaq”.

Qeyd edək ki, güləşlə yanaşı 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu 2020-ci il Yay Olimpiya Oyunlarının proqramında yer almağa namizəddir. Bu ilin mayında adıçəkilən idman növləri Sankt-Peterburqda təqdimat keçirəcəklər. Sentyabr ayında isə BOK-un Buenos-Ayresdə keçiriləcək 125-ci sessiyasında yekun qərar veriləcək.


"Baku Post"





Read more

Vahid Mustafayevin "Xoca" filmi qırğız dilinə tərcümə olunur PDF Çap Email
Yazıldı
16.02.13 18:35
Film “Qırğızfilm” kinostudiyasında dubliyaj olunacaq.
Qırğızstan tamaşaçılarının böyük marağıına səbəb olan Vahid Mustafayevin “Xoca” filmi Bişkekdəki Türkdilli Dövlətllərinin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunur. Fondun prezidenti Nüsrət Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, Xocalı faciəsini bədii şəkildə dünyaya çatdırmaq missiyası ilə ərsəyə gətirilən film tərcümə edildikdən sonra “Qırğızfilm” kinostudiyasında dublyaj olunacaq.

Filmi qırğız dilinə tanınmış şair Mukan Asanaliyev tərcümə edir. Mukan Asanaliyev geniş Azərbaycan oxucusuna çoxdan tanışdır. Mukan Asanaliyevin tərcüməsində qırğız oxucuları B. Vahabzadənin “Gülüstan”, Mir Cəlalın “Seçilmiş əsərlərinin” üçcildliyi, R. Mehdiyevin “Gorus-2010”, Adil Cəmilin “Epos Manas-Türk dastançılıq ənənələri” və başqa əsərlərlə tanışdılar.

Film nümayişə tam hazır olandan sonra Bişkekdəki ən böyük kinoteatrlarda, “Oktyabr”, “Rossiya” və “Ala Too”da eyni vaxtda təqdimatı keçiriləcək. Filmin təqdimatı isə müəlliflərlə razılaşdırılacaq.

Qeyd edək ki, Vahid Mustafayevin 2012-ci ildə Xocalı faciəsinin 20-ci ildönümünə həsr etdiyi ekranlaşdırdığı “Xoca” filmi faktlar əsasında lentə alınıb. Filmin baş prodüsseri Mir Şahin, prodüsseri Eyyub Danişvər, bəstəkarı Yaşar Baxış, səs rejissoru Məsud Behnam, operatoru Afşin Əlizadə, montaj edəni Elşad Rəhimovdur.

Filmdə hadisələr Bakıda və Xocalıda paralel şəkildə baş verir. Film 102 dəqiqə tamaşaçını gərginlik və həyəcan içində saxlayır. Xocalı soyqırımının üstündən 21 il keçməsinə baxmayaraq, bu tarixi hadisə barədə çəkilmiş ilk bədii film olaraq qalacaq. Filmdə Vahid Mustafayev soyqırımın necə başlanması və bu hadisələrin pərdəarxası məqamlarını ön plana çəkib. Film ermənilərin Xocalıda törətdiyi soyqırımdan bəhs edir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cərəyan edən hadisələri işıqlandırılıb. Filmin ana xətti müharibənin bütün mümkün gözəlliklərə qarşı çevirilməsi, insanların içindəki ən bəşəri xüsusiyyətlərin hədəfə alınmasıdır.

Filmin qısa məzmunu belədir: İki gənc – Əliəkbər və Günel ərizə verib, Bakıda nigah növbəsinə dayanırlar. Nigah və toy mərasimini 1992-ci il fevral ayının 25-də keçirmək qərara alındıqdan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağda – Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir...



Read more

Azərbaycanda qan donduran cinayətin üstü açıldı (TƏFƏRRÜATLAR) PDF Çap Email
Yazıldı
16.02.13 18:17
Pula görə 11 yaşlı qohumunu oğurlayıb öldürən şəxs tutuldu.
Fevralın 15-də saat 12:40 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbə sakini, 2002-ci il təvəllüdlü Pirmurad İlqar oğlu Pirmuradovun yaşadığı evdən məktəbə gedərkən naməlum şəxs tərəfindən oğurlanması barədə daxil olmuş məlumat əsasında Abşeron rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Respublika Baş Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, müəyyən edilib ki, Ceyranbatan qəsəbə sakini Mansur Balağa oğlu Zülfüqarov tamah məqsədi ilə qohumu P.Pirmuradovu məktəbə gedərkən şəhərə gəzməyə aparmaq adı ilə taksiyə mindirərək paytaxtın Xətai rayonu ərazisinə aparıb və həmin gün saat 18:16 dəqiqədə atası İlqar Pirmuradova zəng edərək oğlunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə azad olunması müqabilində ondan 30 min manat pul tələb edib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaqı davam etdirilən cinayət işi üzrə prokurorluq və daxili işlər orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Zülfüqarov tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən edilib ki, M.Zülfüqarov ifşa olunmasından ehtiyat edərək P.Pirmuradovu Bakı Metropoliteninin «20 Yanvar» stansiyası yaxınlığında yerləşən yeni tikiliyə aparıb orada aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlını kapron materialdan olan xamutlu iplə boğaraq qəsdən öldürüb və cinayəti gizlətmək məqsədilə meyiti kisəyə yerləşdirərək Bakı-Sumqayıt magistral şossesinin 17-ci kilometrliyində Ceyranbatan su kəmərinin yaxınlığında olan gölməçəyə atıb.

P.Pirmuradovun meyiti aşkar edilərək meyitə və hadisə yerinə baxış keçirilib, iş üzrə digər zəruri istintaq hərəkətləri aparılıb. M.Zülfüqarov Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) və 144.3-cü 182.3.2 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

Hazırda cinayətin M.Zülfüqarov tərəfindən tək və ya başqa şəxslərlə birlikdə törədilməsi, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən digər xüsustların araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Read more

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası toplandı PDF Çap Email
Yazıldı
16.02.13 17:00
Bu gün Azərbaycan Mətbuat Şurası Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri üç məsələyə baxılması razılığına gəliblər.

NŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, öncə Bakı şəhər sakini Babək Murad Kəngərlinin “Yeni Müsavat” qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya rəyə gəlib ki, şikayət doğuran məqalədə kifayət qədər ciddi məqamlar yer alsa da mətbu nəşr qarşı tərəfin mövqeyini öyrənməyib. Bununla da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın “Həqiqətə xidmət, dəqiqlik və obyektivlik” adlı 1-ci prinsipinin 1.2 bəndinin “jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir” bəndinin tələblərini pozub.
Komissiyanın rəyində yol verilmiş yanlışlığın aradan qaldırılması üçün qəzetə qarşı tərəfin mövqeyinin dərci tövsiyə olunub.

Mingəçevir şəhər İ.Zeynalov adına 2 saylı orta məktəbin Azərbaycan İnformasiya Mərkəzinin “qaynarxett.com” saytı ilə bağlı müraciətinin müzakirəsi zamanı vurğulanıb ki, məsələnin kökündə mətbu prinsiplərə zidd cəhətlər üstünlük təşkil edir. Bu baxımdan Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının müvafiq araşdırmaları MŞ-nin dolğun qərarına yardımçı ola bilər.

İnsan Hüquqları Klubunun “Yeni Azərbaycan” qəzeti ilə bağlı müraciətinin araşdırılması nəzərdə tutulsa da komissiya məsələnin gündəlikdən çıxarılmasını məntiqi sayıb. Belə ki, cavabdeh tərəfin nümayəndəsi – qəzetin baş redaktor müavini Aqşin Hümmətov məsələnin müzakirəsinə qatılsa da, iddiaçı, yaxud onun təmsilçisi dəvətə baxmayaraq iclasda iştirak etməyib. Komissiya bunu əsas götürərək məsələni gündəlikdən çıxarıb.





Read more
axırıncı dəyişikliklər ( 16.02.13 17:06 )

“Sevgi toy gecəsinin səhəri ölür” PDF Çap Email
Yazıldı
16.02.13 16:35
Röya Ayxan tamaşaçıların diqqətini necə cəlb eləməyi bilir.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, bu dəfə müğənni sevgi mövzusuna toxunub.
Hesab edir ki, sevgi üç hissəyə bölünür. Bunun hamısı sevdiyin insandan asılıdır.
"Heç vaxt sevgidən danışmaqdan bezmərəm. Bu mövzunu necə müzakirə etməmək olar? Mənə elə gəlir ki, illərlə bu hiss insana doğmalaşır. Çünki hansısa insanı özün kimi sevməyə başlayırsan. Evlilikdən sonra sevgi heç üç il də davam etmir. Çünki toy gecəsinin səhəri ölür. Çoxu bunu etiraf etmək istəməsə də, bu həqiqətdir", - Röya yerli telekanallardan birinə bildirib.



Read more
axırıncı dəyişikliklər ( 16.02.13 16:51 )

İqbal Ağazadə: “Müxalifətin vahid namizədi ilə bağlı danışıqlarda iştirak edə bilərik” PDF Çap Email
Yazıldı
16.02.13 16:13

“Müxalifətin vahid namizəd məsələsinin prinsipləri müəyyən olunarsa, bu prinsiplər çərçivəsində müzakirələrdə iştirak edə bilərik”. Bunu Apa-ya açıqlamasında Qarabağ blokunun üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

 

Qarabağ blokunun digər müxalif qurumlarla əməkdaşlığına toxunan partiya sədri bildirib ki, müxalifətin vahid namizədinin müəyyən olunması istiqamətində indiyə qədər aparılan danışıqlar uğursuz olub: “Buna görə bu məsələdə heç bir cəhd göstərmirik. Bununla belə, belə bir məsələ gündəmə gələrsə, biz onu dəyərləndirəcəyik. Müxalifətin vahid namizəd məsələsinin prinsipləri müəyyən olunarsa, bu prinsiplər bizi qane edərsə, o çərçivədə hərəkət etməyə hazır olacağıq”.

 

İ. Ağazadə qeyd edib ki, “Qarabağ” bloku uyğun bildiyi zamanda prezident seçkilərində iştirakla bağlı qərar qəbul edəcək: “İndiki məqamda seçkilərdə iştirak niyyətimizi ortaya qoymuşuq”.

 

 

 

 

 

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 16.02.13 16:20 )

Serj Sarkisyan Türkiyəni Ermənistanın Sürix protokollarından imtina edəcəyi ilə hədələyib PDF Çap Email
Yazıldı
16.02.13 16:06
“Bu baş verərsə və rəsmi Ankara gələcəkdə bu sazişləri yenidən imzalamaq fikrinə düşərsə, şərtlər də yeni olacaq”

 

«Ankara protokolların ratifikasiyasını ləngitməyə davam edərsə, İrəvan Türkiyə ilə imzalanmış sənədlərdən imtina edəcək». APA-nın məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan «Qolos Rossii» radiosuna müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Türkiyə sənədləri ratifikasiya etməsə, Ermənistan protokolların ratifikasiyası məsələsini parlamentinin gündəliyindən çıxararaq, onun imzasını etibarsız saya bilər: “Bu baş verərsə və gələcəkdə rəsmi Ankara bu sazişləri yenidən imzalamaq fikrinə düşərsə, yeni danışıqlar aparılacaq, yeni şərtlər olacaq”.

S.Sarkisyan qeyd edib ki, 2009-cu ildə imzalanan və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını da nəzərdə tutan Ermənistan-Türkiyə sazişlərinin tərəfdarıdır.

Qeyd edək ki, Sürixdə imzalanan protokollar hələlik iki ölkənin parlamentləri tərəfindən təsdiq olunmayıb.

 

 

 

 

Read more

İsa Qəmbərin evində toydur PDF Çap Email
Yazıldı
16.02.13 15:43
Bu gün Müsavat başqanın böyük oğlunun nişan mərasimidir.
Bu gün Müsavat başqanı İsa Qəmbərin ailəsində əlamətdar gündür. Bu barədə “Qafqazinfo”ya özəl mənbədən məlumat daxil olub. Məlumata görə, İsa bəyin böyük oğlu İlkin Qəmbərin nişan mərasimidir.
Nişan mərasiminin başqanın ailəsi və yeni qohumların iştirakı ilə ev şəraitində keçirildiyi bildirilir. İsa Qəmbərin qərbi Azərbaycandan olan bir ailə ilə qohum olduğu haqda məlumatlar var. O da məlumdur ki, İsa Qəmbərin qohum olduğu ailə müxalifətçi deyil.
Cütlüyün toyunun da bu il baş tutacağı deyilir.

Isa Qəmbərin kiçik oğlu Turqut Qəmbər “Qafqazinfo”nun bu barədə sualına “şəxsi məsələlərdən danışmaq istəmirəm” cavabını verib.




Read more

İlqar Mikayıloğlu bacısı və dindarlardan danışdı-MÜSAHİBƏ PDF Çap Email
Yazıldı
16.02.13 15:33
"Günə Baxan" proqramının aparıcısı: "Bir zaman Nardaranın İmam Hüseyn meydanında az qala hər gün adımıza dualar oxunurdu, indi nə baş verir?"

Dostxeber.com ANS TV-nin efirində yayımlanan "Günə Baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlunun ANS PRESS-ə verdiyi müsahibəni təqdim edir:

-"Günə Baxan" Azərbaycan efirinə yeganə xalq proqramıdır. Bu proqram əyləncə və qayğını maraqlı şəkildə sintez edir. Buna necə nail olursunuz?
- Suala görə təşəkkür edirəm. Əslində cavab elə sualınızın içindədir. Günəbaxan xalq proqramı olduğundan belə bir sintez problem yaratmır. Təsadüfi deyil ki, məhz Azərbaycan ataları “xeyirlə şər qardaşdır” deyib. Ona görə də əylənməyi də, dərd çəkməyi də bacarmaq lazımdır. Mənim üçün əyləncə ilə qayğı arasında sərhəd yoxdur.
Əyləncəli şəkildə qayğı çəkirik. Belə daha asandır. Amansız sifət alıb kiminsə üstünə bağırmağın nə xeyri? Hamımız insanıq, Məmur da, tamaşaçı da... Qayği və əyləncənin sintezi alınırsa, deməli, pis işləmirik. Bu, artıq uğur sayılmalıdır məncə. Amma burada söhbət tək mənim uğurumdan getmir. Yəni verilişin strukturu elə qurulub ki orda uğur da, uğursuzluq da bir nəfərə məxsus olmur, nəticə komanda üzvləri arasında tən bölünür. Bu veriliş üzərində peşəkarlardan ibarət komanda işləyir - Seyfulla Mustafayev, Samirə Səfərəliyeva, Könül Baxşəliyeva, İlhamə Həsənova… Mən hələ texniki heyəti demirəm. Verilişin dediyiniz kimi alınması tək mənim əməyim deyil. Hərəmiz nəsə edirik, necə deyərlər, Günə bir Yerdə Baxırıq. Mən efirdə mövcud qaydalar çərçivəsində davranıram. Bu qaydalar isə ürəyimcə olduğundan belə də dmək olar ki, efirdə ürəyimcə davranıram.

-"Günə Baxan"ın missiyasını bir aparıcı olaraq nədə görürsünüz?
- Missiya o söz deyil. Mən öz işimi yerinə yetirirəm. Kimsə bunda missiya görürsə, bu onun baxışıdır. Mən hər dəfə efirə çıxanda, sadəcə, iş yerimdə işə çıxıram. Buna görə maaş alıram. Dəzgah arxasında çalışan fəhlə keyfiyyətli məhsul buraxmağa necə səylə çalışırsa, mən də eləcə əlimdən gələni edirəm ki, ekran dediyimiz piştaxtaya keyfiyyətli məhsul çıxara bilək. Bizim alıcılarımız tamaşaçılarımızdr. Varını verən utanmaz. Çalışırıq ki utanmayaq.

- Adətən, belə verilişlər tez bağlanır. "Günə Baxan" isə artıq dördüncü ildir ki eyni maraqla baxılır. Həmişə maraqlı olmağın resepti varmı?
- Elə bir xüsusi reseptimiz yoxdu. Güclü komanda var, işini bilən prodüserlər var. Aparıcı yalnız aysberqin görünən üzüdür. Efir boyu mənə kömək edirlər. Durub demərəm ki, başqa aparıcılar kimi paltarıma saç düzümümə xüsusi fikir verirəm ki, zahirimə baxmaqdan doymasınlar. Sadəcə, nə edirəmsə, necə edirəmsə çalışıram ki, içəridən gəlsin - sünilik etməyim. Bəlkə də "Günə Baxan"ın baxımlı olmasınını əsas səbəblərindən biri də budur. Etiraf edək ki, Vahid, Seyfulla, Mir Şahin kimi komandirlərin hərbi hissəsində təlim keçmişəm. Bu daim öz sözünü deyir.

- Bir aparıcı olaraq biz sizi hərbi verilişdən – “Marş”dan tanımışıq. İndi o köhnə aparıcıdan yalnız bir cümlə var - Azərbaycanın şəxsi heyətinə salam! Çətin deyil tankdan topdan mətbəxə keçmək?
- Əvvəla onu deyim ki, “Marş”dan bu verilişdə olan təkcə bu cümlə deyil. Mən özüm də varam... Sualınızın ikinci hissəsinə gəlincə, onu deyim ki, əslinə qalsa top da, tank da, xüsusi təyinatlılıq da mətbəxsiz heç nədir. Rusların gözəl deyimi var: "Война войной, обед по распорядку". Yəni müharibə öz yerində, nahar da öz vaxtında!.. Ona görə də "Гюнябахан Гюнябаханом, МАРШ по распорядку"... Nə olur olsun, hərbi mənimlədi... İstəyir, qonağım adi müğənni olsun, istərsə millət vəkili… Fərq etməz... Qonaq Allah qonağıdır.

- Millət vəkili Gülər Əhmədovanın qardaşı olduğunuz bəllidir... Necə qarşıladınız onun həbs xəbərini və məsələyə münasibətiniz necədi? Sözün düzü, efirə heç nə olmamış kimi çıxmağınız gözlənilməz oldu... Elə bil ki, bu hadisənin İlqara qətiyyən dəxli yoxdur...
- Təbii ki, ağır qarşıladım. Başqa cür ola da bilməzdi. Söhbət bacıdan gedir. Amma mən ailəmlə bağlı, ümumiyyətlə şəxsi məzmunlu suallara adətən cavab vermirəm. Bunu xahiş edirəm düzgün anlayasınız. Bu mənim ailəmin daxili işidir. Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bu da onların işidir. Mənim işim isə aparıcılıqdır. Mən də öz işimi görürəm. Peşəkarlıq adətən belə vəziyyətlərdə özünü göstərir. Anasını, övladini dəfn edib ertəsi gün səhnəyə çıxan o qədər sənətkarlarımız olub ki… Məncə burada təəccüblü heç nə olmamalıdır. Mən şəxsi problemimlə tamaşaçımı yükləyə bilmərəm. Ola bilsin ki, “Günə Baxan”ın tamaşaçıları arasında dəfndən və ya cümə axşamından, lap elə xərçəng xəstəliyindən əziyyət çəkən yaxınına baş çəkərək xəstəxanadan dərd içində qayıdan kəslər də var. Müqayisəni özünüz aparın.

- “Günə Baxan”ın mövzularından biri bir qrup dindarı qıcıqlandırıb. Hətta məsələ Qafqaz Müsəlmanları İdarəsinin müzakirəsinə qədər gedib çıxıb. Nə baş vermişdi o verilişdə və indi nə baş verir?
- Əkrəm Əylislinin “Daş Yuxular” romanına həsr olunmuş verilişdə yazıçının guya Nardaran mərasimlərindən birində baş vermiş hadisə barədə qeydlərinə münasibətimi bildirmişdim. Mən yazıçının fikirlərini sərt tənqid etmişdim. Bu verilişdən sonra çoxlu zəng daxil oldu studiyaya və mən fürsətdən istifadə edərək mənə haqqın tərəfini tutduğuma görə təşəkkür edənlərə minnətdarlığımı çatdırıram. Sonrakı verilişlərdən birində isə Səudiyyə Ərəbistanında baş vermiş bir hadisə ilə bağlı hansısa qəzetdən kiçik bir xəbər oxudum və öz üslubuma uyğun olaraq replika verdim. Elə də ciddi bir şey deyildi. Ola bilsin ki, hansısa ifadəni ehtiyatsız işlətmişəm. Əgər bu hansısa dindar qardaş və bacımızı qıcıqlandırıbsa, üzrlü saysınlar. Narazılar arasında nardaranlı dostalarımızın da olduğunu eşitmişəm. Amma adi bir sözü - QMİ-də müzakirə səviyyəsinə qaldıran dindar qardaşlarımızın yadına bir-iki məqamı salmaq istəyirəm. Bir neçə il bundan qabaq Nardaranda vəziyyət gərginləşəndə ora Mir Şahin və Vahidlə birlikdə mən də getmişdim və Allah bilir hansı çətinliklərlə tamaşaçılara hadisə rayonundan dəqiq xəbər çatdırırdıq. O zaman İmam Hüseyn meydanında az qala hər gün adımıza dualar oxunurdu. İndi nə baş verir? Tutaq ki, lap kiçik bir səhv etmişik. Bəs 4 aydır ki, hər cümə axşamı İslam dini barədə danışan mötəbər ilahiyyatçıları dəvət edən, Məhərrəm ayında dindarlarımızı anlayıb musiqidən, əyləncədən tamamilə uzaq olan ANS deyil? O varsa da, bu da var axı…

- Əkrəm Əylislinin “Daş Yuxular” əsəri ətrafında gedən proseslərə münasibətiniz şəxsən necədir"
- Əkrəm Əylislinin "Adamlar və ağaclar"ını oxuyan inana bilməz ki, "Daş yuxular"ı da eyni adam yazıb. Nə deyim vallah!? Allah ona hidayət versin.

- Həftənin beş günü hər dəfə 3 saat efirdəsiniz. “Günə Baxan”ın aparıcılıq yormur sizi. Yorğunluğunuzu necə çıxarırsınız?
- Hələ yorulmaq vaxtı deyil. Uşaqlarım var, onlar üçün nəsə etməliyəm. Nə zaman ki, onlar üçün nəsə edərəm, onda dincələrəm. Ləzzət edən efirdən sonra yorulmuram. Mən hərbçiyəm. Studiya mənim poliqonum. Sevdiyim ərazidə necə yorula bilərəm?


Dostxeber.com



Read more
axırıncı dəyişikliklər ( 16.02.13 15:41 )

Prezident vəzifəli şəxslərin məsuliyyətinə dair sərəncam imzalayıb-VİDEO PDF Çap Email
Yazıldı
16.02.13 15:26
Prezident İlham Əliyev vəzifəli şəxslərin məsuliyyətinə dair edilən dəyişikliyin tətbiqi barədə sərəncam imzalayıb. İnzibati Xətalar haqqında Məcəlləyə edilən dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən, dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların vəzifəli şəxsləri bu əməllər min manatadək olan məbləğdə törədildikdə üç yüz manatdan beş yüz manatadək, bu əməllər min manatdan yuxarı məbləğdə törədildikdə beş yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilir.

Xatırladaq ki, prezident İlham Əliyev fevralın 12-də keçirilmiş toplantıda bir sıra rayon icra başçılarını işlərində yol verdikləri səhvlərə görə sərt tənqid etmişdi, vəzifəli şəxslərə və onların ailə üzvlərinə son xəbərdarlıq edib. Bunun ardınca İsmayıllı və Şamaxı rayon İcra Hakimiyyətinin başçıları Nizami Ələkbərovu və Asif Məmmədovu tutduğu vəzifədən azad edib.


{youtube width="500"}JBuzMlxPb2U{/youtube}





Read more
axırıncı dəyişikliklər ( 16.02.13 15:29 )

Azərbaycanın valyuta bazarının həftəlik icmalı PDF Çap Email
Yazıldı
16.02.13 15:08

 

 

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,013) möhkəmlənib. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 78476 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

4 fevral

0,7844

11 fevral

0,7848

5 fevral

0,7846

12 fevral

0,7848

6 fevral

0,7847

13 fevral

0,7848

7 fevral

0,7848

14 fevral

0,7847

8 fevral

0,7848

15 fevral

0,7847

Həftə ərzində orta

0,78466

Həftə ərzində orta

0,78476

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə məzənnəsi 0,0003 bənd (0,038 faiz) ucuzlaşıb. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0, 78346 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 11-də və 13-də sövdələşmələr aparılmayıb, ona görə də məzənnə 0,7834 manat nisbətində qalıb; fevralın 12-də 0,7834 AZN/USD məzənnə ilə 5,536 mln.dollar;fevralın 14-də avqustun 29-da 0,7834 AZN/USD məzənnə ilə 1,859 mln. dollar; fevralın 15-də 0,7837 AZN/USD məzənnə ilə 2,453 mln.dollar olub.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

4 fevral

0,7834

11 fevral

0,7834

5 fevral

0,7834

12 fevral

0,7834

6 fevral

0,7834

13 fevral

0,7834

7 fevral

0,7834

14 fevral

0,7834

8 fevral

0,7834

15 fevral

0,7837

Həftə ərzində orta

0,7834

Həftə ərzində orta

0,78346

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

 

 

 

Read more

Prezident İlham Əliyev: Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində ağsaqqalların müstəsna xidmətləri var PDF Çap Email
Yazıldı
16.02.13 14:59
Bu gün inamla qeyd etmək olar ki, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, davamlı ictimai-siyasi sabitliyin bərqərar olunmasında, elm, təhsil və mədəniyyətimizin inkişafında, gənc nəslin yetişməsi və formalaşmasında ağsaqqalların müstəsna xidmətləri var. Verilən məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının iştirakçılarına müraciətində deyib.

Müraciəti Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

"Sizi Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ali toplantınızın işinə uğurlar arzulayıram. Azərbaycanda tarixin bütün mərhələlərində ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olmuşlar, cəmiyyətdə özünəməxsus yer tutmuşlar. Respublikamız müstəqillik qazandıqdan sonra ölkə həyatının bütün sahələrində onların rolu daha da artmışdır",- deyə İlham Əliyev müraciətdə qeyd edib.

Dövlət başçısı müraciətdə bildirib ki, son illər Azərbaycan özünün mühüm inkişaf dövrünü yaşayır.

"Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət, həyata keçirilən ardıcıl islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, nəhəng infrastruktur layihələrin reallaşmasını, Azərbaycanın sürətlə müasirləşməsini və əhalinin rifah səviyyəsinin yüksəlməsini təmin etmişdir. Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxt və regionlarda genişmiqyaslı quruculuq işləri həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alırıq, müdrik tövsiyyələrinə istinad edirik", -deyə Prezident müraciətdə bildirib.

İlham Əliyevin sözlərinə görə, yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət- ənənələrimizə hörmət ruhunda tərbiyyə edilməsində də ağsaqqalların böyük rolu var.

"Hesab edirəm ki, VI qurultayda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar Ağsaqqallar Şurasının fəaliyyətinin genişlənməsinə, qurumun Azərbaycan cəmiyyətindəki nüfuzunun daha da artmasına, dövlət orqanları ilə əməkdaşlığının dərinləşməsinə yeni təkan verəcək. Sizi bir daha qurultayınızın işə başlaması münasibətilə təbrik edir, hər birinizə uzun ömür, can sağlığı və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram", -deyə Prezident müraciətin sonunda bildirib.



Read more

Əli Həsənov: Azərbaycanın sabit və dinamik inkişafından üzülənlər sırasında bəzi qonşu dövlətlərimiz də var PDF Çap Email
Yazıldı
16.02.13 14:52
Azərbaycanın sabit və dinamik inkişafından üzülənlər var. Bunların sırasında bəzi qonşu dövlətlərimiz də, bəzi dairələr də var. Verilən məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov şənbə günü Bakıda keçirilən Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayında çıxışı zamanı deyib.

Həsənov hesab edir ki, ona görə də bu gün Azərbaycana öz yazıçı və şairlərimizin, qələm tutan qeyri-hökumət təşkilatlarımızın, jurnalistlərimizin, siyasi partiyalarımızın adı və əli ilə zərbə vurmaq istəyənlər var.

"Daxildə və xaricdə Azərbaycanın inkişafını dayandırmaq istəyən qüvvələr var. Azərbaycan on milyonluq əhalisi ilə bölgədə müstəqil siyasət yeridən dövlətə çevrilib. Prezident İlham Əliyev müstəqil geosiyasi siyasət ortaya qoyur. İlham Əliyev Azərbaycanın maraqlarına xidmət etməyən heç bir məsələ ilə razılaşmır. Belə bir mərhələdə ölkəni daxildən qızışdırmaq, qarşıdurma yaratmaq istəyən elə insanlar var ki, onların qarşısını yalnız ağsaqqallar ala bilər. Əminəm ki, qarşıdan gələn siyasi fəallıq dövründə Ağsaqqalar Şurası bütün proseslərin başında olacaq. Qoy, cəmiyyət sizdən nümunə götürsün, sizin fikirləriniz ilə idarə olunsun", -deyə PA rəsmisi çıxışında bildirib.

Həsənovun sözlərinə görə, qarşıdan prezident seçkiləri gəlir.

"İnanın, bu, taleyüklü seçkidir. Azərbaycan cəmiyyəti və dövləti özünün elə bir dörvünə, mərhələsinə qədəm qoyub ki, dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanır. Amma bizim dövləti dünyada hamı istəmir, rəqiblərimiz, bugünki inkişafı gözü götürməyənlər var", - deyə şöbə müdiri qeyd edib.



 

 

Dostxeber.com

Read more

Fəttah Heydərov Ağsaqqallar Şurasının sədri seçilib PDF Çap Email
Yazıldı
16.02.13 14:46
Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı keçirilib. Dostxeber.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan Ağsaqqallar Şurasının sədr müavini Fəttah Heydərov Azərbaycanda ağsaqqalların cəmiyyətdə tutduğu mühüm yerdən danışıb. Qurultayda 186 nümayəndədən 179-u, o cümlədən dövlət rəsmiləri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Sonra Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının iştirakçılarına müraciətini oxuyub.

Qurultayda Şuranın və qurumun Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib. Bildirilib ki, Şura üzvləri ölkədə keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirak edib. Şura öz fəaliyyətində böyüməkdə olan nəslin milli-mənəvi ruhda böyüməsi, vətənpərvərlik ruhunun aşılanması istiqamətində səylər göstərir, mütəmadi olaraq cəbhə bölgələrinə səfərlər təşklil edir. Şura Vətən uğrunda həlak olan şəhidlərin xatirəsini əziz tutaraq bir sıra tədbirlər təşkil edib. Ağsaqqallar imkansız, fiziki qüsuru olan şəxslərə yardım göstərir.

Daha sonra tədbirdə çıxış edən AMEA-nın həqiqi üzvü Teymur Bünyadov, Naxçıvan Ağsaqqalar Şurasının sədri Əbülfəz Əskərov, akademik Vasif Məmmədəliyev, Gəncə Ağsaqqalar Şurasının sədri Arif Qurbanov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər iştirakçılar Ağsaqqalar Şurasının fəaliyyətinin səmərəliliyi haqda danışıb, ölkədə gedən inkişaf proseslərini yüksək qiymətləndirib və Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətə öz dəstəklərini bildiriblər.

Çıxışçılar, həmçinin Əkrəm Əylislinin "Daş yuxular" kitabını da pisləyib, onun bu əməllərinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zərbə vurduğunu qeyd ediblər.

Quraltayda Şuranın nizamnaməsinə əlavə və dəyişikliklər edilib, qurumun seçkili orqanlarına seçkilər keçirilib. Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov Şuranın sədri seçilib.



Read more

İllik gəliri milyard dollardan çox olan bakılı PDF Çap Email
Yazıldı
16.02.13 01:51
Onun illik maaşı  2,225 milyon dollardır. “Forbes” in qiymətləndirməsinə görə, 2012-ci ildə varidatı 13,5 milyard dollar təşkil edib. Milyoderlərə xas  zirehli “Mercedes”də gəzir, bahalı qol saatları taxır. Bununla belə diqqətə çarpmamağa çalışır. Söhbət Bakının Razin qəsəbəsində kasıb neftçi ailəsində anadan olan, hazırda dünyanın ən böyük neft şirkətlərindən birinə rəhbərlik edən Vahid Ələkbərovdan gedir.

Dostxeber.com Publika. az-ın “Milyonçu” layihəsi çərçivəsində “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun milyonlara necə sahib olmasını  təqdim edir.

18 yaşından işləməyə başlayır

Vahid Ələkbərov 1950-ci ildə Bakı şəhərinin Stepan Razin qəsəbəsində (hazırkı Bakıxanov qəsəbəsi) neftçi ailəsində anadan olub. Ailənin 5-ci uşağı olan V.Ələkbərovun özündən böyük 3 bacısı və Vaqif adlı qardaşı var idi.  Atası Yusif Ələkbərov isə II Dünya Müharibəsi veteranı olsa da neftçi işləyirdi. V.Ələkbərovun 3 yaşı olanda atası Yusif Ələkbərov rəhmətə gedir. Anası rus əsilli Tatyana Fyodrova övladlarını təkbaşına böyütməyə məcbur olur. Mənbələrə görə, V.Ələkbərov uşaqlıqdan təhsilə meyilli olub. Hətta digər uşaqlarla onyamağa getməsi  üçün bacısı onu evdən qovurmuş. Məktəbi yüksək göstəricilərlə bitirən V.Ələkbərov 18 yaşında işləməyə başlayır. 

1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunur. Təhsili ilə bərabər "Kaspmorneft"  neft-qaz hasilatı birliyində operator işləyir. 1974-cü ildə inistitun "Mədən mühəndis texnikası, neft və qaz yataqlarının kompleks mexanikləşdirilməsi" fakültəsini bitirən Ələkbərov  1979-cu ilə qədər   "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir. 1979-cu ildə Qərbi Sibirə göndərilir. Müxtəlif illərdə neft emalı və hasilatı ilə bağlı  dövlət müəssisələrində baş vəzifələrdə işləyir. 1987-1990-cı illərdə Koqalım şəhərində “Koqalımneftqaz” İstehsalat Birliyində baş direktor kimi çalışır. Yeri gəlmişkən, hələ də bu şəhər onun adı ilə bağlıdır. Belə ki, o zaman İstehsalat Birliyinin işçiləri vaqonlarda yaşayırdılar. Ələkbərov onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Nəticədə Koqalımda əhali  digər neft şəhərlərdən daha zəngin və rahat yaşamağa başlayırlar. Çox aktiv olan gələcəyin iş adamı Rəsmi Kremlin diqqətini çəkir.  1991-ci ildə SSRİ Neft və Qaz Sənayesi nazirinin müavini vəzifəsinə dəvət edirlən Ələkbərov birinci müavinliyə qədər yüksəlir. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə “Lanqenpasneftqaz”, “Urayneftqaz” və “Koqalımneftqaz”  arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradır.

Məhz  bu şirkət sonradan "LUKoyl" kimi fəaliyyətini davam etdirir. V.Ələkbərov 1993-cü ildə  "LUKoyl" Açıq Səhmdar Cəmiyyətinin prezidenti seçilir. Bu arada "LUKoyl"u yaratmaqda iş adamına hazırkı milyonçular Leonid Fedun və Nikolay Tsvetkov kömək etdiyi deyilir.
1995-ci ildə Ələkbərov İmperial" bankının direktorlar şurasının sədri seçilir.Elə həmin il Yanacaq və Energetika Nazirliyinin heyətinə daxil olur.


Neft maqnatı olmaq arzusu

Ölkənin neft maqnatına çevrilmək arzusu V.Ələkbərovda 1990-cı ildən yaranıb. O zaman BP-nin menecerlərindən olan Rondo Fellberq adlı şəxsin xatirələrinə görə, SSSR-nin dağılmasından sonra "British Petroleum" sovet neftçilərinin Britaniyaya səfərini təşkil edir.Ələkbərova nümayəndə heyətini toplamaq tapşırılır. Və o  bu  heyətin rəhbəri seçilir. R. Fellberq deyir ki, tədbirdə müzakirələrin gedişatını  dərhal ələ alan Ələkbərov  BP rəhbərliyinə müasir neft şirkəti necə yaratmağın yolları barədə suallar verir: “Sovet İttifaqının çöküşündən cəmi 1 il keçməsinə  baxmayaraq Ələkbərov hələ o zaman ölkənin dağılan neft obyektlərinə nəzarət etməyi planlaşdırırdı. Halbuki həmin ərəfədə onun aylıq əmək haqqısı biznes naharını belə ödəməyə yetərli deyildi”.


"LUKoyl" necə yaranır?

Qeyd etdiyimiz kimi,   1991-ci ilin noyabrında Sovet İttifaqının süqutundan bir neçə həftə əvvəl Nazirlər Şurası tərəfindən "LUKoyl" yaradılır. Yeni şirkət 3 neft yatağını işlədən müəssisəni "Lanqepas", "Urai" və "Koqalım"ı özündə birləşdirirdi. Ələkbərov SSRİ neft və qaz sənayesi nazirinin birinci müavini vəzifəsindən istefa verərək “LUKoyl” şirkətinin prezidenti və baş icraçı direktoru olur. Əslində “LUKoyl”un yaradılması o zaman neft sektorundakı xaosdan doğur. Belə ki, Sovet İttifaqında neft hasilatı, emalı və istehlakçılara çatdırılmasına  üç müxtəlif nazirlik nəzarət edirdi. Hər bir təşkilat öz  mənafeyini  güddüyündən bu istehsalçıların maraqları ilə üst-üstə düşmürdu. Bütün bu məsələlər də nəticə etibarilə  neft sənayesinin süqutuna gətirib çıxarırdı. Ələkbərov “LUKoyl”u yaratmaqla neft şirkətlərinin vertikal-şaquli  inteqrasiyası sxemini reallaşdırdı ki, bu sxemə əsasən neft hasilatı, emalı, nəqli və satışı bir şirkətin tavanı altında birləşirdi. Əslində Ələkbərov “nefq quyusundan yanacaqdoldurma məntəqəsinədək” ideyasını  gerçəkləşdirməklə yeni heç nə kəşf etməmişdi. Çünki həmin vaxt analoji praktikadan İtaliyanın neft şirkəti ENİ də istifadə edirdi.


Sovet sənayesi əsasında yaradılmış digər şirkətlər kimi, "LUKoyl" da Rusiyanın  dövlət əmlakı hesab edilirdi. Dağılmaqda olan Sovet İttifaqının dövlət aktivlərinin özəlləşdirilməsini tənzimləyən qanunlar isə  son dərəcə sadə idi. Daha doğrusu, onlar yox səviyyəsində sayılırdı.  1993-cü ildə  “LUKoyl” səhmdar cəmiyyət elan edildi və səhmləri firmanın işçiləri arasında paylandı. Lakin  “LUKoyl” a daxil olan müəssisələrin işçilərinin böyük hissəsi səhmləri kağız parçası hesab edib satışa çıxardılar. Mənşəyi bəlli olmayan bir sıra şirkətlər “LUKoyl”un qiymətli kağlzlarını almağa başladılar. Qiymətli kağlzlar bazarı üzrə analitiklər hələ də Vahid Ələkbərovun şirkətin  səhmlərinin böyük hissəsini necə əldə etməsi üzərində baş sındırırlar.

“LUKoyl”səhm paketi ilk dəfə 2002-ci ildə açıqlanır

Yeri gəlmişkən, “LUKoyl” öz menecerlərinə  məxsus səhmləri açıqlamaqda maraqlı deyil. Düzdür, bəzən cənab Ələkbərov jurnalistlərə təxmini rəqəmlər deyir. Amma şirkətdə kimin payı nə qədərdi bəlli deyil. “LUKoyl”səhm paketinin sturkturu ilk dəfə 2002-ci ildə açıqlanıb. Belə ki, göstərilən ildə “LUKoyl”un səhmləri  London birjasında satışa çıxarıldığı zaman Ələkbərov özünə məxsusu qiymətli kağızların həcmini rəsmi açıqladı. O zaman səhmlərin 10,38 faizinin Vahid Ələkbərova, 4,62 faizinin  Leonid Feduna məxsus olduğu ortaya çıxdı. Ələkbərova məxsus səhmlərin həcminin azlığı  hər kəsi  heyrətləndirdi.
Hazırda Qazaxıstan, Misir, Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, İran, Kolumbiya, Venesuela, İraqda kəşfiyyat və bir sıra istehsal  layihələri həyata keçirən şirkətin səhmlərinin 20% -nin iş adamına məxsus olduğu deyilir. Ələkbərovun səhmlərin dəyəri 12,361 milyard dollar səviyyəsində qiymətlənidrilir.


İllik maaşı 2,225 milyon dollardır


V. Ələkbərov Rusiyanın ən varlı adamlarından sayılır. Rusiya milyonçularının əksəriyyətinin adı “Forbes”in siyahısına son illərdə düşsə də jurnal V. Ələkbərovun pulunu 1996-cı ildən sayır.  Həmin ildə “Forbes” iş adamının sərvətini 1,4 milyard dollar dəyərləndirib. V. Ələkbərovun  maaşının həcmi ilk dəfə 2002-ci ildə ictimailəşdirilib. Həmin vaxtdan 5 illik müqaviləyə  əsasən “LUKoyl” prezidentinin əməkhaqqısı 1,5 mln. dollar təşkil edir. Bura illik bonus da əlavə  edildikdə V. Ələkbərovun rəsmi maaşı 2,225 mln. dollara çatır.


Yenə də “Forbes”in araşdırmalarına əsasən 2009-cu ildə V.Ələkbərovun varidatı 7,8 milyard dollar olub. O dünyanın ən varlı adamlarının siyahısında 57-ci yerdə qərarlaşıb. 2010-cu ildə Ələkbərovun varidatı 10,6 milyard dollar ( Rusiyanın 7-ci ən varlı milyonçusu), 2011-ci ildə 13,9 milyard dollar  (Rusiyanın 8-ci ən varlı milyonçusu) təşkil edib. 2012-ci ildə “Forbes” onun sərvətini 13,5 milyard dollar olduğunu açıqlayıb. “Fortune Global 500” isə  "LUKoyl"ın illik gəlirinin  111 mlrd. dollar olduğunu bildirir.


“Media Group”a nəzarət edir


Ələkbərov və onun ortağı  L. Fedun təkcə neft sektorunda pul qazanmağa maraqlı deyillər. Onlar  "Rusiya Media Group"a da nəzarət edirlər. Bildirək ki,  “Media Group”a  "Rusiya Radiosu", "Hit-FM», “Maksimum”, DFM, “Monte Carlo” və musiqi kanalı RU.TV  daxildir.


Vahid Ələkbərov necə xarakterizə edilir


İş adamını işgüzar dairələrdə baxışlarına görə, hörmət alaməti kimi “don” adlandırırlar. Hətta o salamlaşarkən, əlini öpdürürmüş kimi  uzadır. Ələkbərov sakit və aramla danışır.Sözləri tələffüz edərkən səs tonunu azaldaraq sanki həmsöhbətlərinə “siz məni dinləyin” mesajını verir.İş adamının mühüm personasından xəbər verən digər  amil  “LUKoyl” ın Moskvanın mərkəzindəki şuşə və poladdan tikilmiş ofisidir. Ələkbərovun titan və şüşədən düzəldilən iş stolunun üzərində isə səliqə səhman hökm sürür. Çünki  maqnat səliqəsizliyi heç sevmir. Maraqlı məqamlardan biri də onun otağındadakı yeganə protretdir. Hansı ki, bu da Rusiya baş nazirinin aq-qara fotosudur.

Zirehli avtomobildə gəzir

Ələkbərov bahalı saat taxır. Komfortlu sakit həyat keçirir.Özünü reklam etməyi sevmir. Milyarderlərə xas olan zirehli “Mercedes”də gəzir. Onun avtomobili daim mühafizə tərəfindən müşayət olunur.Şəxsi təyyarəsi yoxdur. Düzdür, bütün rusiyalı milyarderlər kimi o da  “YAK 142” sifariş verib. Amma təyyarənin üzərinə “LUKoyl” yazdırıb. Bir sözlə, V.Ələkbərov özünü elə aparmağa çalışır ki, sanki sezilmək istəmir.


Ailəsi

İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların ilk övladı Yusif 1990-ci ildə dünyaya gəlib. Y.Ələkbərov 2012-ci ildə  Dövlət Neft və Qaz Universitetinin "neft yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə məzunu olub. İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı imkan seçimində isə  Krıma üstünlük verir. V. Ələkbərov  iqtisadiyyat elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür.

Leyla Əliyeva




Read more
axırıncı dəyişikliklər ( 16.02.13 02:15 )

"Kurtlar Vadisi Pusu": 182-ci seriya PDF Çap Email
Yazıldı
16.02.13 01:20

Kurtlar Vadisi Pusu 182

 

İZLƏYİN

 

 

{youtube width="500"}NAAF61FkytI{/youtube}

 

 

Read more
axırıncı dəyişikliklər ( 17.02.13 00:02 )

İlham Əliyev "Mədəniyyət haqqında" Qanununun tətbiqi barədə fərman imzaladı PDF Çap Email
Yazıldı
16.02.13 01:08
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə
fərman imzalayıb.


Dostxeber.com AzərTAc-a istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. altı ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun 12-ci maddəsinə uyğun olaraq, mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.4. həmin Qanunun 14.2.4-cü maddəsinə uyğun olaraq, mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.5. həmin Qanunun 22.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında milli mədəni irsə, o cümlədən muzey, arxeologiya, etnoqrafiya, kitabxana, kino fondlarına və ya arxivlərinə aid mədəni sərvətlərin üzünün köçürülməsi, çoxaldılması, onların əsasında suvenirlərin, çap məhsullarının istehsalı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, mədəniyyət təsisatlarına xüsusi statusların verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 24.4-cü maddəsinə uyğun olaraq, peşəkar yaradıcılığın meyarlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 26.4-cü maddəsinə uyğun olaraq, mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 27.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqinin həyata keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 29.5-ci maddəsinə uyğun olaraq, mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibini, təşkilini və idarə olunması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 32.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və istifadəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. həmin Qanunun 34.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni irs nümunələrinə aid edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.13. həmin Qanunun 34.3-cü maddəsinə uyğun olaraq, sualtı mədəni irs nümunələrindən istifadə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.14. həmin Qanunun 38.4-cü maddəsinə uyğun olaraq, milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.15. həmin Qanunun 39.1-ci maddəsinə uyğun olaraq, mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.16. həmin Qanunun 40.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində arxeoloji qazıntılar aparan və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədi ilə onlarla təmasda elmi tədqiqat işlərini yerinə yetirən şəxs tərəfindən aparılmış tədqiqat işləri barədə hesabat verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.17. həmin Qanunun 42.3-cü maddəsinə uyğun olaraq, sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.18. həmin Qanunun 45.2-ci maddəsinə uyğun olaraq, qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.19. həmin Qanunun 47.1-ci maddəsinə uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət əmlakının siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.20. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində həmin Qanunun 21.2-ci, 22.5-ci, 23.1-ci maddələrində, 26.4-cü maddəsində ikinci halda, 27.1-ci maddəsində ikinci halda, 29.1-ci maddəsində, 30.4-cü maddəsinin birinci cümləsində, 33.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 35.2-ci, 36.3-cü, 37.1-ci, 37.2-ci, 38.2-ci, 39.2-ci, 39.3-cü, 39.6-cı, 40.3-cü maddələrində, 40.4-cü maddəsinin birinci cümləsində, ikinci cümləsində ikinci halda, 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 41.1-ci, 41.2-ci, 42.1-ci, 45.1-ci, 47.4.3-cü, 48.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, 5.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında dövlət proqramlarının və strategiyaların qəbul edilməsi və icrasına nəzarət üzrə), 25.1-ci maddəsində hər iki halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində məqsədyönlü layihələrin və tədbirlər planlarının qəbul edilməsi və icrasına nəzarət üzrə), 12-ci, 14.2.4-cü, 22.3-cü, 23.3-cü, 24.4-cü maddələrində, 26.4-cü maddəsində birinci halda, 27.1-ci maddəsində birinci halda, 29.5-ci, 32.2-ci, 34.1-ci, 34.3-cü, 38.4-cü, 39.1-ci maddələrində, 40.4-cü maddəsinin ikinci cümləsində birinci halda, 42.3-cü, 45.2-ci, 47.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət sahəsində məqsədyönlü layihələrin və tədbirlər planlarının qəbul edilməsi və onların icrasına nəzarət üzrə), 25.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Read more
axırıncı dəyişikliklər ( 16.02.13 01:20 )

Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək PDF Çap Email
Yazıldı
16.02.13 00:54

Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçəcək.

Dostxeber.com-un məlumatına görə, Milli Məclisin cümə günü keçirilən ilasında bununla bağlı "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun qəbul olunub.

Qanunu təqdim edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, dispanserizasiya uşaqların qanuni himayədarlarının icazəsi ilə baş tutacaq.

Qanunda o da qeyd olunur ki, hər uşağın dispanzeriyasiyası üçün xərclərin norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Yeni qanunda nəzərdə tutulub ki, valideynlərini itirmiş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların dispanzerizasiyası müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək.

Uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Maliyyələşdirmə qaydası isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maliyyələşmə ilə bağlı qanunda o da nəzərdə tutulur ki, dispanzerizasiya tədbirləri bələdiyyə və icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər vəsaitlər hesabına həyata keçiriləcək.

Deputat Fazil Mustafa qeyd edib ki, qanunda bu fəaliyyətin dövlət vəsaiti hesabına həyata keçirildiyi qeyd olunmalıdır.

Millət vəkili Elmira Axundova isə çıxışında bildirib ki, uşaqların sağlam doğulmasının təmin olunması üçün nikah zamanı tibbi
arayışın tələb olunması şərtdir.
Deputat Əhliman Əmiraslanov deyib ki, Azərbaycanda əhalinin ildə bir dəfə profilaktik müayinədən keçməsinin vacibliyini ölkə başçısı da vurğulayıb. "Bu prosesə uşaqlardan başlamaq olar", - Əmiraslanov deyib.
Onun sözlərinə görə, qanun qəbul olunduqdan sonra dispanserizasiya strukturu qurulmalıdır, sistemləşdirilməlidir.

Read more

10 ay ərzində Azərbaycandan İrana 600 min nəfər yola düşüb PDF Çap Email
Yazıldı
16.02.13 00:48

Son 10 ay ərzində (İranda il martın 20-dən başlayır) Azərbaycan-İran sərhədini Biləsuvardan İran istiqamətindəki sərhəd-buraxılış məntəqəsi vasitəsilə 600 minə yaxın insan keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü IRNA agentliyi Biləsuvardakı İran sərhəd-buraxılış məntəqəsinin başçısı Əhəd Məhəmmədiyə istinadən məlumat verir.

Məhəmmədi jurnalistlərə deyib ki, bu göstərici 2011-ci ilin analoji dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Onun sözlərinə görə, hər gün orta hesabla 1300 nəfər Azərbaycandan bu məntəqə ilə sərhədi keçir.

Məhəmmədi bildirib ki, insanların əksəriyyəti müalicə və ərzaq məhsulları almaq məqsədilə sərhədi keçir.

 

 

 

Read more

Fevralın 16-da hava buludlu olacaq PDF Çap Email
Yazıldı
16.02.13 00:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava proqnozunu  açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 3-6, gündüz 6-10, bəzi yerlərdə 13 dərəcəyədək isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı  gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcəyədək  isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz  2-7 dərəcə isti olacağı gözlənilir.

 

 

 

Read more

Azərbaycan prezidenti Şamaxı rayon icra hakimiyyətinə yeni rəhbər təyin edib PDF Çap Email
Yazıldı
16.02.13 00:11
Azərbaycan prezidenti İlham Əliyev Asif Əzizağa oğlu Ağayevin Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Dostxeber.com-un məlumatına görə, prezidentin digər sərəncamı ilə Asif Məmmədov Şamaxı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

 

 

 

 

 

Read more

Prezident İlham Əliyev şəxsiyyət vəsiqəsinin nümunəsini təsdiq edib - FOTO PDF Çap Email
Yazıldı
16.02.13 00:02

Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi təsdiq edilib.

 

Bu barədə Dostxeber.com Azərtac-a istinadən məlumat verir.

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 16.02.13 00:09 )


Cümə 15 Fevral 2013

İranda son 10 ayda 95 ton narkotik maddə ələ keçirilib PDF Çap Email
Yazıldı
15.02.13 23:53
İranın hüquq-mühafizə orqanlarının ölkənin sərhədyanı vilayətlərində keçirdiyi əməliyyatlar nəticəsində  son 10 ayda 95 ton narkotik maddə ələ keçirilib. APA-nın İRİB-ə istinadən məlumatına görə, əməliyyatların uğurla həyata keçirilməsində yerli sakinlər də polisə yardım edib. Narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizədə hüquq-mühafizə orqanlarının indiyədək minlərlə əməkdaşının öldürüldüyü də bildirilib.





Read more
axırıncı dəyişikliklər ( 15.02.13 23:58 )

Bakıda külli miqdarda rüşvət almış vəzifəli şəxslər həbs olunub PDF Çap Email
Yazıldı
15.02.13 01:27

Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumatda bildirilir ki, fevralın 13-də «Neftçi» mənzil-tikinti kooperativinin icraçı direktoru Səfərli Azər Rəşid oğlunun Vergi Auditi Departamentinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyinə daxil olmuş şikayət ərizəsi üzrə aparılmış ilkin araşdırmalarla onların hərəkətlərində korrupsiya hüquqpozmaları müəyyən edildiyindən toplanmış materiallar aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. Vergilər Nazirliyinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Təmir-tikinti sahəsi üzrə Audit İdarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi Kərimov Sultan Elxan oğlu və həmin idarənin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyev Aydın Süleyman oğlu «Neftçi» mənzil-tikinti kooperativinin vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması zamanı bəyannamələrin düzgün təqdim olunmamasını və digər aşkar olunmuş qanun pozuntularını ört-basdır etmək üçün 300.0 min manat məbləğində rüşvət istəyib, 29 yanvar 2013-cü il tarixdə həmin kooperativin icraçı direktoru Azər Səfərli və baş mühasibi İlqar Cəfərovdan müəssisənin Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisində 250.0 min manat pulu rüşvət kimi alaraq öz aralarında yarı bölüb. S.Kərimovun və A.Allahverdiyevin yaşadıqları mənzillərdə aparılmış axtarışlar zamanı müvafiq olaraq 115.0 min və 125.0 min manat rüşvət kimi aldıqları pul müəyyən edilərək maddi sübut kimi götürülüb.

 

Hər iki şəxs Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü (rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 15.02.13 01:32 )

Ata evindən sevdiyi adama qaçan qadın, ər evindən də başqasına qaçdı - FOTO PDF Çap Email
Yazıldı
15.02.13 01:12

Türkiyədə 2 aylıq evli olan gənc qız ərini ataraq başqası ilə qaçıb.

Dostxeber.com-un Azxeber.com-a istinadən verdiyi məlumata görə, D. E. adlı qız bu addımı toyundan 2 həftə sonra atıb.

Belə ki, 2011-ci ildə yaşı az olduğu üçün gələcək əri Soner E.-yə verilməyən D. E. ona qoşularaq qaçıb. 1 il sonra isə ailəsinin razılığı ilə rəsmi nikaha girib. 2013-cü il yanvarın 13-də isə gənc xanım evli və 2 uşaq atası olan başqa biri ilə qaçıb. Bunu eşidən Soner E. polisə şikayət edib.

Polis axtarış apararaq D. E.-ni tapıb. 2 uşaq atası olan Şenay S. isə özü polisə təslim olub və daha sonra sərbəst buraxılıb.

1 ay əvvəldən arvadına sevgililər günü üçün sürpriz hazırlayan Soner E. isə çox məyusdur. Xanımına tək qaşlı üzük alıb içinə adını yazdıran Soner bu hadisədən sonra mənəvi cəhətdən alt-üst olduğunu deyib.

 

 

 

 

Read more

Fevralın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat. PDF Çap Email
Yazıldı
15.02.13 00:59


Dostxeber.com AzərTAc-a istinadən xəbər verir ki,
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq.
Bakıda gecə 4-6, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 70-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 6-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Temperaturun gecə 3-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində atmosfer təzyiqinin xeyli enməsi, fevralın 15-də arabir güclənən gilavar küləyinin xəzri küləyi ilə əvəz olunması bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


Read more

Ağ Evin saytındakı Qarabağla bağlı müraciətə 20 mindən az imza lazımdır - FOTO PDF Çap Email
Yazıldı
15.02.13 00:47
Ağ Evin saytında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qaçqınlar və məcburi köçkünlər məsələsinin Konqresin gündəliyinə salınması barədə ABŞ prezidenti Barak Obamaya müraciət yerləşdirilib.
Dostxeber.com Milli.az-a istinadən xəbər verir ki, müraciətin mətnində Azərbaycan ərazilərinin 20%-nin uzun illər ərzində Ermənistan tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən yerinə yetirilməyən 4 qətnaməsi (№ 822, 853, 874, 884), həmçinin erməni təcavüzündən əziyyət çəkən yüz minlərlə qaçqın və məcburi köçkünlər haqqında yazılıb.



Biz də öz oxucularımızı həmin müraciətə imza atmağa dəvət edirik. Müraciət yanvarın 23-də yayımlanıb və tələb olunan 100 000 imzadan 81000-i artıq toplanıb.

Ağ Evin saytındakı müraciətə imza atmaq üçün sadə qeydiyyat proseduru tələb olunur. Bu, sizin bir neçə dəqiqədən artıq vaxtınızı almayacaq (Qeydiyyat burada).



1. Bu keçidə daxil olaraq elektron poçt ünvanınız, adınız və soyadınız olan bölmələri doldurun;
2. Bir neçə dəqiqədən sonra sizin poçtunuza Ağ Ev saytının administrasiyasından dərhal parol və istifadəçi adı olan məktub gələcək. İstifadəçi adı sizin elektron poçt ünvanınız olacaq.
3. Bu keçidə daxil olmaqla, Ağ evin saytında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, qaçqınlar və məcburi köçkünlər məsələsinin konqresin gündəliyinə salınması barədə ABŞ prezidenti Barak Obamaya edilən müraciətə imza atmağa dəvət edirik.


Dostxeber.com Read more
axırıncı dəyişikliklər ( 15.02.13 00:58 )

Suriyada Hərbi Hava Qüvvələrinə məxsus 2 hərbi təyyarə üsyançılar tərəfindən vurulub PDF Çap Email
Yazıldı
15.02.13 00:39

Suriyanın İdlib vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus 2 hərbi təyyarə vurulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu

barədə “Frans Press” Londonda yerləşən “İnsan hüquqlarının riayətinə monitorinq üzrə Suriya mərkəzi”nə (OSDH) istinadən məlumat verir.

Məlumata görə, təyyarələr üsyançıların nəzarətdə saxladığı ərazilərə zərbələr endirərkən vurulub.

Qeyd edək ki, son həftələr Suriyadakı müxalifət qüvvələri xeyli fəallaşıb. Belə ki, fevralın 14-də silahlılar İdlibdən Dəməşqə yollanan içərisində 45 sərnişin olan avtobusu girov götürüblər. Fevralın 10-da isə üsyançılar Fərat çayında yerləşən ölkənin ən iri bəndini ələ keçiriblər.

Read more

Nizami Ələkbərov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib PDF Çap Email
Yazıldı
15.02.13 00:33
Azərbaycan prezidenti Nizami Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, prezidentin digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

 

M. Sadıqov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru idi.


Read more


Cümə axşamı 14 Fevral 2013

Röyadan televiziya və radiolara qadağa PDF Çap Email
Yazıldı
14.02.13 17:43

Müğənni Röya yeni qərar qəbul edib.

Məlumatına görə, sənətçi bu gündən etibarən radio və efirlərdə onun adından istifadə edib, müzakirələr aparılmasına qadağa qoyub.

“Hansısa dinləyici niyə sənətkar haqda zəng edib fikir bildirməlidir? Niyə hansısa müğənni ilə məni müqayisə edirlər?” deyən müğənni qəzəblənib.

Qalmaqallardan yorulan Röya yalnız sənəti və yenilikləri ilə gündəmdə olmaq istədiyini bildirib.

O, bütün sənət dostlarını bu qərarını dəstəkləməyə çağırıb.

Müğənni məhkəməyə müraciət edib qərarı rəsmiləşdirdikdən sonra bütün televiziya kanallarına və radiolara müvafiq sənədləri göndərəcək./Axsam.az/

 

 

 

 

Read more

Azərbaycanda neft və qaz hasilatının azalması davam edir PDF Çap Email
Yazıldı
14.02.13 17:33

Bu ilin yanvar ayında Azərbaycanda neft və əmtəəlik təbii qaz hasilatının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

 

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, hesabat ayında ölkədə 3,8 mln. ton neft və 1,5 mlrd. kubmetr əmtəəlik təbii qaz hasil edilib. Ötən ilin yanvar ayına nisbətən neft hasilatı 2,6%, əmtəəlik təbii qaz hasilatı isə 6,2% azalıb.

 

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 mln. ton, təbii qaz hasilatı isə 28,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır.

 

 

 

 

Read more

Azərbaycanda məmur və deputatların razılığı olmadan onların video, audio və foto çəkilişlərinin aparılmasının qadağan edilməsi gözlənilir - EKSKLÜZİV PDF Çap Email
Yazıldı
14.02.13 17:08
Hazırlanan xüsusi qanun layihəsində cəza da müəyyənləşəcək

Azərbaycanda məmurların, deputatların və digər ictimai-siyasi xadimlərin şəxsi həyatlarının və görüşlərinin gizli cəhətlərinin onların razılığı olmadan video, audio və foto lentə alınmasını qadağan edən xüsusi qanun layihəsi hazırlanır.

 

Bununla bağlı cəza da tətbiq olunacaq.

 

Milli Məclisdən APA-ya verilən məlumata görə, qanun layihəsi üzərində iş Konstitusiyanın 32-ci maddəsində bununla bağlı nəzərdə tutulmuş müddəadan irəli gələrək aparılır.

 

Bu müddəa Azərbaycan Respublikasının Konstitusiyasına 2009-cu ilin 18 mart tarixində keçirilən son ümumxalq referendumunda salınıb.

 

Qanunun qəbulunda məqsəd bu sahədə mövcud boşluğu aradan qaldırmaq və konkret sərhədləri göstərməkdir. Belə ki, mövcud “Məlumat azadlığı haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlarda bu məsələ bütün vətəndaşlarla bağlı ümumi şəkildə göstərilsə də, qeyd olunan şəxslərlə əlaqədar konkretləşmə yoxdur.

 

O cümlədən bununla bağlı cəza mexanizminin tətbiqi də qanunvericiliklə təsbit olunmayıb.

 

Yeni qanun isə çəkiliş və səsyazmaların ancaq məmurların, deputatların və digər ictimai-siyasi xadimlərin özlərinin razılığı olmadan aparılıb, yaxud aparılmaması ilə bağlıdır.

 

Sənəddə həmin şəxslərin şəxsi və ictimai fəaliyyətlərinin hansı hissəsində çəkiliş və səsyazmaların mümkün olması, hansı hissəsində isə olmaması tam dəqiqləşəcək.

 

Nəzərdə tutulan qanun layihəsində həmin şəxslərin ictimai və xidməti fəaliyyətləri zamanı çəkiliş və səsyazmaların onların razılığı olmadan aparılması belə qanunvericiliklə tənzimlənəcək.

 

Bununla yanaşı, sənəddə onların fəaliyyətlərinin və həyatlarının digər sahələrində çəkiliş və səsyazmaların razılıq olmadan aparılmasının qadağan olunması da konkret sərhədlərlə təsbit olunacaq.

 

Qanun qəbul olunacağı təqdirdə Cinayət və İnzibati Xətalar məcəllələrinə də əlavələr olunması nəzərdə tutulur ki, bu da bu sahədə indiyə qədər nəzərdə tutulmayan cəza mexanizmini müəyyənləşdirəcək.

 

Layihənin bu il parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılması gözlənilir.

Read more
axırıncı dəyişikliklər ( 14.02.13 17:17 )

Hakim partiyadan Əkrəm Əylislini müdafiə edən siyasi qurumlara sərt cavab PDF Çap Email
Yazıldı
14.02.13 16:51
Kim yazıçı Əkrəm Naibovun yazdığı bədnam "Daş yuxular" kitabını müdafiə edirsə, onunla bir yerdə duraraq Azərbaycan əleyhinə çıxış edir, ermənilərin anti-Azərbaycan təbliğatında birbaşa iştirak edir və bununla da öz millətinə, dövlətinə arxadan zərbə vurmuş olur. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı İctimai Palata və Ziyalılar Forumu adlanan qurumların Əkrəm Əylislini müdafiə etməsinə münasibət bildirərkən deyib.

Qurbanlının sözlərinə görə, bu gün cəmiyyətdə bəzi adamlar var ki, onlar dolayısı ilə və ya birbaşa Əkrəm Naibovun bədnam kitabını və yaxud onun özünü müdafiə etmək istəyirlər.

"Söhbət onun kitabının milli baxımdan zərərindən gedir. Həmişə ermənilər Azərbaycan xalqına qarşı saxta materiallardan istifadə ediblər və Əkrəm Naibovun da erməni versiyasında yazdığı bu kitab saxta materiallardan ibarət olmaqla bərabər, Azərbaycana qarşı istifadə olunur və olunacaq. O ki, qaldı bunun İctimai Palata, Ziyalılar Forumu deyilən qurumların üzvləri tərəfindən müdafiə olunmasına, bu, əlbəttə yolverilməzdir. Hesab edirəm ki, bu qurumdaklıar da milli maraqları hər şeydən uca tutmağı bacarmalıdırlar", - YAP rəsmisi bildirib.

Qurbanlı hesab edir ki, hansısa siyasi konyuktura xatirinə milli maraqları tapdalamaq olmaz.

"Ancaq təəssüf ki, Ziyalılar Forumu, İctimai Palata adlanan qurumlarda dəfələrlə bu cür halları müşahidə etmişik və bu cür hərəkətlər onların siyasi mahiyyətini, marağını bir daha aydın şəkildə büruzə verir. Bu cür hallar pislənməlidir və cəmiyyət də bu cür hərəkət edənləri pisləyir. Heç kəs siyasi mübarizə naminə milli maraqlara arxa çevirməməlidir. Bu gün müxalifətin radikal qanadında dayanıb müxtəlif adlar altında birləşən, adını Ziyalılar Forumu, İctimai Palata qoyan adamlar dərindən düşünməlidirlər ki, xalq, millət marağı başqadır, siyasi maraq başqa. Milli maraqları siyasi maraqlara qurban verən adamlar cəmiyyətdə heç kim tərəfindən heç vaxt müdafiə olunmayıb. Elə bu yolu tutduqlarının nəticəsidir ki, həmin radikalların nümayəndələri millət tərəfindən demək olar ki, inkar olunub və onlar millətin hansısa bir dəstəyini qazana bilmirlər və qazana bilməyəcəklər", - Qurbanlı qeyd edib.

Read more
axırıncı dəyişikliklər ( 14.02.13 17:08 )

Küveyt BMT-nin Dağlıq Qarabağa dair bütün qətnamələrini dəstəkləyir – XİN rəhbəri PDF Çap Email
Yazıldı
14.02.13 16:33

Küveyt BMT-nin Dağlıq Qarabağa dair bütün qətnamələrini dəstəkləyir və Azərbaycanın ərazi bütövlüyünə hörmət edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Küveyt Baş nazirinin müavini, xarici işlər naziri şeyx Sabah əl-Xalid əl-Həməd Al Sabah jurnalistlərə bildirib.

"Bizim mövqeyimiz İslam Əməkdaşlıq Təşkilatının (İƏT) bütün qərarlarında əks olunub", - nazir bildirib.

 

 

 

 

 

 

Read more
axırıncı dəyişikliklər ( 14.02.13 16:39 )

“Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edildi PDF Çap Email
Yazıldı
14.02.13 14:04
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

Trend-in məlumatına görə, tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların yayılması nəzərdə tutulub.

Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Naftalan, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) şəhid ailələrinə yardım göstəriləcək.

İldönümü ərəfəsində internet şəbəkəsinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil ediləcək, ölkə mətbuatında, televiziya və radiolarında, kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcək.

Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, a